Çərşənbə, 14 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

300 min dollardan çox pulu mənimsəyən hakim həbs edildi

20 Oktyabr 2021
300 min dollardan çox pulu mənimsəyən hakim həbs edildi

Foto: Apa. Lətif Nəbiyev

Dələduzluqda təqsirli bilinən, 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı Rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyev məhkəmə zalında həbs olunub. Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmədə nə qərar verilib: Hökmə əsasən, L.Nəbiyev külli miqdarda dələduzluqda təqsirli bilinib və 8 il azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə qərarında bildirilib ki, L.Nəbiyev vurduğu ziyanı da ödəməlidir.

Hansı maddə ilə ittiham olunur: O, iki nəfəri aldadaraq onların 300 min dollardan artıq pulunu ələ keçirməkdə təqsirli bilinir. L.Nəbiyev birgə biznes qurmaq adıyla Rüstəm Abdullayevdən 59 min 700 dollar alıb. Keçmiş hakim qohumu olan Azad İbrahimovdan isə onun üçün Bilgəhdə dəniz kənarında və Xətai rayonunda torpaq sahələri almaq adıyla 247 min 500 dollar pul alıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci “Dələduzluq, külli miqdarda ziyan vurmaqda “maddəsi ilə ittiham verilib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia