İtkin düşdükdən bir müddət sonra cəsədi tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyi və Baş Prokuorluğun birgə yaydığı məlumata görə, o, kənd sakini İlkin Süleymanovdur. 1973-cü il təvəllüdlü şübhəli işsizdir.
Məlumatda deyilir ki, istintaq-əməliyyat qrupu İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyaları maddi sübut kimi götürüb.
İlkin Süleymanovun hadisəni törətdiyini etiraf etdiyi bildirilir.

