Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstan rəsmiləri deyir ki, Saakaşvili ölkəyə süd məhsulu daşıyan yük maşınında gəlib

22 Oktyabr 2021
Saakaşvili həbsdən məktub göndərib. O, hamını seçkiyə çağırır

Mixeil Saakaşvili jurnalistlərin suallarını cavablandırır. Foto: Sergey Supinksi / AFP

Gürcüstanın Baş prokurorluğu keçmiş prezident Mixeil Saakaşvilinin ölkəyə hansı yolla daxil olması ilə bağlı aparılan araşdırmanın detalları barədə məlumat yayıb. OC Media yazır ki, prokurorluq M.Saakaşvilinin sentyabrın 28-dən 29-a keçən gecə Ukraynadan yola düşən “Vilnüs” yük və sərnişin gəmisinin içərisində ölkəyə qanunsuz daxil oluduğunu bildirib.

Araşdırmada deyilir ki, sərhədi keçən zaman o, “Scania” adlı süd məhsulları yük maşınının qoşqusunda gizlənib, daha sonra sərnişin oturacağına keçib.

Daha sonra Saakaşvili Mercedes markalı maşınla onu qarşılamağa gələn həmkarları ilə görüşüb və onu Gürcüstanın qərbində, Sameqrelo bölgəsində yerləşən Tkviri kəndinə aparıblar.

deyə açıqlamada qeyd olunub

Qurumun sözçüsü iddia edir ki, keçmiş prezidentin Batumidən paylaşdığını iddia etdiyi fotonun real olma ehtimalı var. Çünki onun sentyabrın 29-da qısa müddətliyinə Batumiyə qayıtdığı barədə məlumat əldə olunub. Araşdırmaıara görə, o, həmin gün Tiflisə uçub və gün batmadan öncə paytaxta çatıb.

Baş prokurorluğun açıqlamasında həm də bildirilib ki, əlavə məluamt üçün Ukrayna rəsmilərinə müraciət ediblər. Saakaşviliyə kömək edən dörd şəxs təqsirli bilinib və eləcə də keçmiş prezidentə sərhədi qanunsuz keçmə ittihamı ilə əlavə cinayət işi açılacağı gözlənilir.

Nə baş verib: 2013-cü ildə Gürcüstanı tərk edən M.Saakaşvili indiyə qədər dəfələrlə ölkəyə qayldacağı barədə vəd verib. O, sonuncu dəfə sentyabrın 27-də bəyan edib ki, oktyabrın 2-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərindən əvvəl ölkədə olacaq. Bundan sonra prezident onun həftənin şənbə günü ölkədə olacağını göstərən bileti paylaşıb.  Oktyabrın 1-də hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və həbs olunub. Həbsinə etiraz olaraq keçmiş prezident günlərdir ki, aclıq aksiyası keçirir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia