Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Mehriban Əliyevanın stili nə qədər özünəməxsusdur?

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın stili barəsində mütəmadi olaraq həm yerli, həm də xarici mətbuatda yazılar dərc olunur, onun dəblə ayaqlaşan geyimləri haqqında yazılır və onu “Stil ikonası” adlandırırlar. M.Əliyevanın geyim tərzini şərh edən stilistlər bildirir ki, onun geyim üslubu Avropasayağı olsa da, vitse-prezident öz stilində Şərq tendensiyalarını qoruyub saxlaya bilir. İllər öncə “Harper’s Bazaar” jurnalına verdiyi müsahibədə birinci xanım bildirmişdi ki, geyimlərini özü seçir və bəzən qızlarına da bunla bağlı məsləhətlər verir.

Vitse-prezident postuna təyin olunmağı Mehriban Əliyevanın stilinə də öz təsirini göstərib. Belə ki, o, bu posta təyin olunmadan əvvəl, birinci xanım olduğu vaxtda Mehriban Əliyeva qısa ətəklərə və donlara, rəngarəng geyimlərə və çoxlu aksessuarlara üstünlük verirdisə, birinci vitse-prezident təyin edildikdən sonra onun stili gözəçarpan dərəcədə dəyişdi.

Bu təyinatdan etibarən o, nisbətən sakit tonlarda olan geyimlərə – kostyumlara, midi ölçülü donlara və ətəklərə, minimal aksessuarlara üstünlük verməyə başladı.

Vitse-prezident Mehriban Əliyeva

Bəs Mehriban Əliyevanın stili nə qədər özünəməxsusdur?

Rusiyalı stilistlər müsahibələrində Mehriban Əliyevanın geyim tərzi barədə müsbət rəy verir və onun stilini çox bəyəndiklərini deyirlər. İddia edilir ki, birinci xanımın komandasında da Rusiyadan dəvət olunmuş stilistlər var.

Bununla yanaşı M.Əliyevanın stilində İordaniya kralı II Abdullahın həyat yoldaşı, kraliça və dünyanın ən dəbli monarxlarından sayılan Raniya əl-Abdullahın qarderobu ilə xeyli oxşarlıq var. Vitse-prezident dəfələrlə Kraliça Raniyanın geyim, çanta və ayaqqabılarının, ümumilikdə stilinin eynisini təkrarlayıb. Hətta saç düzümü və rəngində belə eyniliklərə üstünlük verdiyi müşahidə olunub.
M. Əliyeva da kraliça Raniya kimi “Fendi”, “Louis Vuitton”, “Valentino”, “Chloe”, “Prada” kimi məşhur, lyuks markalardan seçimlər edir. Onun illik əmək haqqından dəfələrlə yüksək olan geyim xərcləri isə dövlət büdcəsindən qarşılanır.

Mehriban Əliyevanın stili kraliça Raniya ilə nə qədər oxşardır?

Kraliça Rania Müəllimlər Akademiyasının yeni binasının açılışında. / Mehriban Əliyeva “Bakutel – 2019” sərgisində.
Kraliçanın suriyalı akademiklərlə görüşü. / Vitse prezidentin Böyük Britaniya nümayəndə heyəti ilə görüşü.
Rania əl Abdullanın Nyu Yorkdakı tədbirdə çıxışı. / Mehriban Əliyeva Rusiyada sərgi açılışında.
Kral ailəsin Belçikaya səfəri. / Prezident və onun həyat yoldaşı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində açılışda.
Kraliça Amman Dizayn həftəsində. / Bakıda yeni il şənliyi.
Rania mükafatlandırma mərasimində. / Mehriban Əliyeva qlobal forumun açılışında.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia