Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Şahmat dahisi Boris Spasski

30 Yanvar 2019
A A
Şahmat dahisi Boris Spasski

Boris Spasski. Foto: Twitter

1952-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə beynəlxalq turnir keçirilirdi. Turnirdə Smıslov, Petrosyan, Boleslavski kimi adlı-sanlı iştirakçılarla yanaşı, 15 yaşlı Leninqrad məktəblisi, ustalığa namizəd Boris Spasski də çıxış edirdi. Heç kim onu ciddi rəqib saymırdı. Lakin elə birinci turda gözlənilməz hadisə baş verdi. Spasski şahmat tacına real namizəd olan Smıslovu məğlubiyyətə uğratdı.

O, turdan-tura görkəmli şahmatçılarla çəkinmədən oynayırdı. Gənc şahmatçı turnirdə 4-5-ci yerləri bölüşdürərək, dünyanın beynəlxalq usta adına layiq görülmüş ən gənc şahmatçısı oldu. Bununla da Spasskinin şahmat aləmində müzəffər yürüşü başlandı.

B.Spasskinin ilk məşqçisi V. Zak yetirməsinin istedadlı olduğunu görərək, onunla daha ciddi məşğul olmağa başlayıb. Spasski bir il ərzində 1-ci dərəcəli şahmatçıya qədər yüksəlir. Buna baxmayaraq, o, sürətli taktiki oyunda hücum edə bilmirdi.

Yeni məşqçi qrossmeyster Toluş onun qarşısına hücuma keçməyi öyrənmək vəzifəsini qoyur. Spasski oyunun müxtəlif cəhətlərini, Botvinnikin ardıcıl strategiyasını, Talın qəfil hücumlarını, Smıslovun incə mövqeli ideyalarını öyrənməyə başlayır. Gərgin zəhmət bəhrəsini verir. 18 yaşında gənclər arasında dünya çempionu adına layiq görülür. İki aydan sonra isə qrossmeyster adını alaraq, şahmat tacı uğrunda mübarizənin iddiaçılarından biri olur.

Qəflətən uğursuzluqlar ard-arda gəlməyə başlayır. O, iki dəfə SSRİ çempionatının sonuncu turlarında məğlub olur, beləliklə tac uğrunda mübarizədə iştirak edə bilmir. Məhz bu illər onun xarakterinin möhkəmlənməsində, məğlubiyyətlərdən qorxmamağı öyrənməsində böyük rol oynayır.

1963-cü ildə yenidən şahmat zirvəsinə uğurlu yürüşlərə başlayır. Seçmə yarışlarda qalib gələrək, 1966-cı ildə dünya çempionu adı uğrunda mübarizədə Petrosyanla görüşür. Bu matçda rəqibinə məğlub olur. Amma yeni yürüşlərə başlamaq üçün özündə qüvvə tapır. Gellerə, Larsenə, sonra isə Gorçnoya qalib gələrək, yenidən Petrosyanla çempion adı uğrunda mübarizə aparır. Petrosyan hesabı bərabərləşdirməyə müvəffəq olur. Finişdə isə Spasski daha yaxşı oynayır və Petrosyana qalib gələrək, 10-cu dünya çempionu adına layiq görülür.

Bu çətin qələbədən sonra Spasski hamıdan güclü olduğuna inanır. O, turnirlərdə getdikcə az çıxış edir. Məhz bunun nəticəsində çempion adı uğrunda mübarizənin növbəti silsiləsində Fişerə məğlub olur.

Onun Bobbi Fişerlə mübarizəsi həmin dövrdə böyük səs küyə səbəb olub. 2015-ci il istehsalı olan “Pawn Sacrifice” filmi də bu mücadilənin detllarını öyrənmək istəyənlər üçün yaxşı mənbədir. Film daha çox Bobbi Fişerin həyatına fokuslansa da, şahmatın iki dahisi arasında baş tutan oyunlardan da kifayət qədər bəhs edir.

Boris Spasski kimdir: 1937-ci il yanvarın 30-da Leninqradda anadan olub. O, müharibədə ata-anasını itirib, uşaq evində tərbiyə alıb. 9 yaşında ikən ən yaxşı şahmat məktəblərindən biri olan Leninqrad pionerlər sarayının şahmat dərnəyinə üzv olub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia