Çərşənbə axşamı, 8 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Həyat yoldaşı Ülvi Həsənlinin təcridxanada ölümlə hədələndiyini deyir

21 Avqust 2024
A A
Həyat yoldaşı Ülvi Həsənlinin təcridxanada ölümlə hədələndiyini deyir

Ülvi Həsənli beynəlxalq tədbirdə Azərbaycandakı medianın durumu barədə danışır. Foto: Şəxsi arxiv

Abzas Medianın həbsdə olan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva ictimaiyyətə çağırış edib. O, həyat yoldaşının təcridxanadakı kamera yoldaşı tərəfindən təxribatla üzləşdiyini və həmin şəxsin media rəhbərini ölümlə hədələdiyini və hətta bir dəfə ülgüclə ona hücum etdiyini yazıb.

Nə baş verib: 30 iyulda Abzas Medianın saytında Ülvi Həsənlinin yazısı dərc edilib. Bu yazı onun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları barədə olub. Həmin yazıdan sonra Ülvi Həsənli ilə bir kamerada saxlanılan təxminən 60 yaşlı Siyavuş adlı bir şəxs onunla dava salmağa çalışıb, ülgüclə hücum edib və Ülvi Həsənlini kəsəcəyi ilə hədələyib.

Siyavuş adlı şəxs barədə nə məlumdur: Həmin şəxs narkotik ittihamı ilə həbs edilib. Barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür və təcridxanada saxlanılır. Ülvi hesab edir ki, Siyavuş adlı bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar.

Həmin şəxs özü dəfələrlə Ülvi Həsənliyə deyib ki, hökmünün azaldılmasında 1  saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun birbaşa rolu olub.

Medianın rəhbəri həyat yoldaşına onu da deyib ki, məhz həmin yazıdan sonra Siyavuş adlı şəxs davamlı olaraq təcridxananın rəisi Elnur İsmayılovun kabinetində olub.

  • Ülvi Həsənli bütün bu informasiyanı ötən həftə həyat yoldaşı ilə görüşən zaman verib. Baş verənlərlə bağlı vəkili Zibeydə Sadıqova təcridxana rəisinə, rəis müavininə şikayət ünvanlasa da 10 gündən çoxdur ki, heç nə dəyişməyib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia