Bazar, 25 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Mixeil Saakaşvili bu gün keçirilən əməliyyatla saxlanılıb

01 Oktyabr 2021
Mixeil Saakaşvili bu gün keçirilən əməliyyatla saxlanılıb

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili. Foto: Czarek Sokolowski/AP Photo

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bu gün Gürcüstanda saxlanılıb. OC Media yazır ki, bu barədə məlumatı bu gün keçirilən mətbuat konfransında Baş nazir İrakli Qaribaşvili verib. O bildirib ki, hüquq-mühafizə orqanları Milli Birlik Hərəkatının fəxri lideri M.Saakaşvilini həbs edib.

Baş nazir əlavə edib ki, saxlanılma peşəkar əməliyyat nəticəsində baş tutub:

Mən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti rəhbərliklərinə öz təşəkkürümü bildirirəm.

Qaribaşvilinin sözlərinə görə, Saakaşvili barədə hüquq-mühafizə orqanlarında onun Ukraynanı tərk etdiyi andan etibarən Gürcüstana daxil olana qədər məlumat olub. Keçmiş prezidentin ölkənin hansı şəhərində həbs edildiyi barədə məlumat verilməyib.

Nə baş verib: Bu gün səhər saatlarında Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşvili “Facebook” hesabında “Sabahın xeyir, Gürcüstan!” yazaraq ölkəyə qayıtdığını elan edib. Daha sonra isə Batumidə olduğunu təsdiqləyən video paylaşıb. Gün ərzində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin Batumiyə yeridildiyi barədə görüntülər yayılmışdı.

Nədə ittiham olunur: Mixeil Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək qiyabi olaraq məhkum edilib. O, siyasi rəqibi Valeri Qelaşviliyə hücum əmri və 2006-cı ildə Sandro Qirgvlianinin qətlində təqsirli bilinən hüquq-mühafizə orqanı əməkdaşlarının əfv ediləcəyi barədə qeyri-qanuni vəd verməkdə ittiham olunur.

İrakli Qaribaşvili (ortada) Saakaşvilinin saxlanması barədə məlumat verir. Solda Daxili İşlər naziri Vaxtanq Qomelauri və sağda Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili onu müşayiət edir. Foto: OC Media

Ölkəyə necə gəlib: 2013-cü ildə Gürcüstanı tərk edən M.Saakaşvili indiyə qədər dəfələrlə ölkəyə qayldacağı barədə vəd verib. O, sonuncu dəfə sentyabrın 27-də bəyan edib ki, oktyabrın 2-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərindən əvvəl ölkədə olacaq. Bundan sonra prezident onun həftənin şənbə günü ölkədə olacağını göstərən bileti paylaşıb.  Buna baxmayaraq keçmiş prezident cümə günü Batumi şəhərindən video paylaşıb.

Onun Gürcüstan sərhədini necə keçdiyi hələ də məlum deyil.  

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia