Çərşənbə axşamı, 9 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Müasir elmin atası Qalileo Qaliley haqqında

15 Fevral 2019
A A
Müasir elmin atası Qalileo Qaliley haqqında

Qalileo Qaliley. Foto: Wikipedia

İtalyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu Qalileo Qaliley 1564-cü il fevralın 15-də İtaliyanın Piza şəhərində anadan olub.
Qaliley elmi inqilabda böyük bir rol oynayıb. Qalileo, “müasir astronomiyanın atası”, “müasir fizikanın atası”, “müasir elmin atası” olaraq adlandırılır. Stephen Havkinq deyib ki, Qalileo müasir elmin doğulmağında məsul olduğu üçün bəlkə də digər insanlardan daha çox insan idi.

Dövrünün tanınmış musiqiçilərindən Vinçenzo Qalileyin oğlu olan Qalileo, ilk təhsilini Florensiyada alıb. 1581-ci ildə Piza Universitetində tibb təhsilinə başlayıb. Ancaq pulsuzluqdan məktəbi tərk edib. 1583-cü ildən etibarən riyaziyyatla maraqlanan Qalileo, bu sahədəki işləri sayəsində, 1589-cu ildə Pizada professorluq dərəcəsi əldə edib.
O, mexaniki rəqqasın, üzən cisimlərin və hərəkətin Aristotel fizikasından fərqli düşüncə ilə riyazi olaraq ələ alınmasını təklif edib. Qalileo Piza qülləsindən ağırlıq daşı sallayaraq Aristotelin nəzəriyyəsinə ciddi dəyişiklik edib. Alimin fikrincə bütün şərtlər bərabər olarsa, hər cismin düşmə sürəti, ağırlığından asılıdır. Onun bu təklifi yaşlı professorlarla münaqişəyə səbəb olub və 1592-ci ildə Pizanı tərk edərək, Paduya Universitetində riyaziyyat kafedrasına gəlib.

1597-ci ildə praktikada çox faydalı olan kompası satış məqsədilə bazara çıxarıb. 1600-cü ildən dərhal sonra primitiv termometr, insanın ürək döyüntülərinin ölçülməsində istifadə edilə bilən rəqqas və 1604-cü ildə sərbəstdüşmənin riyazi qanunlarını kəşf edib. Ancaq onun bərabərtəcilli hərəkət anlayışında səhv var idi.

1609-cu ildə alim eşidib ki, Hollandiyada teleskop var və özü daha təkmil alət düzəldərək astronomiya müşahidələrində istifadə edib. 1610-cu ildə Aydakı dağlar, ulduz topaları və Süd yolu barədə ilk təsbitlərini nəşr etdirib. Bu vaxt deyib ki, Yupiterin dörd peyki var. Onun bu kitabı oxucularda çox maraq oyadıb və onun Florensiyada saray riyaziyyatçısı olmağını təmin edib. Dərhal sonra Venera planetinin fazaları və Saturnun şəkli haqqında məlumat verib və astronomiyada qəbul edilən Ptolemey sistemini şübhə altına alıb.
1611-ci ildə Romaya gedib və oradakı Elmlər Akademiyasına üzv seçilib. Florensiyaya geri qayıdandan sonra hidrostatika bağlı yazdığı və bir çox professorun etirazına səbəb olan kitabı və 1613-cü ildə Günəş ləkələri haqqında yazdığı əsərini nəşr etdirib. Bu əsərində Kopernik sistemini açıq-aydın müdafiə edib. Buna görə də kilsə inkvizisiyasının hücumuna məruz qalıb. 1615-ci ildə Romaya gedərək öz iddiasını müdafiə etsə də, 1616-cı ildə Papa Beşinci Paul tərəfindən kitablarının tədqiqi üçün komissiya yaradıldı. Bu komissiya Qalileonun kitablarını qadağan etmədi, amma tələb etdi ki, Dünyanın öz oxu ətrafında fırlandığı barədə iddiasından imtina etsin.

Qalileo, bir müddət elmin praktik istiqamətinə geri qayıdaraq mikroskopu inkişaf etdirib, amma 1618-ci ildə üç kometanın görülməsi ilə yenə kilsə ilə arasında münaqişə yaranıb.
Dostunun VIII Urban adı ilə Papa seçilməsindən cəsarətlənərək yazdığı “İki Kainat Sistemi Barədə Dialoq” adlı əsərini 1632-ci ildə nəşr etdirib. Kitab kilsənin xəbərdarlıqları ilə ziddiyyət təşkil etdiyi üçün alim Romada məhkəməyə çağırılıb. 1633-cü ildə həmin kitab qadağan edilib və Müqəddəs İnkvizisiya Qalileonu ömürlük həbsə məhkum edib. Yetmiş yaşında həbs edilən alimin cəzası ev dustaqlığı ilə əvəz edilib, bir müddət sonra gözləri kor olub və 1642-ci ildə vəfat edib.

Qalileo Qaliley 1633-cü ildə keçirilən məhkəməsində Yerin Günəş ətrafında fırlanması fikrini təkzib etməli olub. Deyilənlərə görə, alim hökmdən sonra dözməyərək “Axı, O (Yer kürəsi Günəş ətrafında) fırlanır” sözünü işlədib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia