Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Aclıq aksiyası keçirən Mixeil Saakaşvilinin səhhəti ilə bağlı son vəziyyət necədir?

11 Oktyabr 2021
Aclıq aksiyası keçirən Mixeil Saakaşvilinin səhhəti ilə bağlı son vəziyyət necədir?

Foto: Reuters. Mixeil Saakaşvili

Gürcüstanın hazırda həbsdə aclıq aksiyası keçirən keçmiş prezidenti Mixeil Saakaşvilinin həkimi Nikoloz Kipişidze onun səhhəti barədə danışıb. Həkimin sözlərinə görə, o, Tbilisi yaxınlığında həbsxanada saxlanılan keçmiş prezidentin səhhətini müəssisənin həkimləri ilə müzakirə edib.

Həkimlərlə vəziyyəti yarım saat danışmışam. Ona sabah bir də baş çəkəcəyəm. Yəqin ki, xəstəxanaya köçürməli olacağıq.

həkim deyib.

N.Kipişidze bildirib ki, oktyabrın 1-dən aclıq aksiyası keçirən keçmiş prezidentin vəziyyəti ağırlaşdığından onu xəstəxanaya köçürmək lazımdır.

Rəsmilər nə deyir: Ədliyyə Nazirliyi isə Saakaşvilinin “sağlamlığının qənaətbəxş” olduğunu bildirib.

Tərəfdarları nə deyir: Saakaşvilinin azad edilməsi tələb ilə keçirilən etiraz  aksiyaları davam edir.

10 oktyabrda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları onun azad olunması tələbi ilə Tbilisidəki parlament binasının qarşısına toplaşıblar.

Aksiyanı Saakaşvilini ölkəyə qaytarmaq üçün xalq hərəkatı yaradan Gürcüstanın müxalif “Qanun və Ədalət” partiyasının lideri Tako Çarkviani təşkil edib.

Siyasətçinin azad edilməsi tələbi ilə növbəti aksiyanın oktyabrın 14-də Tiflisin mərkəzində keçirilməsi planlaşdırılır.

Nə baş verib: 2013-cü ildən Gürcüstanı tərk edən  keçmiş prezident M. Saakaşvili oktyabrın 1-də həbs olunaraq Rustavidə təcridxanaya yerləşdirilib. O, səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıdıb. Son illər Ukraynada yaşayan M. Saakaşvili 2018-ci ildə qiyabi məhkum edilib. O, 2 oktyabr bələdiyyə seçkiləri öncəsi “ölkəni xilas etmək üçün” Gürcüstana qayıdacağını bəyan edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia