Bazar ertəsi, 13 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistan tək qarantının Rusiya olmasını istəmir. Rusiya isə eyni fikirdə deyil

08 Sentyabr 2023
A A
Ermənistan tək qarantının Rusiya olmasını istəmir. Rusiya isə eyni fikirdə deyil

Foto: kremlin.ru. İllustrasiya: Mikroskop Media

Ermənistanla Rusiya arasında onsuz da gərgin olan münasibətlər Ermənistanın atdığı son addımlardan sonra bir az da gərginləşib.

Söhbət hansı addımlardan gedir?

  • Ermənistanın Ukraynaya ilk humanitar yardımını göndərməsi
  • Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) nümayəndəsini geri çağırması
  • ABŞ-la birgə hərbi təlimlər keçirəcəyi xəbəri

Ukraynaya yardım

2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ilk dəfə olaraq Ermənistan hökuməti Ukraynaya humanitar yardım göndərib. Yardımın çatdırılmasına Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan kömək edib.

6 sentyabrda Ukrayna prezidentinin həyat yoldaşı Olena Zelenskayanın təşkilatçılığı ilə Kiyevdə “Birinci Xanımlar və Cənablar” sammiti baş tutub. Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da həmin sammitdə iştirak edib.

Anna Akopyan Kiyevdəki Birinci xanımlar və canəblar sammitində. Foto: Olena Zelenskayanın rəsmi X profili

KTMT ilə problemlər

2022-ci ilin 12-14 sentyabrında Azərbaycanla Ermənistan sərhədində baş verən toqquşmalardan sonra Ermənistanın KTMT ilə ciddi fikir ayrılığı yaranıb. 

Ermənistan, öz ərazisinə hücum edildiyini əsas gətirərək KTMT-nin müdaxiləsinə nail olmağa çalışsa da bu baş vermədi. Bununla da təşkilat barədə tez-tez səsləndirilən tənqidlər Ermənistanın KTMT-dəki nümayəndəsini geri çağırmaqla nəticələndi.

ABŞ-la birgə hərbi təlim

Ermənistanın KTMT-dəki nümayəndəsini geri çağırmasından bir gün sonra, 6 sentyabrda Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı missiyalara hazırlanmasına kömək etmək üçün ABŞ-la birgə hərbi təlimlərin keçiriləcəyini açıqlayıb.

Kremlin sözçüsü Dmitri Peskov xəbəri “narahatlığa səbəb” adlandırıb, xüsusən də “indiki vəziyyətdə”.

Belə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə töhfə vermir.

Dmitri Peskov

İki ölkə arasındakı söz davası

2 sentyabrda Nikol Paşinyan Rusiya sülhməramlılarını Dağlıq Qarabağın blokadaya alınmasına imkan verməkdə ittiham edib. Deyib ki, “missiyalarını yerinə yetirə bilmədilər”. Paşinyan qeyd edib ki, bir tərəfdaşdan asılı olmaq “strateji səhv oldu”.

İtaliyanın “La Repubblica” qəzetinə açıqlama verən Paşinyan izah edib ki, Ermənistanın təhlükəsizlik arxitekturası “99,999% Rusiya ilə bağlıdır” və Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ölkə hərbi dəstək və ya sursat tədarükündən məhrum olub. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 5 sentyabrda Paşinyanın şərhlərinə cavab verib və bildirib ki, “günahı başqasına atmaqdansa, öz hərəkətlərinə görə məsuliyyət daşımaq lazımdır”.

Siyasətçi və dövlət xadimi ilə ölkəsinin milli maraqlarını düşünməyən yoldan keçən insan arasındakı fərq budur.

Mariya Zaxarova

Kremlin sözcüsü Dmitri Peskov isə deyib ki, “Rusiya təhlükəsizlik qarantı rolunu oynamaqda davam edir”.

Rusiya bu regionun ayrılmaz hissəsidir, ona görə də heç bir yeri tərk edə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz. Rusiya regionun sabitləşdirilməsində və münaqişənin həllində ardıcıl, çox mühüm rol oynayıb və bunu davam etdirəcək.

Dmitri Peskov

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia