Bazar, 18 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Saakaşvili həbsdən məktub göndərib. O, hamını seçkiyə çağırır

02 Oktyabr 2021
Saakaşvili həbsdən məktub göndərib. O, hamını seçkiyə çağırır

Mixeil Saakaşvili jurnalistlərin suallarını cavablandırır. Foto: Sergey Supinksi / AFP

Bir neçə gündür ki, Gürcüstanda olan və dünən həbs edilən ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanadan məktubla müraciət edib.

Hazırda Rustavidə 12 saylı istintaq təcridxanasında olan Saakaşvilinin bu müraciətini Mtavari Arkhi kanalının direktoru Nika Qvaramiya özünün “Facebook” hesabından yayıb. Məktubun tam mətnini təqdim edirik.

“Mənim əziz tərəfdarlarım və dəyərli gürcü cəmiyyəti.

Mən hər şeyi Kiyevdə qoyub Gürcüstana gələndə həbs ediləcəyimi bilirdim. Həbsim üçün toplanan bütün ittihamlar tamamilə saxtadır və şəxsən Putinin sifarişi ilə hazırlanıb. Rusiyadan başqa dünyanın heç bir ölkəsi bu həbsi tanımayacaq. Amma bütün bunlara baxmayaraq mən qayıtdım! Çünki ölkəmə və Sizin hər birinizə inanıram! Mən Sizin hər birinizdən seçkidə iştirak etməyi xahiş edirəm. Bir səs belə itirilməsin ki, sonra biz bu qələbəni qeyd edə bilək. Mənim və bütün ölkənin azadlığı bu seçkilərdəki aktivliyinizdən və mübarizənizdən asılıdır. Həmçinin beynəlxalq dəstəkdən. Xahiş edirəm zərrə qədər şübhə etməyin. Sona qədər inanın. Qələbə bizim əlimizdədir.

Sizi sevirəm. Sizə sadiq Mixeil Saakaşvili”.

Nə baş verib: Dünən səhər saatlarında Gürcüstanın keçmiş prezidenti Mixael Saakaşvili “Facebook” hesabında “Sabahın xeyir, Gürcüstan!” yazaraq ölkəyə qayıtdığını elan edib. Hamı onun dünən qayıtdığını düşünsə də axşam saatlarında məlum oldu ki, o, artıq 3 gündür ki, Gürcüstan ərazisindədir. Elə dünən xüsusi əməliyyatla həbs edildi.

Nədə ittiham olunur: Mixeil Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək qiyabi olaraq məhkum edilib. O, siyasi rəqibi Valeri Qelaşviliyə hücum əmri və 2006-cı ildə Sandro Qirgvlianinin qətlində təqsirli bilinən hüquq-mühafizə orqanı əməkdaşlarının əfv ediləcəyi barədə qeyri-qanuni vəd verməkdə ittiham olunur.

Söhbət hansı seçkilərdən gedir: Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. Ölkə vətəndaşları 64 şəhərə mer və 64 rayonun məşvərətçi orqanlara üzvlər seçəcəklər. Seçicilərin sayı 3 497 345 nəfərdir. İlk dəfə elektron səsvermə sistemi tətbiq olunur. Koronavirus pandemiyasına görə məntəqələrdə birdəfəlik qələmlərdən istifadə ediləcək.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia