Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AŞPA Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməni qəbul etdi

30 Yanvar 2020

Avropa Şurası Parlament Assambleyasının (AŞPA ) bugünkü iclasında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə iştirakçıların üçdə ikisinin səs çoxluğu ilə qəbul edilib. AŞPA hesab edir ki, Azərbaycanda siyasi məhbuslarla bağlı problemlər mövcuddur və belə halların araşdırılmasına, eləcə də daha geniş islahatlara ehtiyac var.

Azərbaycanın hüquq müdafiəçilərinin siyasi məhbus saydığı bütün şəxsləri Avropa Şurası da siyasi məhbus hesab edib və onların dərhal azad olunmalarını tələb edib.  Azərbaycanın siyasi məhbus probleminin struktur və sistem səbəblərindən olduğuna şübhə olmadığını deyən AŞPA hakimiyyəti iddia edilən hallların qərəzsiz bir qurum tərəfindən araşdırılmasını təmin etməyə çağırıb.

Qətnamə AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Aevarsdottinin hesabatına əsasən qəbul olunub.

İclasda Azərbaycan hökumətinə çağırış edilib və tələblərini irəli sürülüb:

  • Məhkəmə sistemində;
  • Baş Prokurorluqda;
  • Polis orqanlarında;
  • Nəzarət sistemindəki problemləri həll etmək.
  • İslahatlara “vahid yanaşma”;
  • Avropa İnsan Haqları Məhkəməsinin tələb etdiyi kimi siyasi motivli özbaşınalığın təkrarlanmamasını təmin etmək.

Kimlər necə səs verib: Səsvermədə 116 nəfər iştirak edib. Onlardan;

  • 82 nəfər lehinə
  • 28 nəfər əleyhinə
  • 6 nəfər bitərəf olub.
AŞPA həm də Azərbaycandakı demokratik mühiti seçki keçirmək üçün uyğun hesab etmir

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia