Bazar ertəsi, 17 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Torpaq sürüşməsinə görə Gürcüstan hökuməti niyə tənqid olunur? OC-Media izah edir!

15 Avqust 2023
A A
Fəlakət baş verən ərazidə axtarış işləri aparılır. Foto: Gürcüstan DİN

Fəlakət baş verən ərazidə axtarış işləri aparılır. Foto: Gürcüstan DİN

Gürcüstanın şimalında, Şovi kurortunda baş verən torpaq sürüşməsinə görə yerli hakimiyyət tənqid hədəfindədir. OC media yazır ki, tənqidçilər sürüşmənin fəsadlarını minimuma endirmək üçün onun proqnozlaşdırıla biləcəyini hesab edir. Onlar deyir ki, ərazidəki sakinlər sürüşmə ilə bağlı məlumatlandırıla bilərdi. 

Nə baş verib? 

Avqustun 3-ü “Sunset Shovi” oteli ərazisində torpaq sürüşməsi olub və rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər həlak olub, 8 nəfər isə itkin düşüb.

Hazırda axtarış-xilasetmə işlərinə ordu da qoşulub.

Ermənistan və Azərbaycan fəlakətdən dərhal sonra yardım təklif etsə də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bundan imtina edib.

Sürüşməyə səbəb nə olub?

Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin dərc etdiyi ilkin təhlildə deyilir ki, torpaq sürüşməsinə bir neçə amil, o cümlədən yaxınlıqdakı Buba və Tiflis buzlaqlarının “intensiv” əriməsi, yer eroziyaları səbəb olub.

Fəlakət baş verən ərazidə axtarış işləri aparılır. Foto: Gürcüstan DİN

Hökumət niyə günahlandırılır?

Agentlik sürüşmədən bir neçə gün əvvəl Buba çayındakı tıxanma ilə bağlı fərziyyələri təkzib edib. 

İlya Dövlət Universitetindəki Yer Elmləri İnstitutunun  Coğrafiya departamentinin rəhbəri Laşa Suxişvili “Netgazeti”yə açıqlamasında Milli Ətraf Mühit Agentliyinin sürüşmənin saatda 70 km sürətlə baş verdiyi iddiasına şübhəli yanaşdığını deyib. Suxişvili hesab edib ki, sakinlərə bu barədə xəbərdarlıq edilə bilərdi. 

Hökumətin tənqid olunmasının digər səbəbi də fəlakətlə bağlı ön hazırlığın olmaması və operativ ilkin reaksiyanın verilməməsidir. Sürüşmə nəticəsində sağ qalanlar deyib ki, onlara nə xəbərdarlıq edilib, nə də evakuasiya ilə bağlı göstəriş verilib. 

Sakinlərin açıqlaması hökumətin aşkarlama mexanizminin olmamasına görə, daha çox tənqid olunması ilə nəticələnib. 

Hökumət nə deyir?

Hakim “Gürcü Arzusu” partiyası və Baş nazir İrakli Qaribaşvili açıqlama yayıb ki, hökumətin baş verən fəlakətə reaksiyası vaxtında və adekvat olub.

Hadisədən 5 gün sonra hökumət elan edib ki, onlar dərhal mümkün səhlənkarlıq və tikinti pozuntuları ehtimallarının araşdırılmasına başlayıb. 

Gürcüstanın  2017-2022-ci il üzrə “Fəlakət Riskinin Azaldılması üzrə Milli Strategiya”sında erkən xəbərdarlıq sisteminin yaradılması prioritet kimi qeyd olunub. Eyni zamanda 2021-ci ildə Milli Ətraf Mühit Agentliyi Şovini təbii fəlakət riski yüksək olan ərazilər sırasına daxil edib.

Torpaq sürüşməsi baş verən əraziyə cəlb edilən xilasedicilər axtarış-xilasetmə prosesinə hazırlaşır. Foto: Gürcüstan DİN

Hökumət nəyə söz vermişdi?

Hakim “Gürcü Arzusu” partiyasının 2021-ci ildəki seçki platformasında qeyd olunub ki, təbii fəlakət riski yüksək olan ərazilərdə 150-ə yaxın avtomatik monitorinq stansiyaları və xəbərdarlıq sistemləri yaradılacaq.  

“Erkən xəbərdarlıq SMS sistemi riskli ərazilərdə olan abunələri olduqları ərazidəki təhlükə ilə bağlı xəbərdar edəcək” – hökumət proqramında deyilir. 

Eyni şəkildə hakim partiya Svanetidəki Nenskra çayının daşmasından sonra, 2018-ci ildə söz vermişdi ki, 2-3 il ərzində bütün Gürcüstanda xəbərdarlıq sistemi qurulacaq.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia