Şənbə, 19 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantında hansı məhdudiyyətlər var?

07 Sentyabr 2022
A A
İllustrasiya: Mikroskop Media

İllustrasiya: Mikroskop Media

Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı hazırlanıb. Qanun layihəsi Milli Məclisin sədri Sahibə Qafarovanın göstərişi əsasında hazırlanır və indiyə qədər 39 siyasi partiya bunla bağlı təkliflərini verib. Yeni qanun layihəsi ilə bağlı Milli Məclisdə ilk ictimai dinləmənin sentyabrın 28-i keçirilməsi gözlənilir.

Yeni qanun layihəsi siyasi partiyanın qeydiyyatı, üzv sayı, fəaliyyətinə nəzarət və ləğv olunması proseduru ilə bağlı bir çox məhdudiyyətləri özündə birləşdirir.

Partiyanın reysteri

Qanun layihəsində deyilir ki, siyasi partiya tam fəaliyyət qabiliyyətli azı 200 vətəndaş tərəfindən təsis edilə bilər. Onlar son 20 ildə fasiləsiz Azərbaycanda yaşamalıdır. Partiyanın dövlət qeydiyyatına alınması üçün onun ən azı 10 min nəfər üzvü olmalıdır.

Partiya üzvlərinin reysteri

Yeni qanuna əsasən siyasi partiyalar üzvlərinin reysterini aparmalıdır. Üzvlərin reysterində nələr göstəriləcək:

  • Ad-soyad
  • Ata adı
  • Fərdi identifikasiya nömrəsi
  • Doğum tarixi
  • Qeydiyyat ünvanı
  • Qeydiyyatda olduğu partiyanın yerli təşkilatı
  • Əlaqə nömrəsi

Partiyaların fəaliyyətinə nəzarət mexanizmi

Siyasi partiyanın fəaliyyətinə nəzarət edən qurum onun fəaliyyətinin həm qanunvericiliyə, həm də partiyanın nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarət edəcək. Qanunda deyilir ki, bu qurum müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır.

Həmin qurum;

  • Pozuntu halları ilə bağlı araşdırma apara bilər
  • Partiyaya xəbərdarlıq edə bilər
  • Partiyanın fəaliyyətinin dayandırılması və onun ləğvi barədə məhkəmədə iddia qaldıra bilər  

Qurum siyasi partiyanın fəaliyyətinin uyğunluğunu necə öyrənir:

  • Partiyanın fəaliyyəti ilə bağlı üzvlərdən, dövlət orqanlarından, hüquqi və fiziki şəxslərin müraciətinə baxır və mediadakı məlumatları nəzərdən keçirir
  • Partiya üzvlərinin reysterindəki məlumatları azı iki dəfə nəzərdən keçirir
  • Partiyanın qanuni təmsilçisinin izahatını alır

Partiyaların fəaliyyətinin dayandırılması

Siyasi partiyanın fəaliyyətinin dayandırılması üçün müəyyən hallarda onun fəaliyyətinə nəzarət edən müvafiq qurum iddia qaldıra bilər və bu barədə apelyasiya məhkəməsi qərar verə bilər.  Əgər siyasi partiya müvafiq qurumun müəyyən etdiyi pozuntular barədə xəbərdarlıqda göstərilən müddətdə aradan qaldırıb məlumat verməyibsə, onun fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə iddia qaldırmaq mümkün olacaq.

Bundan başqa hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar olaraq da partiyanın fəaliyyəti dayandırıla bilər. Qanun layihəsində deyilir ki, əgər siyasi partiya hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına mane olursa, onun fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət dövrü başa çatanadək dayandırıla bilər.

Partiyaların ləğvi barədə

Yeni qanunda partiyanın hansı hallarda ləğv oluna biləcəyi də müəyyənləşib. Həmin hallar bunlardır:

  • Parlament, Prezident və Bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak etmədikdə
  • Ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edildikdə
  • Terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;
  • İrqi, dini və ya etnik düşmənçiliyin salınması
  • Partiyanın ən azı 10 min üzvünün olmaması

Siyasi partiyaların fəaliyyət istiqaməti

“Siyasi partiyalar haqqında” yeni qanun hesab edir ki, siyasi partiya ümummilli dəyərləri və vətənpərvərliyi təbliğ edir. Onun digər fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • ölkənin siyasi həyatında iştirak edir;
  • vətəndaşların siyasi iradəsinin, həmçinin ictimai rəyin formalaşmasına təsir göstərir;
  • vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparır;
  • ümummilli dəyərləri və vətənpərvərliyi təbliğ edir;
  • üzvlərinin siyasi fəallığına dəstək verir;
  • üzvlərinin siyasi iradəsini ifadə edir;
  • seçkilərin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirak edir;
  • rəy və təklifləri ilə Azərbaycanın daxili və xarici siyasətinin formalaşmasına təsir göstərir

Partiya necə maliyyələşəcək və buna kim nəzarət edəcək?

Layihədə qeyd edilib ki, parlament seçkilərində iştirak edib səs qazanmış partiyalara maliyyə Milli Məclis səlahiyyətli tərkibdə formalaşdırıldığı gündən etibarən ayrılır. Həmin məbləğ qanuna uyğun olaraq bölünəcək və rüblər üzrə partiyaların bank hesabına köçürüləcək. Vəsait müxtəlif meyarlara əsasən, 5, 40, 50 və 5 faizlik bölgü əsasında bölüşüdürüləcək:

  • 5% – Milli Məclisdə təmsil olunmayan, amma seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış partiyalar üçün
  • 40% – Milli Məclisində təmsil olunan siyasi partiyalar üçün
  • 50% – Milli Məclisin say tərkibi əsasında bölüşdürələcək
  • 5% – Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalar üçün

Partiyaların maliyyə yardımını xərcləməsinə Hesabalama Palatası, siyasi partiyanın digər maliyyə fəaliyyətinə isə Mərkəzi Seçki Komissiyası nəzarət edəcək.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia