Bazar ertəsi, 19 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Mikroskop Media OC Media və Qafqazdan olan digər medialarla birlikdə əməkdaşlığa başlayıb

Mikroskop Media OC Media və Qafqazdan olan digər medialarla birlikdə əməkdaşlığa başlayıb

OC Media ilə əməkdaşlıq edən medialar. İllustrasiya:mikroskop media

Mikroskop Media OC Media ilə əməkdaşlığa başlayıb və bu platformanın materiallarının Azərbaycan dilində yayım hüququnu alıb. OC Media-nın hazırladığı materiallar eyni zamanda 4 yerli mediada dərc olunacaq.

Bu medialar Azərbaycandan Mikroskop Media, Gürcüstandan On.ge, Radio Marneuli və Gürcüstanın cənub regionları Kvemo Kartli və Samtsxe-Cavaxetidən JNews, Ermənistandan isə CivilNet-dir.

Əməkdaşlıq çərçivəsində materiallar Azərbaycan, erməni, gürcü və rus dillərinə tərcümə olunacaq. OC Medianın həmtəsisçisi və baş direktoru Maryam Nikuradze deyir ki, bu əməkdaşlıq bütün tərəfdaşlar üçün faydalı olacaq:

Bu, yerli auditoriyada jurnalistikanın təsirini artırmaqla yanaşı eyni zamanda tərəfdaşlara imkan verəcək ki, Qafqazın mənbələri olmayan bölgələri ilə bağlı məzmun dərc edə bilsinlər.

CivilNet platformasının baş redaktoru Karen Harutyunyan hesab edir ki, bu əməkdaşlıq onlar üçün Ermənistanın qonşu ölkələri barədə material hazırlamaq üçün çox vacibdir. O deyir ki, CivilNet həftəlik olaraq Gürcüstan, Azərbaycan və Türkiyə ilə bağlı video xülasələr hazırlayır, hazırkı əməkdaşlıq isə imkan verəcək ki, bu ölkələr və region barədə gündəlik material dərc etmək mümkün olsun.

Ermənistanla Azərbaycan arasında konflikt olsa da Azərbaycandakı siyasət və gündəlik həyat barədə materiallara tələbat çoxdur. Ermənilər və azərbaycanlılar bir-birilərini münaqişə prizmasından və münaqişə ilə bağlı materiallar vasitəsilə görür. Ancaq başqa mövuzlarda olan materiallar daha faydalı olar.

Mikroskop Medianın həmtəsisçisi Fatimə Kərimova isə hesab edir ki, Qafqaz regionunda, xüsusilə də Azərbaycanın hazırda konflikti olan Ermənistan barədə qərəzsiz və doğru məlumatların əldə edilməsi bu media əməkdaşlığının ən vacib tərəflərindədir:

Təəssüf ki, tez-tez həm Azərbaycan, həm də Ermənistan mediasında fake xəbərlərə rast gəlinir. Bu əməkdaşlıq həm də imkan verəcək ki, hər iki ölkədən olan media yalan informasiya yaymasın.

OC Media nədir: Open Caucasus Media Şimali və Cənubi Qafqaz regionundan xəbərlər, şərhlər, araşdırmalar və multimedia materialları dərc edir. Media 2017-ci ildə jurnalistlər Dominik K Cagara və Maryam Nikuradze tərəfindən yaradılıb. Hazırda saytda ingilis və rus dillərində materiallar dərc edilir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia