Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Parlamenti Azərbaycanın erməni irsini dağıtması ilə bağlı qətnamə qəbul edib

11 Mart 2022
A A
Avropa Parlamenti Azərbaycanın erməni irsini dağıtması ilə bağlı qətnamə qəbul edib

13-cü əsrə aid Qandzasar monastırında yazı. Foto: Ani Avetisyan/OC Media

Avropa Parlamenti Azərbaycan hökumətinin Dağlıq Qarabağda erməni mədəni irsini məhv etmək, inkar etmək siyasətini qəti şəkildə tənqid edən qətnamə qəbul edib. OC Media yazır ki, 635 nəfərin lehinə, 2 nəfər əleyhinə səs verdiyi, 42 nəfərin isə bitərəf qaldığı qətnamə İkinci Dağlıq Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçmiş 1456 erməni abidəsinə aid edilib.

Bu qətnamə Azərbaycan hökümətinin Qafqaz albanlarına xas olduğunu iddia edilən kilsələrdən erməni yazılarını silmək planlarını elan etməsindən sonra qəbul edilib. Qətnamədə həmçinin regionda “tarixin saxtalaşdırılması” və “qondarma Qafqaz Albanı” kimi təqdim edilməsi cəhdləri də vurğulanır.

Azərbaycan tərəfi nə demişdi:

  • Prezident İlham Əliyev Tsakuridə yerləşən 12-ci əsrə aid erməni kilsəsindən erməni yazılarının silinəcəyini vəd edib;
  • Mədəniyyət naziri Anar Kərimov fevral ayında bildirib ki, ermənilər tərəfindən Alban dini məbədlərinin üzərindəki “uydurma yazıların” çıxarılması üçün Azərbaycan hökümətinin “ekspert” işçi qrupu yaradılıb.

Qətnamədə Azərbaycan hökümətinin addımları beynəlxalq hüququn normalarının pozulması kimi dəyərləndirilib və Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) hökmlərinə istinad verilib.

Qətnamədə başqa hansı məqamlar var:

  • Son 30 il ərzində Naxçıvanda erməni mədəni irsinin məhv edilməsi məsələsinə də toxunulub;
  • Azərbaycan höküməti 89 erməni kilsəsinə, 20 min məzarlığa və 5 mindən çox məzar daşına bərpası mümkün olmayan ziyan vurmaqda təqsirləndiriıib.

Qətnamədə həmçinin, II Dağlıq Qarabağ müharibəsindən sonra Azərbaycanın geri qaytardığı Ağdam və Füzuli şəhərlərinin Ermənistan silahlı qüvvələri tərəfindən demək olar ki, tamamilə dağıntıya və talana məruz qalması da qeyd olunub.

Avropa Parlamentinin Azərbaycana müraciəti:

  • Azərbaycan hökümətindən UNESCO-nun Dağlıq Qarabağa girişinə icazəsi verməsi xahiş olunur;
  • Azərbaycanı UNESCO-nun qiymətləndirmə missiyası gəlmədən öncə ermənilərin irsi obyektlərinə toxunulmasının qarşısını almağa səsləyirik.

Parlament rəsmi Bakı və İrəvana beynəlxalq hüquq normalarını, o cümlədən mədəni irsin qorunması ilə bağlı bütün iddiaları səmərəli şəkildə araşdırmağa  çağırıb və qeyd edib ki, I Dağlıq Qarabağ müharibəsi həm də Azərbaycanın mədəni irsinin məhv edilməsinə səbəb olub.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia