Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bakı İnsan Hüquqları Klubu Niyaməddin Əhmədova qarşı ittihamların obyektiv araşdırılmağını tələb edir

12 Oktyabr 2021
Human Rights Watch deyir ki, Azərbaycanda müxalifətə amansız təzyiq var

MSK önündə aksiya. Foto:Mikroskop

Bakı İnsan Hüquqları Klubu (BİHK) müxalif fəalların və jurnalistin həbsi ilə bağlı bəyanat yayıb. Klubun oktyabrın 11-də yaydığı bəyanatda deyilir ki, AXCP-nin 13 il müddətinə azadlıqdan məhrum edilən fəalı Niyaməddin Əhmədova qarşı ittiham ümumiyyətlə sübuta yetirilməyib.

BİHK apardığı müşahidələr və iş materiallarının öyrənilməsi əsasında belə qərara gəlib ki, terrorçuluğu maliyyələşdirmə ittihamı sübuta yetirilməyib və digər iki ittiham qanunvericiliyin tələblərinə uyğun olaraq daha obyektiv və ətraflı şəkildə araşdırılmalı,  onlara yenidən hüquqi qiymət verilməlidir. Bəyanatda qeyd olunub ki, AXCP üzvü Fuad Əhmədli, dini fəal Kamran Kərimovun 30 gün, jurnalist Anar Abdullanın 15 gün inzibati həbsi onların ictimai fəaliyyəti ilə əlaqədardır.

BİHK dövlət qurumları ilə əsassız həbslər və azadlıqdan məhrumetmələr məsələsini müzakirə etmək niyyətindədir. Problemin həlli və gələcəkdə bu cür halların təkrarlanmasına yol verilməməsi üçün təkliflərini dövlət qurumlarına təqdim etməyə hazırdırlar.

Nə baş verib: Ötən həftə jurnalist Anar Abdulla, fəallar Fuad Əhmədli və Kamran Kərimov inzibati həbs edilib. Niyaməddin Əhmədovun isə məhkəməsi yekunlaşıb və ona hökm oxunub. Hökmdən narazı olan fəallar onun azad edilməsi tələbi ilə aksiya keçirib.  

Anar Abdulla kimdir: Jurnalist Anar Abdulla oktyabrın 6-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib. Jurnalistə 15 sutka həbs cəzası verilib. Yaxınları Anar Abdullanın “Facebook” profilində yazdığı tənqidi fikirlərə görə cəzalandırıldığını deyir.  

Niyaməddin Əhmədov kimdir: Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi oan Niyaməddin Əhmədov oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Fəal, Almaniyada mühacirətdə olan və Azərbaycan haimiyyətini tənqid edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. 

Fuad Əhmədli kimdir: Siyasi Məhbuslar və İşgəncə Qurbanlarının Müdafiəsi Mərkəzi İctimai Birliyinin həmtəsisçisi və AXCP fəalı olan Fuad Əhmədli Niyaməddin Əhmədovun yekun məhkəməsi önündə aksiya zamanı saxlanılıb. Bakının Nəsimi Rayon Məhkəməsinin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi, ictimai asayişi pozmaqda təqsirli bilinib və 30 sutka azadlıqdan məhrum edilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia