Cümə, 13 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

Müəllif: Cavid Abdullayev

18 Noyabr 2024
A A
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

İllustrasiya: Mikroskop media

Azərbaycana gələn Amerika Konqresmeni Frank Peloninin başı nə qaldığı oteldə dinc olub, nə də COP29 konfransı keçirilən ərazidə. 16 Noyabrdan etibarən onu ya Azərbaycan hökumətinin jurnalistləri, ya da Azərbaycan hökumətinin maddi olaraq dəstəklədiyi Qeyri Hökumət Təşkilatları “sınağa çəkir”. Jurnalistlər ona “ermənilərdən nə qədər pul aldığı” barədə sual verir, QHT sədrləri isə onun ABŞ-a qayıtmağını tələb edir.

Azərbaycan hökumətinin nəzarətindəki televiziyalar Frank Peloninin qaldığı oteli qarşısında aksiya keçirən QHT sədrlərdən aldığı müsahibələrdə yalnız onların adını verməklə kifayətlənib.

Mikroskop Media həmin QHT-ləri və onların son 3 ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən nə qədər qrant aldığını araşdırıb.

Aksiyada hansı QHT-lər olub?

Mikroskop Media bir neçə TV-də yayımlanan sujetlərdən 7 QHT-ni müəyyənləşdirib. Aksiyada daha çox QHT iştirak etsə də yalnız müsahibələr əsasında kimin hansı QHT-nin sədri olduğunu müəyyənləşdirmək mümkün olub.

  1. “Gənclərin Anti-Narkomaniya” İB
  2. “Milli Dəyərlər üzrə Maarifləndirmə” İB
  3. “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB
  4. Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti
  5. “Ortaq Dəyərlər” İB
  6. “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İB
  7. “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İB

Kim, niyə və nə qədər qrant alıb?

“Gənclərin Anti-Narkomaniya” İB

2022-ci ildə:

  • “Qadın adı: hörmət və xəyanət” sənədli filminin çəkilməsi və qızlar arasında Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği – 8 000 manat

2023-cü ildə:

  • “Həyatına dəyər ver” sosial çarxının hazırlanması və maarifləndirmə tədbirlərinin təşkili – 7 000 manat

“Milli Dəyərlər üzrə Maarifləndirmə” İB

2022-ci ildə:

  • Məişət zorakılığına qarşı mübarizədə maarifləndirmə – 9 000 manat

2024-cü ildə:

  • Milli dəyərlərin təbliğinə həsr edilmiş tədbirlərin təşkili – 9 000 manat

“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB

2023-cü ildə:

  • Əhalinin həssas sosial qruplarının mövcud sosial müdafiə mexanizmlərindən istifadə bacarıqlarının artırılması – 8 000 manat

2024-cü ildə:

  • Kəlbəcər və Laçın rayonlarının iqtisadi resursları [red: layihənin adı belədir]  – 9 800 manat

Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti

2023-cü ildə:

  • “Vətən yolunda addımlayanlar” filminin çəkilməsi – 9 000 manat

2024-cü ildə:

  • Şəhidlərin qəhrəmanlığının təbliği – 9 000 manat

“Ortaq Dəyərlər” İB

2023-cü ildə:

  • Güney azərbaycanlıların ana dili və azərbaycançılıq ideyaları ətrafında birləşməsi istiqamətində media platformalarında iş – 9 000 manat

2024-cü ildə:

  • Xarici ölkələrdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi – 16 100 manat

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək”İB

2024-cü ildə:

  • Sahibkar Qadınların Milli İnkişaf Strategiyasının hazırlanması – 11 000 manat

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İB

2024-cü ildə:

  • Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi – 19 000 manat

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia