Bazar ertəsi, 5 İyun 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

Təcavüzkarlar azadlıqda: Gürcüstan sistemi onlara necə kömək edir?

26 May 2022
6 min read
Təcavüzkarlar azadlıqda: Gürcüstan sistemi onlara necə kömək edir?

2021-ci ildə 8 Martda keçirilən nümayiş. Foto: Mariam Nikuradze/OC Media

Cinsi zorakılıq deyəndə çox vaxt kiminsə istəyi olmadan cinsi əlaqəyə məcbur etmək kimi başa düşülsə də, Gürcüstan qanunları bununla razılaşmır və şəxsin istəməməsini yetərli saymır. OC Medianın məqaləsində vurğulanır ki, Gürcüstanda sadəcə “istəmirəm” demək kifayət deyil və mütəxəssislər deyirlər ki, təcavüzə məruz qalanlar fiziki müqavimət göstərdiklərini də sübut etməlidirlər.

“Heç qalxıb oradan qaça da bilmirdi”

 Elene onu özünə gətirən dəhşətli bir ağrı hissilə oyandı. Adama yalvardı ki, dayansın. Ciddi müqavimət göstərməyə nə imkanı, nə də gücü var idi. Heç qalxıb oradan qaça da bilmirdi.

Bu hekayəni Gürcüstanda qadın hüquqlarını müdafiə edən “Sapari” təşkilatının rəhbəri Baya Pataraya danışıb. Pataraya deyir ki, 19 yaşlı Elene 2020-ci ildə təcavüzə uğrayıb və hazırda onu “Sapari” müdafiə edir.

Hadisə günü nə baş verib: Həmin gün Elene Tbilisidəki kafedə həmyaşıdı olan oğlanla görüşməyə razılaşıb. Elene onunla instaqramda tanış olub, hətta onun dostları ilə görüşüb. Pataraya deyir ki, o, bir stəkan içki içib və ikincinin yarısını belə içmədən başı gicəllənib.

“Sapari” hadisəni necə şərh edir: Təşkilat rəhbəri deyib ki, qız özünü pis hiss edib və bu heç də sərxoşluq kimi olmayıb. Bu şəxsin hansısa narkotik vasitəni qıza içirdiyindən şübhələnirlər, lakin bunu 24 saat keçdikdən sonra müəyyən etmək mümkün olmayıb:

Həmin oğlan başı gicələnən, yarı huşunu itirmiş və güclə hərəkət edə bilən Eleneni yaxınlıqdakı otelə aparıb və onun iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olub. Elene ertəsi gün oyananda öncəki gecə haqqında demək olar ki, heç nə xatırlamayıb və sadəcə oteli tərk edib. Sonrakı bir neçə gün ərzində o, hər şeyi beynində birləşdirməyə başlayıb. Elene zorlandığını anlayanda oğlandan bu barədə soruşub. “Oğlan günahını etiraf etməyib və baş verənlərlə bağlı heç bir problem görmədiyini bildirib.

əlavə edib Pataraya

Daha sonra Elene şikayət etmək üçün ilə polisə gedib. Polislər ona hörmətsizlik göstərib, bunun cinayət işi olmadığını və cinsi əlaqənin könüllü olduğunu deyiblər. Səbəb kimi isə Elenenin hadisədən dərhal sonra polisə müraciət etmədiyini və müqavimət göstərmədiyini deyiblər.

Pataraya vurğulayıb ki, Elenenin fiziki müayinədən keçirilməsi, eləcə də onları kafedə, taksidə və oteldə görən şahidlərin dindirilməsi və müşahidə kameralarının görüntülərindən cinsi əlaqənin istəyərək olub-olmadığına dair kifayət qədər sübutlar olub:

Bəzi yaraları olmasına baxmayaraq, fiziki müqavimət əlaməti olmadığl üçün, polis əməkdaşı bu işi məhkəməyə vermək üçün yetərli hesab etməyib.

deyə qeyd edib

Elenenin öz ailəsi nə baş verdiyini bilmir, çünki tənqid olunmaqdan qorxur. O, Gürcüstanda ədaləti təmin edə bilməsə də, “Sapari” təşkilatının köməyi ilə  hökuməti Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

                     

Çirkin qanun

Gürcüstan qanunlarında cinsi zorakılıq “bədənin hər hansı bir hissəsi və ya əşya ilə insan bədəninə şəxsin zorakılıq qorxusundan və ya köməksiz vəziyyətindən sui-istifadə edərək hər hansı cinsi xarakterli hərəkət və ya zorakılıq etmək” kimi tərif verir. Qafqaz Universitetinin hüquq fakültəsinin dosenti Tamar Gegelia izah edir ki, qanunun məğzi odur ki, qurbanlar müqavimət göstərdiklərini sübut etməlidir:

Praktikada gördüyümüz kimi, bu maddələrin hər birinin çox dar tərifi var və nadir hallar istisna olmaqla, qanun qurbandan təcavüzə məruz qalan şəxsə fiziki müqavimət göstərməsini və zorakılığın qurbanın bədənində zorakılığın izlərinin görünməsini tələb edir.

deyib Gegelia
Baya Pataraya 2017-ci ildə erkən və məcburi nikahlara qarşı keçirilən aksiyada. Foto: Mariam Nikuradze/OC Media.

Psixoterapevt və psixiatr Nino Menaqarişvili deyir ki, stres altında olan insanlar həmişə fərqli reaksiya verirlər. Kimsə qaçır, kimsə özünü müdafiə etməyə başlayır, kimsə qorxusundan tamamilə donub qalır:

Bu, o demək deyil ki, bu insanlar cinsi əlaqəyə girməyə razıdırlar. Bəzən zorakılıq qurbanları qorxularından cavab vermirlər. Çünki onlar öldürüləcəklərindən qorxurlar.

vurğulayıb

Menaqarişvili deyir ki, polisin məsələyə yanaşması da dəyişməlidir:

Şəxsi təcrübəmdə görmüşəm ki, bir qadın polisə ifadə vermək üçün gedib  və hadisəni qeydiyyata aldırıb. Lakin o, kişi polis məmurlarından çox təhqiramiz şərhlər eşidib. Bir çox insan belə bir şey haqqında danışmağın utanc verici olduğunu düşünür.

əlavə edib

 Dosentin fikrincə, bəziləri bu vəziyyətə düşməyəcəklərinə inanır, bəziləri isə sakit və səbirli davranırlarsa, başqalarının da eyni şeyi etməli olduğunu düşünürlər.

Hərəkətə keçmək üçün qanuni öhdəlik

2014-cü ildə Gürcüstan “İstanbul Konvensiyası” kimi tanınan, Qadınlara Qarşı Zorakılıq və Məişət Zorakılığının Qarşısının Alınması və Mübarizə üzrə Avropa Şurasının Konvensiyasını imzalayıb. Konvensiya 2017-ci ildə ratifikasiya edilib.

Tbilisidə qadınlara zorakılığa qarşı nümayiş.


12 gürcü və beynəlxalq insan haqları qrupunun 2021-ci ildə Avropa Şurasına təqdim etdiyi hesabatda Gürcüstanın konvensiyanı pozduğu təsdiqlənib. Qruplar hökuməti zorakılıq və digər cinsi aktları “azad, həqiqi və könüllü razılıq” əsasında olması baxımından beynəlxalq insan hüquqları standartlarına (o cümlədən konvensiyaya) uyğun olaraq yenidən müəyyənləşdirməyə çağırıb. Onlar həmçinin zorakılığın təcavüz anlayışından ayrılmasını və bunun əvəzinə ağırlaşdırıcı hal kimi qəbul edilməsini tövsiyə ediblər.

Hökumətin qanunu dəyişdirmək üçün açıq hüquqi öhdəliyi olmasına, konvensiyanın qüvvəyə minməsindən təxminən 5 il keçməsinə baxmayaraq, bu qanunlar hələ də qüvvəyə minməyib.

Son yazılar

Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

by Mikroskop
25 May 2023
0
Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

Rəqəmsal təhlükəsizlik üzrə mütəxəssislər və qeyri-hökumət təşkilatlarının birgə araşdırması nəticəsində məlum olub ki, Ermənistandan olan vətəndaş cəmiyyəti fəalları NSO Group...

Read more

Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur

by Mikroskop
16 May 2023
0
Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur

Böyük Britaniya Milli Cinayət Agentliyi İran əsilli britaniyalı biznesmen Cavad Marandinin şübhəli ofşor şirkətlərdən 230 milyon dollar aldığını aşkarlayıb. OCCRP...

Read more

Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

by Mikroskop
10 Aprel 2023
0
Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

7-8 apreldə Azərbaycan və İran Xarici İşlər Nazirliyinin rəhbərləri arasında son günlərdə iki ölkə arasındakı gərginliyi müzakirə etmək məqsədilə ilə...

Read more

Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

by Mikroskop
19 Mart 2023
0
Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

Gürcüstan uzun müddətdir ki, həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq istədiyini bildirir. Qafqaz Araşdırma Resurs Mərkəzinin (The Caucasus...

Read more

Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

by Mikroskop
15 Mart 2023
0
Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

Venesiya komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda yeni qəbul olunan “Siyasi Partiyalar haqqında” Qanunla bağlı birgə...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan