Cümə, 22 Sentyabr 2023
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
No Result
View All Result

Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması

18 Yanvar 2023
5 min read
Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması

İllustrasiya: mikroskop media. Fotolar: president.az, Davit Ghahramanyan/AFP, Tofik Babayev/AFP

Laçın koridorunda təxminən 40 günə yaxındır ki, Azərbaycan hökumətinin təşkil etdiyi etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları iddia edir ki, onların tələbi Dağlıq Qarabağ ərazisindəki faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasıdır. Onlar bu fəaliyyətin ekologiyaya ziyan vurduğunu deyir və ərazidə həm ekoloji, həm də digər fəsadlarla bağlı monitorinq aparılmasını tələb edir. Monitorinqin aparılmasına ərazidəki rusiyalı sülhməramlıların mane olduğu bildirilir. 

1 aydan çoxdur davam edən aksiya həm də hazırda Dağlıq Qarabağda yaşayan erməni əsilli əhalinin vəziyyətini pisləşdirib. Ermənistan mediası yazır ki, ərazidəki əhali blokada vəziyyətinə düşüb və Xankəndini Ermənistanla birləşdirən yeganə yol bağlandığından ərzaq qıtlığı yaranıb. Ermənistan mediası ilə yanaşı beynəlxalq media orqanları – CNN, Axios, Der Spiegel, Time, The Economist, Frans Press, New York Times bölgədəki vəziyyəti işıqlandırıb. 

CNN yazır ki, kartof oradakı əhali üçün lüks qidaya çevirilib. 

Yanvarın 18-i CivilNet tanınmamış Dağlıq Qarabağ Respublikası hökumətinin talon sisteminə keçdiyini yazıb. Bu qərara da səbəb ərzaq qıtlığıdır. 

Azərbaycanın rəsmi dövlət media orqanları və hökumətyönlü xəbər agentlikləri aksiyaların davam etdiyi yerdən sülhməramlılara məxsus avtomobillərin maneəsiz keçdiyi barədə mütəmadi olaraq məlumat dərc edir. 

Yeri gəlmişkən, prezident İlham Əliyev Davosda Litva Prezidenti Gitanas Nauseda ilə yanvarın 18-də baş tutan görüşündə deyib ki, Laçın-Xankəndi yolu mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıqdır. 

Aksiyanı eko aktivistlərin təşkil etdiyinə niyə heç kim inanmır? 

Azərbaycan  Dövlət Televiziyası və rəsmi xəbər agentlikləri, eləcə də hökumətyönlü medialar bu aksiya iştirakçılarının eko-aktivistlər və ekologiya sahəsində ixtisaslaşmış QHT-lər olduğunu yazır.

Azərbaycan hökumətinin Laçında təşkil etdiyi aksiyalarda iştirak edən QHT-ləri ekologiya üzrə ixtisaslaşmış QHT kimi təqdim edirlər. Biz, 50-dən artıq videonu izləyib, orada olan QHT-ləri araşdırdıq. Həmin QHT-lərin ekologiya ilə heç bir əlaqəsi yoxdur. pic.twitter.com/bnDyYmWyBI

— Mikroskop Media (@MikroskopMedia) January 13, 2023

Aksiya başlayan tarixdən etibarən bu günə qədər təkcə dövlət televiziyasında 50-dən çox reportaj və canlı yayım yayımlanıb. Mikroskop Media həmin yayımları izləyib və monitorinqə əsasən məlum olub ki, aksiyada iştirak edən şəxslər və qht-lərin böyük əksəriyyəti ekologiya yox, tamam başqa sahələrdə – qadın hüquqları müdafiəsi, idman, əsgər ailələrinə dəstək və s. üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarıdır.  

Eyni zamanda həmin təşkilatların böyük qismi bir neçə ay əvvəl Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi müsabiqədə qalib olanlardır. Nəticələri 2022-ci ilin iyulunda elan olunan  “Elm, Təhsil və Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri” adlö müsabiqədə ümumilikdə 400 QHT qalib gəlib. 

QEYD: Qeyd olunan reportaj və canlı yayımlarda ekologiya sahəsində ixtisaslaşmış yalnız iki QHT var. Onların da hər ikisi hökumətdən Ekoloji təmiz kənd kampaniyası- təcrübələrin tətbiqi layihəsi (Səma və eko sosial iqtisadi inkişafa yardım İB) və Məişət tullantılarından təmizlənməsi ilə bağlı monitorinq aparılması layihəsi (Ekoloji Maarifçilik və Monitorinq) üzrə qrant alıb. 8 və 6 min AZN. 

Digər QHT-lər və qalib olduqları layihələr:

Müsabiqədə qalib gələn qeyri-hökumət təşkilatları. mənbə: Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Aksiyada iştirak edən şəxslər və təşkilatların digər qismi də ekologiya sahəsində ixtisaslaşmayıb. Onlar arasında hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarından da nümayəndələr və əməkdar tibb işçisi var. Siyahı:

  • Vətəndaşların maarifləndirilməsi İB 
  • Göyçay şəhid ailələrinə qayğı cəmiyyəti 
  • Dünya Gənc Türk Yazarlar Birliyi
  • Dünya İş Qadınları Assosiasiyası İB 
  • Gənclərin Elmi Mədəni İnkişafı İB
  • Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı 
  • Gənc Müsahiblər İctimai Birliyi
  • YAP Səbail rayon təşkilatının təlimatçısı Fuad Heydərli 
  • Aqrar İnkişaf Könüllüləri 
  • Azərbaycan Könüllü Təşkilatları İttifaqı
  • Əməkdar tibb işçisi Cəmilə Məmmədova 
  • Bakı Dövlət Universiteti Könüllüləri
  • Miqrasiya Könüllüləri 

2020-ci ilin sentyabr-noyabr aylarında davam edən 44 günlük müharibədən sonra azad edilən Kəlbəcərdə də yeraltı sərvət, filiz yataqları var. İlham Əliyevin 2021-ci il mayın 29-da imzaladığı sərəncama əsasən Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqları Türkiyə şirkətlərinə 30 il müddətinə icarəyə verilib.

Sərəncamda deyilir: 

“Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilsin”.

Son yazılar

Ermənistan tək qarantının Rusiya olmasını istəmir. Rusiya isə eyni fikirdə deyil

by Mikroskop
08 Sentyabr 2023
0
Ermənistan tək qarantının Rusiya olmasını istəmir. Rusiya isə eyni fikirdə deyil

Ermənistanla Rusiya arasında onsuz da gərgin olan münasibətlər Ermənistanın atdığı son addımlardan sonra bir az da gərginləşib. Söhbət hansı addımlardan...

Read more

Naxçıvanda tibb işçilərinə smartfonla işə gəlmək qadağan edilib

by Mikroskop
07 Sentyabr 2023
0
Naxçıvanda tibb işçilərinə smartfonla işə gəlmək qadağan edilib

Naxçıvanda Səhiyyə Nazirliyinin yeni tapşırığına əsasən, tibb işçilərinə kamerası olan smartfonlarla işə gəlmək qadağan olunub. Bu qadağa hələlik Naxçıvan MR...

Read more

Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə dərhal baxacaq

by Mikroskop
05 Sentyabr 2023
0
Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə dərhal baxacaq

Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu qaydanı əsas tutaraq iqtisadçı professor Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib. Bu barədə məlumatı...

Read more

Gürcüstanda parlament daxilində etiraz aksiyaları keçirmək qadağan edilir

by Mikroskop
05 Sentyabr 2023
0
Gürcüstanda parlament daxilində etiraz aksiyaları keçirmək qadağan edilir

Gürcüstan parlamenti parlamentin daxilində etiraz aksiyalarının keçirilməsini qadağan edən tənzimləmələr tətbiq edə bilər. Bu tənzimləmələr çərçivəsində parlamentə daxil olmaq üçün...

Read more

Susuz, dərmansız, işıqsız. “Dağlıq Qarabağ”ın əhalisi təkcə aclıq çəkmir

by Mikroskop
04 Sentyabr 2023
0
Susuz, dərmansız, işıqsız. “Dağlıq Qarabağ”ın əhalisi təkcə aclıq çəkmir

Azərbaycanın Laçın dəhlizini bağlamasından sonra davam edən böhran ən ağır fazasına keçib. Son 9 ayın ən çətin dövrünü yaşayan “Dağlıq...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan