Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

Müəlliflər: Fatimə Kərimova, Cavid Abdullayev

12 Noyabr 2024
A A
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

Foto: ANEWZ promo video / screenshot

Mərkəzi ofisi Bakıda olan və ingilis dilində yayımlanacaq yeni televiziya kanalının yaranması ilə bağlı Azərbaycanda fəaliyyət göstərən saytların və televiziyaların demək olar ki, hamısı xəbər verib. Hətta yeni yaranmış televiziyaya media tur da təşkil olunub. Bu mətnlərdə yeni televiziya kanalı “ANEWZ”, “Global Media Voice From Baku To The World”, yəni “Bakıdan Dünyaya Qlobal Media Səsi” kimi təqdim olunur. Bu “yeni səs” 4 noyabrdan etibarən faəliyyətə başlayıb və kanalın rəsmi açıqlamasında deyilir ki, o, “Qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edəcək”. 

Bəs bu yeni televiziya necə və kim tərəfindən yaradılıb? Necə olub ki, fəaliyyətə başlayandan 1 həftə sonra COP29-un media tərəfdaşı olub? Mikroskop araşdırıb. 

“ANEWZ” barədə nə bilirik?

“ANEWZ” adının mənası “A-dan Z-yə xəbər” deməkdir və televiziyanın icraçı direktoru da Azərbaycan auditoriyasına tanış simadır; 2020-2024-cü illərdə AzTV-nin sədr müavini kimi çalışmış Rüfət Həmzəyev. 

Televiyiza kanalı barədə yayımlanan sujetlərdən məlum olur ki, onun;  

  • 12 ölkədə əməkdaşı var
  • 110 ölkədə yayım həyata keçirir
  • Böyük Britaniya, ABŞ və İspaniyadan olan media ekspertləri ilə çalışır
  • Əsas məqsədlərindən biri Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafıdır
  • Fokuslandığı regionlar Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdir

Kanalın redaksiyası kimlərdən ibarətdir:

Qay Şon – Baş redaktor

O, iqtisadiyyat sahəsində ixtisaslaşmış jurnalistdir. Bundan əvvəl “Euronews”-un Qətərdəki bürosunun rəhbəri olub. Qay həm də “ANEWZ”da “The Business” verilişinin aparıcısıdır.

Nadiya Dermanska – Baş redaktorun müavini

Nadiya 2009-2013-cü illərdə Ukraynanın müxtəlif mediaları üçün Brüsseldən çalışıb. O, “Euronews” və Ukraynanın “Freedom TV” kanallarında fəaliyyət göstərib.

Orxan Amaşov – Aparıcı

Orxan Azərbaycanın Mətbuat Şurasının İdarə Heyətinin üzvü Əflatun Amaşovun oğludur və “ANEWZ”da “Dialogue of Civilizations” adlı verilişin aparıcısıdır.

Orxan Amaşov bundan əvvəl Azərbaycan hökumətinə yaxın caliber.az media orqanında çalışıb. O, Azərbaycanın Laçın koridorundakı bloqpostların qoyulduğu ərəfədə Azərbaycanın mövqeyini müdafiə edən çıxışlar edib.

Anastasiya Lavrina – aparıcı

Anastasiya Azərbaycanın Rus İcması sədrinin birinci müavini və YAP Gənclər Birliyinin üzvüdür. O, “Fransada erməni lobbiçiliyi necə işləyir?” filminin müəllifidir. Lavrina da hökumətin təşkil etdiyi “ekoaksiyanı” dəstələyənlərdən olub.

Əgər Anastasiya Lavrina bir yazıda Rus icmasının sədr müavini kimi təqdim edilirsə, dövlət informasiya agentliyi olan AzərTAc-da o, həm də politoloq kimi təqdim olunur və  Fransa əleyhinə şərh verir.

Lavrina “ANEWZ”da “Inside Politics” verilişinin aparıcısıdır.

Rüfət Həmzəyev, Qay Şon, Anastasiya Lavrina, Orxan Amaşov.

Kanalı kim yaradıb?

Azərbaycan Respublikası Audiovizual Şurası 2024-cü il oktyabrın 1-də daha bir müsabiqəsinin yekununu açıqlayıb və yayım üçün “ANEWZ”a lisenziya verildiyini elan edib. Şuranın qərarında deyilir: 

“Digər iddiaçılarla müqayisədə daha üstün texniki imkanlara malik olmasını və təqdim etdiyi iqtisadi əsaslandırmasını nəzərə alaraq “CİBC Global” Məhdud Məsuliyyətli Cəmiyyəti (televiziya redaksiyanın adı: “AnewZ”) peyk yayımı həyata keçirən platforma yayımçısı müsabiqənin qalibi elan edilsin”. 

Televiziyanın Wikipedia səhifəsində də onun “CİBC Global” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxil olduğu deyilir, amma Wikipedia həmin səhifəni “birmənalı şəkildə reklam və ya təbliğat” kimi əsaslandıraraq silib. 

Audiovizual Şuranın qərarında həm də deyilir ki, CİBC MMC 5 gün ərzində bu lisenziya üçün nəzərdə tutulmuş 2500 manat rüsumu ödəməlidir. Bu, CİBC MMC üçün çətin olmamalıdır, çünki 2500 manat şirkətin nizamnamə kapitalı ilə müqayisədə kifayət qədər cuzi məbləğdir. 

4 ay ərzində 2 dəfədən çox artan nizamnamə kapitalı 

Dövlət Vergi Xidmətinin reyester məlumatlarına görə, CİBC MMC 2024-cü il iyunun 11-də yaradılıb. Şirkətin qanuni təmsilçisi “ANEWZ”un icraçı direktoru olan Rüfət Həmzəyevdir. 

İlkin olaraq 5 milyon manat nizamnamə kapitalı ilə yaranan şirkət 4 ay yarım ərzində bu kapitalı artırıb və 11 milyon manata çatdırıb. Lakin şirkətin qanuni təmsilçisi ilə yanaşı onun qeydiyyatda olduğu ünvan da yad deyil. Səbail rayonu, Neftçilər prospekti ev 73 ünvanı təkcə bu şirkətin yox, həm də Azneft İstehsalat Birliyinin hüquqi ünvanıdır. Bu ünvanda daha öncə “SOCAR Ueyst Menecment Kompleks” MMC qeydiyyatdan keçib. 2020-ci ildə isə “Oil Rocks Drilling Company” MMC” şirkəti 10 min manat nizamnamə kapitalı ilə bu ünvanda dövlət qeydiyyatına alınıb. 

AzNeft İstehsalat Birliyi dövlət neft şirkəti SOCAR-ın strukturuna daxil olan qurumdur və o, SOCAR-ın balansındakı yataqların işlənməsi, ölkədə mövcud olan 2 ədəd qaz anbarının istismarı, istehlakçılara verilən qazın təmizlənməsi və s. istiqamətlərdə fəaliyyət göstərir. 

CİBC MMC-nin qeydiyyata alınması ilə bağlı yerli mediada dərc olunan və bir qismi sonradan silinən xəbərlərdə də bu şirkəti SOCAR-ın yaratdığı deyilir. “SOCAR 5 milyon manat nizamnamə kapitalı ilə şirkət yaratdı” başlıqlı və rus dilində olan xəbər caliber.az saytında hələ də qalsa da, eyni başlıqlı və məzmunlu xəbər Report İnformasiya agentliyinin saytından silinib. 

SOCAR-ın tərkibinə hazırda daha 3 televiziya kanalı daxildir: 

  • Xəzər Tv 
  • CBC Sport
  • CBC Azərbaycan 

COP29-un hazırda media tərəfdaşlarından ikisi CBC və ANEWZ-dur.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia