Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Vüqar Səfərli 24 min manat xərc çəkilən tədbirlərdə 37 min manat yazdırıb

18 Noyabr 2021
Vüqar Səfərli 24 min manat xərc çəkilən tədbirlərdə 37 min manat yazdırıb

KİVDF-nin rəhbəri olduğu dövrdə Vüqar Səfərliyə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini ilə təltif edilir. Foto: president.az

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin və həbs edilən digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilənlər “Altun saray” restoranın inzibatçısı Şahin İbrahimov və  “Xəmsə” şadlıq sarayının icarədarı Bəxtiyar Fətullayev ifadə verib.

Şahin İbrahimov deyib ki, “Altun saray” restoranında 2009-2017-ci illərdə inzibatçı işləyib.

2017-ci ildə KİVDF-nin tədbiri keçiriləndə nəzarətçi olmuşam. Vüqar Səfərli tədbirdən 2-3 saat əvvəl gəlirdi, nəzarət edirdi. Vüqar müəllim sayı deyirdi. 350 nəfərlik tədbirdə Vüqar müəllim 270 nəfər stul sifariş edirdi. Tədbir qurtarandan sonra 15-20 nəfərlik də yer sifariş verirdi, şou proqramda iştirak üçün. Tədbiri qaydasında keçirirdik. Məbləğ 39-40 min manat olurdu, 24 min xərci idi, bunlar deyirdi 37 min manat yaz. Biz razılaşmırdıq, keçirmirdik. Amma biz keçirməsəydik, başqaları razılıq verəcəkdi. Ona görə də razılaşıb tədbiri keçirirdik. Kassaya pulu köçürdülər, sonra gəlib artıq pulu kassadan götürürdü.

Şahin İbrahimov

“Xəmsə” şadlıq sarayının icarədarı Bəxtiyar Fətullayev deyib ki, 2019-cu ilin sonunda KİVDF şadlıq sarayında tədbir keçirib.

Tədbir dekabrın 26-na təyin edildi. KİVDF-nin nümayəndələri gəldilər müqavilə bağladıq. Müqavilədəki bütün öhdəlikləri yerinə yetirmişdilər. Bir gün əvvəldən zala məclis salmağa qoymurdular. Televiziya çəkilişləri üçün aparatları bir gün əvvəl yerləşdirdilər. Bütün işləri sənədləşmə ilə aparırdıq. Tenderdə iştirak üçün 420 manat cibimdən ödəmişəm, qatılmışam. Tədbiri 420 nəfərlik hazırlatdırırdılar, adam gəlirdi 500 nəfərlik. Onu yola verirdik. Əlavə içkilər sifariş edirdilər, menyuda olmadığı halda təşkil edirdik. Qazancımız yalnız reklam idi. Saytlar, televiziyalar çəkib reklam edirdilər. Tədbirdən sonra 8 faizi geri qaytarırdıq.

Bəxtiyar Fətullayev

Proses noyabrın 23-də davam etdiriləcək.

KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və 10 nəfər barədə ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsənilməsində və cinayət yolu ilə əldə edilən 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına təqsirli bilinirlər.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia