Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Karusel”, elektroşokla təhdid, jurnalistlərə hücum. Gürcüstanda keçirilən seçkilərdə indiyədək baş verənlər

04 Oktyabr 2021
“Karusel”, elektroşokla təhdid, jurnalistlərə hücum. Gürcüstanda keçirilən seçkilərdə indiyədək baş verənlər

Gürcüstanda keçirilən seçkilərdən. Foto: OC Media

Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. Bu seçkilər keçmiş prezident Mixeil Saakaşvilinin həbsi fonunda, gərgin şəraitdə keçirilir.

OC Media Mərkəzi Seçki Komissiyasına istinadən yazır ki, saat 12:00-a qədərki müddətdə səsvermə hüququ olanların 17,7%-i seçkidə iştirak edib.

Seçkilər barədə: Gürcüstan vətəndaşları 64 şəhərə mer və 64 rayonun məşvərətçi orqanlarına üzvlər seçir. Mərkəzi Seçki Komissiyasının qeydə aldığı seçici sayı 3 497 345 nəfərdir. İk dəfə ölkədə elektron səsvermə sistemi tətbiq olunur. Koronavirus pandemiyasına görə birdəfəlik qələmlərdən istifadə edilir.

Qanun pozuntuları:

  • Ölkənin müxtəlif şəhərlərində “karusel” adlanan sistemdən istifadə edərək, seçkilərdə saxtalaşdırma aparılır. Zuqdidi şəhərində 2 məntəqədə belə hal aşkarlanıb.
  • Elə həmin şəhərin başqa məntəqəsində özünü keçmiş futbolçu kimi təqdim edən biri jurnalisti elektroşokla hədələyib. O, jurnalistlərin ərazidən uzaqlaşmasını tələb edib.
  • Oxşar hadisə Batumidə də qeydə alınıb. “Gürcü arzusu” partiyasının üzvləri Pirvəli TV-nin əməkdaşlarına hücum edərək canlı yayım avadanlıqlarını alıb və öz maşınlarına qoyub. Bu, jurnalistlər onlardan seçki məntəqəsinin yanında nə etdiklərini soruşandan sonra baş verib.
  • Gürcüstan parlamentinin spikeri Kaxa Kuçava səsvermə məntəqəsinə üzündə “Gürcü arzusu”nun loqosu olan maskada gəlib. Bu isə ölkənin seçki məcəlləsinə zidd hərəkətdir.

ABŞ seçkini izləyir:

Marneulidə seçkiləri müşahidə edən ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında deyib ki, Birləşmiş Ştatlar seçkiləri diqqətlə izləyir.

Mən öz həmkarlarımdan, Konqresdən, Ağ Evdən və Departamentdən suallar alıram. Onlar seçkiləri həssaslıqla izləyir.

Səfir

Baş verən qanun pozuntuları barədə danışan səfir deyib ki, insanların qorxudulmasından və pozuntularından narahatdır. Lakin məmnundur ki, partiyalar öz üzvlərini sakit olmağa çağırır.

Saakaşvilinin həbsi barədə isə səfir deyib ki, “gələcək barədə danışmaq daha önəmlidir, nəinki dünən baş verənlər barədə”.

Biz istəyirik ki, insanlar seçkiyə köklənsin. İnsanlar problemlər barədə düşünsün. Mən fikirləşirəm ki, Gürcüstanın stabil siyasi vəziyyətə ehtiyacı var.

Səfir

Saakaşvilinin həbsi: 3 gündür ki, Gürcüstanda olduğu yalnız dünən məlum olan keçmiş prezident Mixeil Saakaşvili Tbilisidə həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, siyasi rəqibi Valeri Qelaşviliyə hücum əmri verməkdə və 2006-cı ildə Sandro Qirgvlianinin qətlində təqsirli bilinir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia