Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Virtual tanışlıq LGBTİQ+lar üçün nə qədər təhlükəsizdir? 

29 Yanvar 2024
A A
Virtual tanışlıq LGBTİQ+lar üçün nə qədər təhlükəsizdir? 

İllustrasiya: Mikroskop Media

Müəllif: Əli Məlikov

Azərbaycan kimi mühafizəkar və kuirfob mühitdə LGBTİQ+lar üçün sosiallaşma, tanışlıq, partnyor tapma imkanları məhduddur, bu da çoxlarını onlayn tanışlıq sferasına yönəlməyə vadar edir. Sistemli kuirfobiyanın şəxsi həyata kölgə saldığı bir cəmiyyətdə onlayn tanışlıq platformaları həm sığına bilinəcək bir məkan, həm də risk mahiyyəti daşıyır. Bu isə LGBTİQ+ vətəndaşlar üçün dilemma deməkdir.

Lakin yenə də kuirlər təhlükəsizlik baxımından nisbətən əlverişli olan onlayn tanışlığa üstünlük verir və müəyyən platformalara üz tuturlar.

23 yaşlı Eldar (şərti ad) da onlayn platformalardan birində aktiv istifadəçidir. Onlayn tanışlıq resursundan başqa, o, kuirlərin tez-tez iştirak etdiyi tədbirlərdə kiminləsə tanış ola bilir.

Fiziki olaraq tanışlıqlar əsasən planlanmış olmur. Adətən çölə çıxanda kimləsə tanış olmaq planım olmur, bunun üçün heç Bakıda mühit də yoxdur. Onlaynda isə niyyətim tanışlıqdır və qarşımdakı da bu mobil tətbiqə buna görə girir deyə, tanışlıq daha sürətlidir.

– deyən Eldar əlavə edir ki, real həyatda kuirlər bir-birlərinə nadir hallarda yaxınlaşır.

Real həyatda problem əmin olmamaqla bağlıdır. Kimisə görürsən, xoşun gəlir, amma ona yaxınlaşaraq deyə bilməzsən. Çünki bu şəxs sənə dəhşətli reaksiya da verə bilər. Deyək, ya kuirlər üçün bir məkanda gördünüz və yaxınlaşdınız, bu dəfə də tanımadığınız üçün problemlər yaşaya bilirsiniz. Həmin zaman da situasiyadan çıxmaq çətindir.

o deyir. 

Tanışlıq üçün virtual platformalara üstünlük verən LGTBİQ+lardan biri də Səbadır (şərti ad). Səba 20 yaşındadır, hazırda mühasibat üzrə təhsil alır.

Səbanın sözlərinə görə, o, 14 yaşındaykən belə platformalarla tanış olub. Elə bu platformalardan biri onda ağır travma buraxıb. Belə ki, 16 yaşında virtual tanışlıqdan sonra görüşdüyü şəxs tərəfindən zorlanmaya məruz qalıb. Ailəsinə kaminq-aut [red: cinsi kimliyini açıqlama] etmədiyinə görə bunu onlara deyə bilməyib. Həmin vaxt LGBTİQ+ aktivist çevrəsinə çıxışı olmadığı üçün şikayət edəcək yeri olmayıb, səssiz qalmağa məcbur olub.

14 yaşımda mənə seks obyekti kimi baxırdılar. Salam yazmadan çılpaq şəkillər ataraq, məndən də bunu istəyirdilər. İnsan kimi baxmırlar, başa düşmürlər, sənə stiqma qoyurlar. Virtual təcrübələrdə insanı aydın tanımaq olmur, real həyatda isə üz mimikalarından başa dümək olur

– deyə Səba o zaman başına gələn hadisələri xatırlayır.

O deyir ki, hətta çılpaq şəkil göndərdiyi insanlar ona müxtəlif formada hədə-qorxu gəliblər.

Bütün bunlara baxmayaraq, o, hələ də tanışlıq platformalarından istifadəyə davam edir. Buna səbəb isə ölkədə kuirlərin tanışlığı üçün əlverişli alternativ mühitin olmamasıdır.

Azərbaycanda LGTBİQ+lar arasında tanışlıq çox zəifdir. Hər oğlan sənə istədiyi yerdə yaxınlaşıb tanış ola bilmir, yaxud dostlarının arasında. Çünki onlara “bax, transa yaxınlaşdın” deyiləcək. Mən də real həyatda tanış olmaq istəyərdim, çünki insanlar real həyatda daha gözəl görünürlər. Amma təəssüf ki, ola bilmirəm.

“Hətta “Teleqram” qruplarında insanlar tanış olur. Əlverişli mühit yoxdur, kuir icma daxilində çox az sayda tədbir və parti kimi görüş yerləri olur, orada da hər kəs artıq tanışdır. Yeni insanlara çıxa bilmək də şəxsi həyatımıza belə mənfi təsir göstərir”, – o deyir.

Paytaxtda yaşayan və seks işçiliyi ilə məşğul olan trans qadın Nigar (şərti ad) onlayn platformalardan istifadə etsə də, sağlam münasibət qurmaq üçün bunun əlverişli olmadığını düşünür. 

Tanışlıq ölkədə limitli platformalarda reallaşır. Platformada varsansa, sanki seks üçün varsan – belə düşünürlər. Ona görə də üz-üzə tanışlığa daha çox önəm verirəm. Onlayn tanış olmaq istəyənlər isə deyir ki, “gəlim evə seks edək.

Nigar qeyd edir ki, işi səbəbindən sosial mediada üzünü açıq göstərməlidir, bu isə qapalı tanışlığa üstünlük verən seqmentdə onu təhlükəyə atır. 

İnsanlar gizliliyə üstünlük verirlər, nömrələri və şəkilləri görünməyəcək proqramlardan istifadə edirlər. Barmaqla sayılacaq qədər aralarında dürüst şəkildə öz məlumatlarını göndərənlər var. Onlayn görüşdüyüm adam olub üstündə bıçaq olub.

O xatırlayır ki, ən pis təcrübələrindən biri evinə görüşməyə getdiyi şəxsi onlayn hesabdakı fotodan tam fərqli görməsi olub. Üstəlik, evinə başqa adamları da yığıbmış. Bu səbəblə də Nigar qayıtmaq istəyib, lakin aralarında problem yaranıb və Nigar onlarla dalaşmalı olub.

O, üz-üzə tanışlıq təcrübələrinin daha fərqli olduğu qənaətindədir.

Real tanışlıqda qarşı tərəf sənə nəsə etməyə qorxur, çünki ətrafdakılar görür və hücum etsə diqqət çəkə bilər və s.

o deyir. 

Azərbaycanda feminizm mövzusunda məlumatlılığı artırmaq, qadın və LGBTİQ+ vətəndaşların üzləşdiyi ədalətsizlik hallarını ictimailəşdirməyə fokuslanan platformalardan biri “Femkulis” platformasıdır. Platforma qurucularından biri olan feminist aktivist fəal Sanay Yağmurun sözlərinə görə, onlara sosial şəbəkə üzərindən tanış olduqdan sonra zərər çəkən insanlar çox müraciət edir. Zərərçəkənlər pis təcrübələrdən sonra heç kəsə etibar etmədiyi üçün fəallara öz adları ilə yazmağa çəkinirlər. 

İndiyə qədər bir neçə zərərçəkmiş sevgilisinə göndərdiyi intim şəkillərin sosial şəbəkələrdə, “Teleqram” qruplarında paylaşılacağı ilə və ya ailə üzvlərinə göndəriləcəyi ilə hədələnib, bizə müraciət edib. Lakin hüquq-mühafizə sisteminə etimad zəif olduğu üçün zərərçəkmişlər rəsmi müraciət etməkdən çəkinirlər.

Sanay deyir

Sanay Yağmurun fikrini başqa müsahiblər də təsdiqləyir: onlayn tanışlıq zamanı təhlükə, hədə-qorxu və zorakılıqla üzləşən LGBTİQ+lar dövlət qurumlarına güvənmədikləri üçün şikayət etməməyə üstünlük verirlər. 

LGBTİQ+ların sosial və hüquqi vəziyyətinə görə Azərbaycanda vəziyyət günü-gündən pisləşir. Məsələn, ölkə illərdir ki, İLGA-Avropa təşkilatının hesabatlarında Avropanın ən pis ölkəsi kimi sonuncu yerdə qərarlaşır. 

Hüquqşünas Emin Abbasov deyir ki, kuirlər pozulmuş hüquqlarını müdafiə etməkdən ona görə çəkinirlər ki, onlara qarşı cəmiyyətdə geniş yayılmış ayrı-seçkilik mövcuddur.

Bu, əsasən hüquqları qoruma mexanizmlərinin və bu sahədəki məsul dövlət və qeyri-dövlət qurumlarının kuirlərin hüquqlarını nəzərə almaması, onların şikayətlərini ciddi qəbul edib araşdırmaması ilə əlaqəlidir. Bundan başqa, edilən müraciətlər qəbul olunsa belə, kuirlərə inkluziv şəkildə davranmırlar.

o, qeyd edir. 

23 yaşlı trans kişi Pərvin də bildirir ki, real həyatda kimisə görüşə çağırmağa çəkinir, çünki qarşı tərəfdən gələcək reaksiyalara bələd deyil. Lakin o yenə də tanışlıq proqramlarından istifadə etməməyə üstünlük verir. 

“Mobil tətbiqlər mənə rahat hiss etdirmir, çünki kimsə mənim şəklimi oradan götürə bilər. Ya da şəkillərim ailəmin və dostlarımın qarşısına çıxar. İstəmirəm ki, qarşıma sisgender biri çıxsın, amma çıxır. Bu da məni narahat edir”, – deyə Pərvin əlavə edir ki, bu səbəblərdən 5 ildir ancaq “İnstaqram” istifadəçisidir.

Bu üsulu seçmə səbəbim odur ki, burda kimliyim daha açıqdır. “İnstaqram”da trans olduğumu bilirlər, həm də qarşı tərəfi yaxından tanımaq şansım olur.

o bildirir.

Bakı Dövlət Universitetində təhsil alan İlqar (şərti ad) xatırlayır ki, bir dəfə onlayn platforma vasitəsi ilə tanış olduğu şəxs özünü yalnış təqdim edib və onun evinə gəlib. İçəri girdiyi zaman isə İlqar qəribəlik hiss edib və daha sonra ayağındakı elektron qandalı görüb. Bundan sonra isə özünü təhlükədə hiss etdiyi üçün onun evdən getməsini xahiş edib. İlqarın sözlərinə görə, o, Azərbaycanda məhbusların reabilitasiya şəraitinə güvənmədiyi üçün elektron qandalı gördükdə çox qorxub.

Evdən çıxmasını dedim, amma “day gəlmişəm də bura qədər” deyərək əynini çıxarmağa başladı. Çıxmasını desəm də, evə tərəf yeriyirdi və çox stress keçirirdim. Bu zaman gördüm ki, ayağında elektron qandal var. Polis çağıracağımı və pəncərədən qışqıracağımı deyərək təhdid etdim. Yalnız təhdid etdikdən sonra onu evdən uzaqlaşdıra bildim.  

o deyir.

Gender Resurs Mərkəzinin sosial işçisi Aidə Mirzəyeva deyir ki, kuirlər zorakılıq törədənlə yenidən qarşılaşmamaq, yarana biləcək travmadan yayınmaq və üstəlik, cəmiyyətin onlara qarşı olan fobik yanaşmasına görə şikayət etməkdən çəkinirlər.

Azərbaycanda baş verə biləcəkləri nəzərə alaraq, yaxşı olar ki, kuirlər təhlükəsizlik planlamasını etsin, yəni ilk dəfə görüşəcəyi şəxslə bağlı məlumatı, görüşün hansı məkanda və saat neçədə olacağı ilə bağlı məlumatı öz yaxın bildikləri şəxslərə, dostlarına bildirsin və canlı ünvanını bölüşsün  

o bildirir.

O əlavə edir ki, hər ehtimala qarşı görüşə gedərkən kuirlər öz güvəndikləri bir tanışı həmin məkana və ya yaxınlıqlarına çağırsın, təhlükə hiss etdiyi halda məkanı tərk edə və ya zəng edə bilsinlər.

Hüquqşünas Emin Abbasov deyir ki, kuirlər öz icmalarında etibar etdikləri və hüquq müdafiəsində ixtisaslaşmış hüquq müdafiə təşkilatları, hüquqşünas ilə öncədən əlaqə qursalar, daha əlverişli olar. 

“Bu kuirlərə qarşılaşdıqları təhlükəli hallarda təcili dəstək və məsləhət almağa imkan verə bilər. Ən qısa zamanda dəstək və məsləhət alma imkanlarına sahib olduqda bu, kuirlərlərin haqlarını daha effektiv qorumağa kömək edə bilər”.

* Respondentlərin təhlükəsizliyi üçün adlar dəyişdirilib.

Məqalə QueeRadarın Mentorluq Proqramı çərçivəsində Mikroskop Media üçün hazırlanıb.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia