Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qərbdən Rusiyanın təhlükəsizlik tələbinə cavab – Güzəşt yoxdur, təkliflər var

02 Fevral 2022
A A
Qərbdən Rusiyanın təhlükəsizlik tələbinə cavab – Güzəşt yoxdur, təkliflər var

Entoni Blinken-Yens Stoltenberq Foto: Reuters-Chris J Ratcliffe, NATO

ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə cavab məktubunu Rusiyaya ötürüb. Bununla bağlı NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ-ın dövlət katibi Entoni Blinken ayrılıqda mətbuat konfransı keçirib.

Məktubun bütün təfərrüatları açıqlanmasa da, ABŞ və NATO açıq şəkildə bildirib ki, Rusiyanın NATO ölkələrində nüvə silahı, qoşun və ya adi silahların olmasına veto qoymaq hüququ yoxdur.

ABŞ-ın Rusiyaya çatdırdığı təklifdə əsas məqamlar:

  • Yazılı cavabda “çox müsbət şeylər” var, ABŞ Rusiya ilə əməkdaşlığın mümkün olduğu sahələrdə irəliləməyə, ümumi təhlükəsizliyi müzakirə etməyə hazırdır;
  • Bir  daha vurğulanır ki, ABŞ NATO-nun “açıq qapı” prinsipindən güzəştə getməyəcək;
  • Təqdim olunan sənədi yaxın günlərdə Lavrovla müzakirə etməyə ümid edirik;
  • ABŞ məktubu dərc etməyəcək və Rusiyanın da bunu etməyəcəyinə ümid edir;
  • Sənədin hazırlanmasında Co Bayden şəxsən iştirak edib. Sənəd Konqresə də təqdim edilib;
  • Cavab hazırlanarkən ABŞ müttəfiqləri, həmçinin Ukrayna ilə koordinasiya edib;
  • Vaşinqton Ukrayna ətrafında istənilən varianta hazırdır. Lakin yenə də diplomatiyanı üstün yol hesab edir.

NATO-nun Rusiyaya çatdırdığı təklifdə əsas məqamlar:

  • NATO-nun təklifləri ABŞ-ın təklifləri ilə paralel gedir, onları 30 müttəfiqin hamısı dəstəkləyib;
  • Alyans “açıq qapı” prinsipindən əl çəkməyəcək. Gürcüstan və Ukraynanın alyansa üzv olmaq istəklərinə hörmətlə yanaşır;
  • NATO Rusiyanı nümayəndəliklərinin işini bərpa etməyə dəvət edir, Rusiya-NATO Şurası da daxil olmaqla dialoqa hazırdır;
  • Alyans birbaşa kommunikasiya xətti yaratmağa hazırdır və raketlərin yerləşdirilməsi, silahlara nəzarət məsələlərini müzakirə etmək istəyir;
  • Rusiya ilə ciddi fikir ayrılıqlarını qəbul edir və alyansın təkliflərini hamı üçün faydalı adlandırır;
  • Rusiya Gürcüstan, Ukrayna və Moldovadan “qoşunlarını çıxarmalıdır”.
  • ABŞ-ın Avropada mümkün cavab tədbirləri üçün 8500 əsgərini hazır etmək qərarını alqışlayır.

Rusiyanın istəyi nə idi: Rusiya ABŞ və NATO-dan təhlükəsizlik zəmanəti istəmişdi. Rəsmi Moskvanın əsas tələbi NATO-nun şərqə doğru genişlənməməsi və Ukraynanın alyansa qoşulmaması olub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia