Cümə axşamı, 18 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Sovetski” – Bakının mərkəzində blokadada yaşayanlar

15 Fevral 2022
A A
“Sovetski” – Bakının mərkəzində blokadada yaşayanlar

Sovetskidə blokadada qalanlar. Foto və kollaj: Mikroskop Media

2019-cu ildə başlayan söküntülərdən sonra böyük əksəriyyəti dağıntıya çevrilən, Bakının “Sovetski”adlanan ərazisində hələ də 10 ailə yaşamağa davam edir. Ancaq qışda bu ailələrin yaşadığı evlərin nə qazı, nə də yaxşı şəraiti var.

Mikroskop media həmin sakinlərin yaşadığı yerdən reportaj hazırlayıb.

Ətrafında binalar, yeni salınan parklarla yanaşı 100-150 yaşlı sınıq-salxaq binalarında olduğu bu ərazi “Sovetski” məhəlləsinin yerində salınan Mərkəzi Parka bir addımlıqdadır. Xarabalığı xatırladan boz evlərin lap yaxınlığında məscid, park, bahalı restoran və kafelər də var. Həmçinin də indiyə qədər buradakı evlərini tərk etməyən sakinlər.

“Blokada şəraitində yaşayırıq”

Sovetski sakini Səbinə Nadirzadə deyir ki, qaz olmadığı üçün qış onlar üçün xüsusilə ağır keçir.

 “2018-ci ilin noyabrından etibarən qazı kəsiblər, kanalazasiya, su, telefon sistemlərini dağıdıblar. Su sistemini birtəhər plastik borular vasitəsilə təmin etməyə çalışmışıq, amma qaz ümumiyyətlə yoxdur. İşığın ümidinə birtəhər yaşayırıq”.

Otaqları elektriklə isitmək isə 6 nəfərlik ailəyə baha başa gəlir. S.Nadirzadə əlavə edir ki, elə buna görə ailə üzvləri tez-tez xəstələnir.

“Evdə palto geyinirik. Bizi görən elə bilər ki, harasa getməyə hazırlaşırıq”.

Səbinə Nadirzadə dağışmış “Sovetski”nin fonunda. Foto: Mikroskop Media

Onun sözlərinə görə, elektrik enerjisi xətləri söküntü zamanı zədələndiyindən hər an qısaqapanma ola bilər. Buna görə elektrik enerjisindən də çəkinə-çəkinə istifadə edirlər.

“Söküntü başlayanda əksəriyyət elə bildi ki, yaxşı pul verəcəklər. Amma vaxt çatanda ailələrin hamısına kompensasiya ödənmədi, kvadratı 700-800 manata evlər satıldı. Razılaşmayanların isə qaz, işıq, su təminatı kəsildi və hədə-qorxu gəldilər. Dözən də oldu, dözməyən də”.

Problemlərin saymaqla bitmədiyini deyən S.Nadirzadə və ailəsinin evdən çıxmaq fikri yoxdur. O deyir ki, ailəsi, nəsli 1865-ci ildən bu mülkdə yaşayır.

“Sovetski” sakinlərinin əksəriyyəti dədə -babalarından qalma 100-150 ilik evlərdə yaşayıb, kirayə ev veriblər. Yaşı dövlətdən çox olan bu evi niyə dəyər-dəyməzinə satmalıyam?”,- deyə o sual edir.

Fövqəladə hal yaransa, sakinlər necə evakuasiya ediləcək?

Hələ də həllini tapmayan məsələlərdən biri də söküntlürdən sonra qalan dağıntıların illər keçməsinə baxmayaraq ərazdən təmizlənməməsidir. Ərazidə gəzdikcə tör-töküntün, mebel qalıqlarının altında asfaltın olduğu görünür. “Lyukların” olmaması kanalizasiya sisteminin də dağıldığını göstərir. Sakinlər öz hesabına kanalizasiya quyularının ağzını karton ilə örtüb, üstünə də böyük daş qoyublar ki, quyunun içi görünməsin.

Kanalizasiyanın üstü taxta parçası isə qapadılıb. Foto: Mikroskop Media

Bu əraizdə yaşayan digər sakin Rəşad Məmmədovun sözlərinə görə, qışda qar, yağış yağanda yer palçıq olduğundan xüsusilə uşaqlar üçün burada yerimək çətin olur.

“Şəhərin mərkəzində yaşasaq da, uşaqlar məktəbdə burada yaşadığını deməyə utanır. Çünki bu ərazidə “bomjlar”, sahibsiz heyvanlar yaşayır. 2 dəfə evimə oğru girib, polisə şikayət etdik, baxan olmadı. İtirib axtaran yoxdur ki, bu insanlar necə yaşayır?”.

Hərbçi olduğu üçün adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, söküntünün altında qır qaldığı üçün yanğın çıxmasın deyə ərazini daim mühafizə edirlər:

“Gecələr saat 3-4-ə qədər növbətçilik edirəm. Bomjlar yatır ərazidə. Onlara çox şey deyə də bilmirik, çünki əsəbləşib evimizi yandıracaqlarından ehtiyat edirik. Hətta bir dəfə yanğın olmuşdu. Qonşular yığışıb birtəhər söndürdük. O həddə çatmışıq burdan keçən adamlara deyirik ki, yerə siqaret atma. Çünki potensial yanğın ərazisidir və yanğınsöndürən maşın bura girə bilmir”.

Ərazidə yaşayanların şikayətləndikləri problem təkcə qışda üzə çıxan çatışmazlıqlar deyil, eyni zamanda yaz-yaz fəslində havalar isindikcə də başqa növ problemlər meydana çıxır:

 “May ayı gələndə üfunətə dözmək olmur, bit-birəylə döyüşürük. Evi xlor, nöyüt, kislota ilə silirik ki, bit-birə azalsın. Şəhərin mərkəzində Avropaya inteqrasiya edən dövlətdə bu cür yaşayış olar?”- Qarabağ qazisi belə deyir.

 “Evi dağıdandan sonra dedilər halal edim…”  

Bizimlə söhbətləşən Tələt Nəcəfov buradakı evinin necə dağıdıldığını danışır. Deyir ki, qarşısında “Bir Cənub Şəhərində” filminin çəkildiyi evi dağıdılanda T.Nəcəfov ekskavatora mane olmasın deyə onun əl-qolunu tutublar. Nəticədə, 100 kvadrat sahəsi olan mülk sökülərkən 18-ci əsrə aid kitab kolleksiyası, maqintafon, saat və digər əşyalar dağıntının altında qalıb. O, nə qədər çırpınsa da, dədə-babasından qalma evinin sökülməsinə mane ola bilməyib. Yalnız oğlu evin damına çıxıb özünü atmaqla hədələdikdən sonra söküntü dayandırılıb.

Tələt Nəcəfovun dağıdılan evindən qalanlar. Foto: Mikroskop Media
Tələt Nəcəfovun dağıdılan evindən qalanlar. Foto: Mikroskop Media
Tələt Nəcəfov dağıdılan evinin yanında. Foto: Mikroskop Media

“İcra nümayəndəsinin yaxasından yapışıb niyə belə etdiklərini soruşanda dedi ki, məgər sökün deyə işarə verdiyimi gördün? Bəs onda bu evi kim sökdü? Dağıdandan sonra isə dedilər ki, bilmirdilər mənim evimdir, halal edim. Məgər stəkan filan sındırıblar ki, halal edim? 1890-cı ilin mülkü idi, çardan qızıl pulla alınmışdı…”,- deyə Tələt kişi nağıl edir. Görünür onu şəraitsizlikdən daha çox itirdikləri narahat edir.

Bəs heç vaxt kompensasiya verilməsə, sakinlər nə edəcək?

Söhbətin sonunda köhnə “Sovetski” sakinlərinə bu vəziyyətə necə tab gətirdiklərini soruşuruq. Heç vaxt kompensasiya verilməyəcəyi halda nə etməyi planlaşdırdıqları ilə maraqlanırıq. 

“Burada adam özünü necə motivasiya edə bilər? Bizim motivasiyamız bunlara qarğış tökməkdir”,- deyə Təyyar kişi kinayə ilə gülür.

Başqa bir sakin isə “Buralar ölüxanadır. Müsəlman xalqı dözümlü xalqdır, biz də neyləyək dözməliyik”,- deyib ərazidən uzaqlaşır.

“Sovetski”nin yerində qurulan parkın girişi. Foto: Mikroskop Media
“Sovetski”dən qalan dağıntılar və hündür mərtəbəli binalar. Foto: Mikroskop Media
“Sovetski”i dağıdılandan sonra onun yerində həm də zibilxana yaranıb. Foto: Mikroskop Media
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia