Şənbə, 14 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
A A
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

İllustrasiya: Mikroskop Media

2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyəti dayandırılandan bəri bu qurumla Azərbaycan hakimiyyəti artasında gərginlik davam edir. Bu müddət ərzində həm yerli media orqanlarında, həm də sosial mediada AŞPA və başda deputat Frank Şvabe olmaqla bu qurumda təmsil olunan ayrı-ayrı şəxslərin əleyhinə bağlı xeyli sayda paylaşım edilib. 

DFRLab X platformasında yüzlərlə hesabı araşdıraraq kampaniyanın detallarını və paylaşılan narrativləri ortaya çıxarıb.

X platformasında AŞPA əleyhinə kampaniyada iştirak edən 1 945 hesabdan 75-inin bio məlumatlar hissəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) adı yazılıb. Bundan başqa, onlardan 951-i həmçinin Yeni Kaledoniya ilə bağlı DFRLab-ın araşdırdığı digər bir kampaniyada da iştirak edib.

Azərbaycandakı yerli medianı monitorinq etmək həm də hökumətin siyasi düşüncəsini, tutduğu istiqaməti ölçmək üçün indikator ola bilər. Buna görə də DFRLab öz materiallarında Mikroskop Media-nın indiyə qədər etdiyi belə monitorinq və araşdırmalara istinad edir. Belə araşdırmalardan birində Mikroskop Media Paşa Holdinqin taksi bazarına girməyinə daha yaxşı şərait yaratmaq üçün yerli mediaların ictimai fikrə necə təsir etdiyini izah etmişdi. Bununla yanaşı, yerli televiziyaların USAİD əleyhinə hazırladığı sujetlər də Mikroskop Media-nın araşdırma mövzusu olub. 

Hökumətyönlü medianı monitorinqi

DFRLab 4 hökumətyönlü medianı monitorinq edib – APA.az, Trend.az, Report.az və Oxu.az. Ortaya çıxıb ki, hökumətyönlü Azərbaycan KİV-ləri AŞPA ilə münasibətləri dayandırmaq qərarı ərəfəsində anti-AŞPA yazıları dərc edib və bu qərarı əsaslandırmaq üçün zəmin yaradıb.

Monitorinqin nəticələrinə görə mediaların ittihamları aşağıdakılar olub:

  • AŞPA İslamafob və Anti-Azərbaycan mövqeyindədir, Ermənistanın tərəfindədir 
  • AŞPA Azərbaycanın qələbəsini həzm edə bilmir (24, 25, 26 Yanvar)
  • AŞPA Almaniya və Fransanın kuklasıdır (24, 25 Yanvar)
  • AŞPA “öhdəliklər” deyəndə “LGBTQ+ hüquqları”nı nəzərdə tutur (26 Yanvar)
  • AŞPA heç vaxt Ermənistanın Qarabağı işğal etməsi ilə bağlı addım atmayıb (25, 26 Yanvar)

Azərbaycan tərəfinin AŞPA-dakı fəaliyyətini dayandırmaq qərarından əvvəl də hökümətyönlü ən azı 2 media bu mümkün nəticəni yaymağa başlayıb. Onların dərc etdiyi materiallarda Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin dayandırılması və ya Azərbaycanın  AŞPA və Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) tamamilə çıxması qeyd olunub. 

Nümayəndə heyəti üzvlərinə qarşı kampaniya

2024-cü ilin 24-26 yanvar tarixlərində #PACE həştəqindən istifadə edilərək atılan tvitlərin monitorinqinin nəticəsinə görə, bəzi hesablar eyni postları paylaşıblar. Bu tarixlər ərzində 146 unikal post 16 834 dəfə paylaşılıb. 

Atılan tvitlərdə AŞPA nümayəndə heyətinin üzvləri Ermənistana lobbiçilik etməkdə ittiham olunub, onların fərqli fotoları paylaşılıb və bütün paylaşımlarda #ArmenianLobby həştəqi istifadə olunub.

Eyni dizayn və hashtaglarla AŞPA-nın müxtəlif üzvlərini hədəf alan yazıların skrinşotları. (Mənbə: DFRLab)

“Səhvən” paylaşılan post bizə nə deyir

Kopyala-yapışdır üsulu ilə yayılan 146 postdan 99-u AzerTac-ın AŞPA ilə bağlı yazısını paylaşıb. Postu paylaşan şəxs mətnlə yanaşı həm də saatı və bir telefon nömrəsini də “səhvən” kopyalayaraq paylaşıb.

Eyni postun nömrəsiz və vaxtsız versiyası 66 dəfə fərqli hesablardan paylaşılıb.

+99470 277 19 974 – bu nömrə müxtəlif zamanlarda bir neçə dəfə də paylaşılıb. Biri 21 iyul 2023-cü ildə Şuşa Qlobal Media Forumu ilə bağlı instagram postunda, bir dəfə də elə həmin gün X-da.

Ekran görüntüsü telefon nömrəsini və vaxt göstəricisini paylaşan copy-pasta kampaniyasının bir hissəsi olan X yazısını göstərir. (Mənbə: X/arxiv)

Eyni sosial media hesbaları fərqli kampaniyalarda

X hesablarının analizi göstərdi ki, AŞPA əleyhinə kampaniyada iştirak edən bəzi hesablar 2024-cü ilin may ayında Yeni Kaledoniya etirazları ilə bağlı onlayn həştəq kampaniyasında da fəal olub. Hər iki kampaniyada kopyala-yapışdır üsulu ilə məzmunlarının paylaşılması və həştəqlərin manipulyasiyası kimi oxşar taktikalardan istifadə edildiyi aşkarlanıb.

DFRLab, AŞPA əleyhinə kampaniyada iştirak edən hesabların məlumatlarını Yeni Kaledoniya kampaniyasına qoşulan hesablarla müqayisə edərək müəyyən etdi ki, AŞPA əleyhinə kampaniyadakı 1,619 hesabdan 951-i hər iki kampaniyada iştirak edib. Bu 951 hesabdan 75-nin bio bölməsində YAP-ın (Yeni Azərbaycan Partiyası) adı qeyd olunub.

AŞPA əleyhinə və Yeni Kaledoniya kampaniyası ilə əlaqəli eyni hesaba aid yazıların ekran görüntülərini göstərir. (Mənbə: @Lale0052/arxiv, sol; @Lale0052/arxiv, sağ)

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia