Çərşənbə axşamı, 15 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

13 il həbs cəzası verilən siyasi fəal aclıq aksiyasını dayandırıb

14 Oktyabr 2021
13 il həbs cəzası verilən siyasi fəal aclıq aksiyasını dayandırıb

Foto: Facebook/ Niyaməddin Əhmədov

Oktyabrın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov 21 gündür  çəkən aclıq aksiyanı dayandırıb. Onun vəkil Zibeydə Sadıqovanın Turana verdiyi məlumata görə, N. Əhmədov bu addımı yaxınlarının və  AXCP rəhbərliyinin israrlı istəklərindən sonra atıb.

Aclıq aksiyasını niyə başladıb: Bu il sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror siyasi fəala 15 il həbs cəzası istəyib. Partiyadan verilən məlumata görə, N. Əhmədov həbsini qanunsuz hesab edib və buna etiraz olaraq aclıq aksiyası keçirib.

Niyaməddin Əhmədov kimdir: O,  AXCP partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub.

16 aprel 2020-ci ildə karantin rejimini pozduğu və polisə müqavimət göstərdiyi əsas gətirilərək  30 sutka həbs edilib.

Fəala qarşı  daha sonra Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. N.Əhmədov Almaniyada mühacirətdə olan bloqqer Qabil Məmmədovla əlaqədə olmaqda və Azərbaycanda terror törətmək üçün ondan maddi dəstək almaqda ittiham olunub.

AXCP partiyasının verdiyi məlumata görə, N.Əhmədov həbsdə olarkən ondan partiya liderinin əleyhinə ifadə almaq üçün işgəncələrə məruz qoyublar.

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 13 il müddətinə azadlıqdan məhrum edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia