Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan Ermənistan vətəndaşlarına görə 80 min avro cərimələnib

04 Noyabr 2021
Azərbaycan hökuməti cərimələnib. Jurnalistlərə təzminat ödəməlidir

İllustrasiya: Mikroskop Media

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabrın 4-də Azərbaycanla bağlı iki qərarını elan edib. aihmaz.org yazır ki, bu qərarlar Ermənistan vətəndaşlarının şikayəti üzrə çıxarılıb və məhkəmə yaşamaq hüququnun maddi və prosessual aspektdən pozuntusunu tanıyıb.

Ərizəçilər kimdir: “Xojoyan və başqaları Azərbaycana qarşı” işində şikayət edən Ermənistan vətəndaşları 1964, 1967 və 1959-cu il təvəllüdlü Hasmik Xojoyan, Heghine Vardazaryan və Haykaz Xojoyandır (hazırda vəfat edib). Onların şikayəti 2014-cü ilin əvvəlində atalarının Azərbaycan ərazisində saxlanılması və ona qarşı pis rəftar edilməsi iddiaları ilə bağlı olub.

Ərizəçilər iddia edib ki, onlara münasibətdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncənin qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozuntusuna yol verilib.

Nə baş verib: Ərizəçilərin atası 28 yanvar 2014-cü ildə səhər saatlarında Ermənistanda Azərbaycanla sərhədə yaxın ərazidəki evini tərk edib və iki gün sonra onun Azərbaycanda saxlanılması bəlli olub. O, 2014-cü il martın 4-də Ermənistana təhvil veriləndən on həftə sonra vəfat edib.

AİHM-in qərarına görə, Xojoyanın yaşamaq hüququ həm prosedur, həm də maddi baxımdan pozulub. Məhkəmə həmçinin Konvensiyanın 3-cü (maddi baxımdan) və 5-ci maddəsinin pozulmasını da tanıyıb.

Qərara əsasən, ərizəçilərə mənəvi zərərə görə 40 min avro təzminat ödənilməlidir.

Digər ərizəçi 1957-ci il təvəllüdlü Artuş Petrosyandır. “Petrosyan Azərbaycana qarşı”  işində deyilir ki, ərizəçinin 1981-ci il təvəllüdlü oğlu 2014-cü il avqustun 7-də Azərbaycan sərhəddini keçdiyi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıb və o, Azərbaycanda vəfat edib.

Ərizəçi AİHM-ə Konvensiyanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncənin qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozulması iddiası ilə müraciət edib.

AİHM bu işdə də hesab edib ki, ərizəçinin oğluna münasibətdə yaşamaq hüququ həm prosedur, həm də maddi baxımdan pozulub. Məhkəmə həmçinin Konvensiyanın 3-cü maddəsinin pozuntusunu da tanıyıb.

Qərara görə, ərizəçiyə mənəvi zərər əvəzi 40 min avro, xərc və məsrəflərə görə isə 8 avro 37 sent təzminat ödənilməlidir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia