Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bir tərəfdə Fransanın, digər tərəfdə Azərbaycanın humanitar yardımı. Xankəndidə isə vəziyyət dəyişmir.

31 Avqust 2023
A A
Bir tərəfdə Fransanın, digər tərəfdə Azərbaycanın humanitar yardımı. Xankəndidə isə vəziyyət dəyişmir.

Foto: Ann İdalqo. İllustrasiya: Mikroskop Media

Fransanın Paris şəhər bələdiyyəsinin və bir neçə təşkilatın birgə göndərdiyi 10 yük maşınından ibarət humanitar yardım karvanının Laçın sərhəd-buraxılış məntəqəsindən keçməsinə icazə verilməyib.

Söhbət Xankəndiyə göndərilmək üçün yola çıxan humanitar yardım karvanından gedir.

Yük maşınlarını şəxsən Parisin meri Ann Hidalqo müşayiət edib. İdalqo baş verənlərlə bağlı tweet atıb.

Biz burada Laçın dəhlizində heç bir humanitar yardımın Arsaxa daxil ola bilməyəcəyinə şahidlik etdik. Bu, insan hüquqlarının pozuntusudur. Humanitar yardım dolu 10 yük maşınımız buraxılmadı. Humanitar böhran davam edir.

Ann İdalqo

Makronla Əliyevin telefon danışığı 

29 avqustda Fransa prezidenti Emmanuel Makronla Azərbaycan prezidenti İlham Əliyev arasında telefon zəngi olub. Telefon danışığında Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. 

İlham Əliyev deyib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.

Emmanuel Makron isə vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz töhfəsini verməyə hazır olduğunu bildirib.

Ermənistan, “Dağlıq Qarabağ” və Aİ nə düşünür?

Həm Ermənistan, həm də “Dağlıq Qarabağ Respublikası” Azərbaycandan göndərilən humanitar yardımı rədd edir.

Bəzi Qərb ölkələri və Avropa İttifaqı Azərbaycanın təklifini müsbət qarşılasa da, Aİ-nin ali komissarı Josep Borrell Ağdam-Xankəndi yolunun Laçın dəhlizinə “alternativ” ola bilməyəcəyini açıqlayıb.

XİN-lər nə deyir? 

Fransanın Xarici İşlər naziri Katrin Kolona avqustun 29-da Parisdə keçirilən səfirlər konfransındakı çıxışı zamanı Qarabağdakı vəziyyətdən danışıb və Bakının Qarabağ ermənilərini kütləvi mühacirətə təhrik etdiyini deyib: 

Ermənilərin Dağlıq Qarabağdan kütləvi mühacirətinə sövq etmək məqsədi daşıyan sıxışdırılma strategiyası Beynəlxalq Ədalət Məhkəməsinin qərar verdiyi kimi qeyri-qanuni, həm də qeyri-əxlaqidir. 

Katrin Kolona

Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə isə fransalı nazirin açıqlamasının qəbuledilməz olduğunu deyib və Fransanı təhrikçi və təxrubatçı bəyanatlar səsləndirməkdə ittiham edib.  

Azərbaycan Respublikası milli qanunvericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, sosial və iqtisadi sferalarına reinteqrasiyası istiqamətində səy göstərir və bu səylərə qarşı maneçilik törədilməsi, o cümlədən guya erməni sakinlərin bölgədən qovulması istiqamətində siyasət həyata keçirildiyi barədə iddialar səsləndirilməsi tamamilə yanlışdır. Bir daha Fransa tərəfini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq. 

Ayxan Hacızadə

Avqustun 31-də isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirlə görüş zamanı həm humanitar yük məsələsi, həm də Fransa rəsmilərinin vəziyyətlə bağlı açıqlamaları ilə bağlı XİN-in etiraz notası ona təqdim olunub: 

“Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir” – deyə görüşdə qeyd olunub.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia