Bazar ertəsi, 20 Mart 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

“Amnesty International” Tofiq Yaqublu ilə bağlı aksiya başladıb

25 Mart 2020
“Amnesty International” Tofiq Yaqublu ilə bağlı aksiya başladıb

“Amnesty International”Tofiq Yaqublunun həbsi ilə bağlı kampaniyaya başlayıb. İllustarasiya: mikroskop media

İnsan hüquqları müdafiəsi təşkilatı “Amnesty International” Milli Şura Kordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsi ilə bağlı prezident İlham Əliyevə məktub yazma kampaniyasına başlayıb.

Məktubda Tofiq Yaqublunun xuliqanlıqda ittiham olunduğu və onu 7 ilədək həbs cəzası gözlədiyi qeyd olunur. Bildirilir ki, Tofiq Yaqublu qəzanın qəsdən törədildiyini və ona irəli sürülən ittihamın əsassız olduğunu deyir. Təşkilat T.Yaqublunun ailəsinin onun səhhətindən narahat olduğunu da vurğulayır.

Məktubda qeyd edilib:

  • Tofiq Yaqublunun dərhal sərbəst buraxılması və səhhətinin risk altında olmaması üçün lazımi addımları atın
  • Tofiq Yaqublunun və ya Azərbaycandakı hər hansı bir şəxsin qanun pozuntularından şübhələnməsi üçün hər hansı bir əsaslı səbəb varsa, onların ədalətli mühakimə olunmalarını və əlaqəli hüquqların, o cümlədən vəkilə müraciət etmək hüquqlarını , onların vəkil tərəfindən təmsil olunma hüququnu təmin etmələrini təmin edin
  • Tofiq Yaqubluya qarşı zülmə son qoyun və Azərbaycanda hər bir insanın ifadə azadlığı və sərbəst toplaşmaq hüquqlarından istifadə etməsini təmin edin

Nə baş verib: Martın 22-də Tofiq Yaqublu ona qarşı təxribat törədildiyi barədə məlumat yayıb. O bildirib ki, 8-ci kilometr bazarı yaxınlığında onun dayanmış halda olan maşını qəsdən vurulub və maşındakılar Tofiq Yaqubluya hücum edib. Bundan sonra siyasi fəala cinayət işi açılıb. O, ifadə vermək üçün dəvət olunsa da vəkili Elçin Sadıqov uzun müddət onun yanına buraxılmayıb. Martın 23-də isə Nizami Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıb. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə ittiham olunur.

“Amnesty International” nədir: İnsan hüquqları müdafiəsi təşkilatı olan “Amnesty International” uzun müddətdir ki, Azərbaycanda insan hüquqlarının pozulmasını sənədləşdirir. Təşkilat hesab edir ki, Azərbaycanda ifadə, birləşmə və dinc toplaşmaq hüquqları ciddi şəkildə məhdudlaşdırılır və ədalətsiz məhkəmə araşdırmalarından sonra bir çox jurnalist, hüquq müdafiəçisi və digər fəallar təqibə, zorakılığa, saxta ittihamlarla mühakiməyə və həbsə məruz qalıblar.

Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan