Cümə, 18 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Parlament seçkilərinə xarici deputatlar nə deyib müsbət rəy veriblər?

12 Fevral 2020
Parlament seçkilərinə xarici deputatlar nə deyib müsbət rəy veriblər?

Parlament seçkiləri gecəsi səs sayımı. Foto: Əziz Kərimov / Reuters

Fevralın 9-u Azərbaycanda keçirilən növbədənkənar Parlament seçkiləri barədə beynəlxalq müşahidəçilər, xarici ölkələrdən gələn deputatlar da rəy verib. Onları bir qismi hesab edib ki, seçki şəffaf keçib və vətəndaşların seçmək və seçilmək hüququ tam təmin olunub.

Xarici deputat və müşahidəçilər seçki barədə nə deyib?

Mikroskop onların sitatlarını təqdim edir:

“Azərbaycan vətəndaşlarını seçmək və seçilmək hüququ ilə tam təmin etdi.Müşahidələr apardığımız seçki məntəqələrində səsvermə prosesində hər hansı pozuntular görmədik”.

Türkiyə Böyük Millət Məclisinin deputatı İsmet Uçma

“15 seçki məntəqəsində olaraq bildirmək istəyirəm ki, seçkilər sakit məcrada keçir. Seçki prosesinin bütün subyektləri bir-biri ilə ümumi dil tapırlar”. 

Belaruslu deputat İqor Komarovski

“Azərbaycanda seçki prosesində tətbiq olunub yeniliklər məni təəccübləndirdi.Olduğumu məntəqələrdə heç bir qayda pozuntusu müşahidə etməmişəm”.

Çexiya parlamentinin üzvü Yaroslav Qulik
Biz həm də ATƏT-in bəyanatında seçki ilə bağlı deyilənləri də qeyd etmişik
Əsas çıxarışları oxumaq üçün tıkla!

“Azərbaycan Milli Məclisinə seçkilər rəqabət şəraitində, tamamilə açıq şəkildə keçirilib və demokratik seçki standartlarına cavab verib.”

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər Komitəsinin sədri Leonid Slutski

“Seçkilərin beynəxalq standartlara uyğun keçirilməsi üçün bütün şərait yaradılmışdı. Seçkilərin bu səviyyədə keçirilməsi Azərbaycan qanunvericilyinin səmərəliliyinin nəticəsidir”.

Fransalı müşahidəçi Valenten Esküde

“Azərbaycanda seçki prosesinin təşkilatçılıq səviyyəsi sabit olaraq çox yüksəkdir. Ənənəvi olaraq bütün proses dəqiq, keyfiyyətli və seçicilər üçün maksimum rahatlıq yaradılmaqla keçirilir”.

Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev

“Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçdi”.

Danimarkadan olan müşahidə missiyasının üzvü Niklas Milzers
Düşünürük ki, seçki sonrası MSK önündə oturaq aksiya keçirənləri polisin necə zorakılıqla ərazidən uzaqlaşdırdığı videolara da baxmalısan!

“Bu seçki Azərbaycanın siyasi həyatında gözəl təcrübə idi və ümumilikdə seçki sülh və təhlükəsiz şəraitində keçib”.

Meksika Parlamentinin deputatı Qarsia Rubio Aqustin

“Azərbaycanda parlament seçkiləri çox ədalətli, qanun çərçivəsində keçirildi. Seçkilərin şəffaf şəkildə keçirilməsi Azərbaycanın növbəti uğurudur.”

Qazaxıstan parlamentinin müşahidə missiyasının nümayəndəsi Şahmərdan Nurumov

“Siyasi rəqabət üçün əlverişli zəmin mövcud idi. Seçkilər şəffaf keçirildi. Komissiya və müşahidə missiyalarının üzvləri vəzifələrini yaxşı bilirdilər.”

Litva  parlamentinin insan haqları  üzrə komitəsinin sədri Valerius Simuliq

“Müşahidə apardığım bütün seçki məntəqələrində insanlarla ünsiyyətdə oldum, heç bir qanun pozuntusu ilə qarşılaşmadım”.

Slovakiya parlamentinin müşahidə missiyasının üzvü Peter Marçek

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia