Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Nərmin Quliyevanın ölümü ilə bağlı indiyədək nələr məlumdur?

08 Yanvar 2020
A A
Nərmin Quliyevanın ölümü ilə bağlı indiyədək nələr məlumdur?

Nərmin Quliyevanın ölümü barədə bildiklərimiz

Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən Nərmin Quliyevanın bir neçə gün əvvəl meyiti tapılıb. İlkin ehtimallara görə o, cinsi zorakılığa məruz qalıb və başından küt alətlə aldığı zərbədən həlak olub.

Nərmin Quliyeva kimdir və necə itib:

Dondar Quşçu kəndində 2010-cu ildə anadan olan Nərmin Quliyeva yaşadığı kənddə 2019-cu il noyabrın 21-i itkin düşüb. Onun anası Aynurə İsmayılovanın sözlərinə görə, N.Quliyeva əmisi Arif Quliyevin gödəkçəsini onlara aparmaq üçün evdən çıxıb. 8-10 metrlik məsafədə yaşayan əmisinə gödəkçəni verəndən sonra o, digər əmisi Lətif Quliyevin evinə gedib. Evlərin arasından keçən yolda N.Quliyeva yoxa çıxıb.

Baş Prokuorluq nə deyir:

Nərminin cəsədi itkin düşəndən təxminən 40 gün sonra, yanvarın 6-ı yanmış vəziyyətdə elə yoxa çıxdığı kənddə tapılıb. Araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar olduğu müəyyənləşib. Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elina Hacıyevanın intiharı barədə nələri bilirik, nələri yox

İstintaq araşdırmalar zamanı nələri müəyyənləşdirib:

  • Nərmin Quliyeva tapılandan 5 gün əvvəl öldürülüb
  • Kəllə sümüyündə 5 sınıq aşkarlanıb
  • Ölümünə başından küt alətlə vurulması səbəb olub
  • Meyit polietilen torbada hadisə yerinə gətirilib və orada yandırılıb
  • Cəsədin yalnız qurşaqdan aşağı hissəsi yanıb
  • Dırnaqları kəsilib

Əməliyyat qrupunun qənaəti nədir:

Nərminin dırnaqlarının kəsilməsinin cinsi zorakılıqla bağlı olduğu ehtimal edilir. Məqsəd cinsi zorakılıq zamanı onun müqavimət göstərərək, xəsarət yetirməsinin qarşısını almaq olub.

Nərmin Quliyeva itkin düşəndən sonra necə axtarılıb:

Ailə üzvləri noyabrın 25-dən etibarən Xəzər TV-dəki “Səni axtarıram” verilişində onun axtarışına başlayıb.

Ötən il dekabrın 9-da isə mediada istintaqın irəli sürdüyü ilkin ehtimal dərc olunub. Həmin ehtimala görə, o, yol-nəqliyyat hadisəsinin qurbanı olub. Sürücü yaralıya tibbi yardım göstərmək üçün onu götürüb, ancaq ola bilsin ki, N.Quliyeva yolda ölüb. Bu vəziyyətdə sürücü, çox güman ki, cəsəddən qurtulmaq üçün onu haradasa gizlədib.

Hələlik Nərmin Quliyevanın noyabrın 21-dən etibarən harada saxlandığı və onu kimin qətlə yetirdiyi məlum deyil.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia