Çərşənbə axşamı, 20 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Sənay Yağmurun cinsi zorakılığa məruz qalması hadisəsi ilə bağlı yenidən istintaq başlayıb

18 Oktyabr 2021
Feminist fəal cinsi zorakılığa məruz qaldığını və prokurorluğun işi düzgün araşdırmadığını deyir

Sənay Yağmur Foto: şəxsi arxiv

Feminist fəal Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qalması ilə bağlı Baş Prokurorluqda istintaq başlayıb. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işini Baş Prokurorluq nəzarətə götürüb. İstintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Sənay Yağmurun anası Zümrüd Yağmur isə bir neçə gün öncə yazıb ki, cinsi zorakılıqla bağlı hadisənin düzgün araşdırılmaması şikayətini ictimailəşdirdiyinə görə, onların həyatı təhlükədədir. Ona daxil olan məlumata görə, qohumu, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Zümrüd Yağmurun qardaşı Kamal Abıyevə onları öldürməsini deyib.

Əhəd Abıyev qardaşım Kamal Abıyevə deyib ki, sən onları öldür, qanlarını mən batıracam. Səs yazısı var, amma bunu deyən adam kimliyinin bilinməsini istəmir. Burdan yazıb bəyan edirəm, mənim və övladlarımın həyatına hansısa təhlükə olarsa, məsuliyyəti Əhəd Abıyev və Azərbaycan hakimiyyəti daşıyacaq.

Nə baş verib: Sənay Yağmur bir neçə gün öncə “Facebook” sosial şəbəkəsində 1 il əvvəl üzləşdiyi cinsi zorakılıq hadisəsi ilə bağlı məlumat yayıb. O bildirib ki, xalası oğlu Əsgər Ağayev tərəfindən təcavüzə məruz qalıb və hadisəni həmin şəxsin törətməsi ilə bağlı sübutlar olduğu halda, 1 ildir ki, Ə.Ağayev həbs edilməyib.

Bir il ərzində Yasamal Rayon Prokurorluğunda hadisə ilə bağlı cinayət işinə iki dəfə xitam verilib və buna “kifayət qədər sübut olmadığı” əsas gətirilib.

Reaksiyalar: Zorakılıq hadisəsinin düzgün araşdırılmasını tələb edən ictimai fəallar imza kampaniyası başladıb. “Qadın üçün” platformasının başlatdığı kampaniyaya qoşulmaq istəyənlər ad, soyad və ata adını rəy bölməsinə yaza bilər.

Bununla yanaşı, müxtəlif sosial şəbəkələrdə #CinayətkarıHəbsEt, #ProkurorluğaArOlsun, #ŞəxsiOlanSiyasidir həştəqləri ilə hadisənin ədalətli araşdırılmasını tələb edən postlar paylaşılır.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia