Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycana ötən il rekord cərimə – 36 qərar, 2 milyon avroya yaxın təzminat

26 Yanvar 2022
A A
Azərbaycana ötən il rekord cərimə – 36 qərar, 2 milyon avroya yaxın təzminat

Avropa İnsan Haqları Məhkəməsi İllustrasiya: Mikroskop Media

Avropa İnsan Haqları Məhkəməsi 2021-ci il ərzində edilən şikayətlər və qərarların hesabatını yayıb. Təşkilatın yaydığı məlumata görə, 2021-ci ildə Azərbaycandan 425 şikayət göndərilib. Bu, 2020-ci ildə göndərilən ərizələrin sayından (525) azdır.

Bildirilir ki, məhkəmə ötən il ümumilikdə 1105 qərar elan edib. Ən çox qərar Rusiya, Ukrayna və Rumıniyaya qarşı çıxarılıb. Qərar sayına görə, Türkiyə (78) 4-cü, Azərbaycan isə AŞ ölkələri arasında Moldova, İtaliya, Bolqarıstan, Xorvatiyadan sonra 9-cu sıradadır.

2021-ci ildə mahiyyəti üzrə elan edilən qərarların sayı:

  • Azərbaycan – 36
  • Ermənistan – 16
  • Gürcüstan – 13

İfadə azadlığı hüququ pozuntuları ilə bağlı qərarların sayı:

  • Türkiyə – 31
  • Rusiya – 19
  • Azərbaycan – 6

Ümumilikdə, Avropa Məhkəməsi 2021-ci ildə 85 işdə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib.

Məhkəmənin 1959-cu ildən bu yana olan dövrü əhatə edən məlumatlarına görə, Azərbaycanla bağlı ümumilikdə mahiyyəti üzrə 251 qərar qəbul edilib. Onların 241-də iddia edilən pozuntular tanınıb.

İndiyədək Azərbaycanda ən çox pozulan hüquqlar:

  • Ədalətli məhkəmə araşdırması – 119 iş;
  • Azadlıq və toxunulmazlıq hüququ – 87 iş.

Seçki hüququ pozuntularının tanınması üzrə Azərbaycan Avropa Şurası məkanında birincidir.

Avropa Məhkəməsi Azərbaycanla bağlı 25 qərarında seçki hüququnun pozuntusunu tanıyıb. Bu kateqoriyada 2-ci sırada 17 qərarla İtaliya, 3-cü sırada isə 12 qərarla Türkiyə yer alır.

Qeyd edilib ki, Azərbaycan həm də birləşmək azadlığı hüququnu ən çox pozan ölkələr sırasında öndə gəlir.

Birləşmək azadlığı hüququnu ən çox pozan ölkələr:

  • Türkiyə – 111 iş;
  • Rusiya – 79 iş;
  • Azərbaycan – 41 iş.

Məhkmənin hesabatında qeyd edilib ki, 1 il ərzində Azərbaycanla bağlı müəyyən edilən təzminatın ümumi məbləği 2 milyon avroya yaxındır. Bu, indiyə qədər Azərbaycanla bağlı ən yüksək məbləğdir.

2020-ci ildə təzminat məbləği 803 min avro təşkil edib. 2021-ci ilə qədər Azərbaycanla bağlı illik ən yüksək təzminat məbləğ isə  2017-ci ildə 817 min avro olmuşdu.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia