Çərşənbə axşamı, 8 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan barəsində cinayət işi açılıb

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan barəsində cinayət işi açılıb

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Almaniyanın kurort şəhəri Baden-Badenə 15-dən çox səfəri ilə bağlı Ermənistanın Xüsusi İstintaq Xidməti cinayət işi başladıb. OC Media yazır ki, oktyabrın 11-dən etibarən başlayan cinayət işində keçmiş prezident “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək”də ittiham olunur.

İstintaqın başlamasına əsas Yerevanda fəaliyyət göstərən, araşdırma və fakt yoxlama təşkilatı olan “Fakt Araşdırma Platforması”nda (FIP) nəşr olunan araşdırma materialıdır. Həmin araşdırmada deyilir ki, Sarkisyan ölkəyə rəhbərlik etdiyi dövrdə Almaniyanın kurort şəhərinə 15 dəfədən çox səfər edib.

Platformanın dərc etdiyi araşdırmada Sarkisyanın Baden-Badenə sadəcə istirahət üçün deyil, xarici ölkələrə rəsmi səfərləri zamanı qısa fasilə üçün də  gəldiyi sənədlərlə sübut edilib. FIP Sarkisyanın uçuşları ilə bağlı məlumatları Ermənistanın Mülki Aviasiya Komitəsindən əldə etdiyini açıqlayıb.

Keçmiş prezidentin Baden-Badenə həm də kazinoya baş çəkmək üçün getdiyi barədə də iddialar var. Növbədənkənar parlament seçkiləri ərəfəsində Sarkisyan Almaniya səfərini etiraf etsə də, ora qumar oynamaq üçün getdiyi barədə iddianı təkzib edib.

“Baden-Baden mədəniyyətin inciləri ilə tanış olmağa imkan verən istirahət və mədəniyyət şəhəridir” – o qeyd edib.

Vətəndaş Müqaviləsi Partiyasından olan millət vəkili və Ermənistanın ən varlı şəxslərindən hesab olunan Xaçatur Sukiasyan (“Grzo” təxəllüsü ilə məşhurdur) Sarkisyanı “Baden-Baden kazinosunda 100 milyon dollardan çox pul itirməkdə” ittiham edib.

Serj Sarkisyan hakimiyyətdə olduğu dövrdəki fəaliyyətinə görə başqa ittihamlarla da üzləşib. Ona qarşı irəli sürülən digər ittiham isə 2013-cü ildə Ermənistan hökumətindən təxminən 490 milyon dram (1 milyon dollar) pulu mənimsəməsi ilə bağlıdır.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia