Cümə, 13 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İsrailə məxsus iki ədəd F-35-in Azərbaycanda olduğu iddia edilir

11 Oktyabr 2021
İsrailə məxsus iki ədəd F-35-in Azərbaycanda olduğu iddia edilir

İsrail hava məkanındakı F-35 qırıcı təyyarələri. Foto: IDF Spokesperson`s Unit

İsrailə məxsus iki ədəd F-35 qırıcı təyyarəsinin Azərbaycana gətirildiyi iddia olunur. Bu barədə məlumatı, Böyük Birtaniyada mənzillənən ərəb mediası Elaph yayıb. OC Media yazır ki, sayt bu məlumatı İsraildən olan vəzifəli şəxsə istinadən yayıb. Bu iddia oktyabrın 2-də dərc olunub.

F-35 nədir: ABŞ istehsalı olan hərbi təyyarə 5-ci nəsil qırıcı təyyarədir və digərlərindən çoxfunksiyalı olmağı ilə seçilir.

İsraildəki mənbə onu da deyib ki, ehtiyac yarabacağı halda İsrail Azərbaycana əlavə hərbi texnika göndərməyə hazırdır.

İran rəsmiləri Azərbaycan hakimiyyətini ölkədə İsrail qüvvələrini yerləşdirməkdə ittiham etsə də prezident İlham Əliyev cavabında bunu təkzib edib.

Əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın.

Oktyabrın 1-də İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb. Quru qoşunları komandiri Kiomars Heydari  bildirib ki, “Xeybər fatehləri” adı altında keçirilən hərbi təlimlərə zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və vertolyotla atəşin daxil edilib.

İran-Azərbaycan arasında nə baş verir: Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb. Bundan sonra iki ölkə arasında münasibətlər tədricən gərginləşib. İki ölkə rəsmisi bir neçə dəfə vəziyyəti müzakirə etmək üçün görüşsə də ümumi gərginlik dəyişməyib.

İranın Ali dini lideri Ayətullah Xamaneyi Twitter hesabında Azərbaycana təhdid olduğu hesab edilən tvit paylaşıb:

öz qardaşlarına quyu qazanlar bu quyuya öncə özləri düşür.

o yazıb

Bir neçə gün sonra, oktyabrın 5-də isə onun Bakıkadı nümayəndəliyi hesab olunan Ocaq Nejat bağlanıb. Azərbaycan rəsmiləri bunun səbəbinin COVID-19 pandemiyası ilə əsaslandırıb.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia