Cümə axşamı, 9 Fevral 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

Evdə məhkumluq yaşayanlar – Ermənistanda 32% qadın psixoloji zorakılığa məruz qalıb

25 Oktyabr 2022
7 min read
Evdə məhkumluq yaşayanlar – Ermənistanda 32% qadın psixoloji zorakılığa məruz qalıb

İllustrasiya: Armine Avetisyan

Öz evlərində məhbus kimi yaşayan və daimi nəzarət altında olan qadınlar üçün evlilik kabusa çevrilir. Bu hal ailəsindən və dostlarından təcrid olan biri üçün heç də asan deyil. Evliliyində zorakılıq görüb bu vəziyyətdən xilas olan qadınlar arasında Ani, Qayane də (ad şərtidir) var.

Daima nəzarətdə yaşayanlar

OC Media yazır ki, Şirak əyalətində yaşayan 30 yaşlı Qayane evliliyinin 5 ilini kilid altında keçirib və yalnız özünün, uşaqlarının həyatı risk altında olandan sonra həmin evdən gedib. Onun  1,3 və 4 yaşında olan övladları var. Təhsili müəllim olmasına baxmayaraq o sinif otağına belə girə bilməyib:

Mən pedoqoji kolleci bitdikdən dərhal sonra evləndim. Diplomumu alanda ərimə iş tapmaq üçün bir neçə məktəbəqədər təhsil müəssisəsinə CV göndərəcəyimi dedim. Onun reaksiyası dəhşətli idi. İş haqqında düşünsəm belə, məni öldürməklə hədələyirdi.

xatırlayır Qayane

Qayınanası və həyat yoldaşı işləyən Qayene daima evdə tək olduğunu, ona nəzarət etmək üçün ərinin mütəmadi olaraq video zənglər etdiyini deyir:

Biz 5 il birgə yaşadıq. Evdə olmayanda telefonla danışırdıq. Onun iş yerində həmişə ikinci telefonu var idi. Yüksək rütbəli olduğu üçün bunu edə bilirdi. Mən fiziki olaraq evdən çıxa bilmirdim, çünki açarım yox idi. Həyat yoldaşım və qayınanam evdən çıxanda qapını açar ilə bağlayırdılar.

bildirir

5 il ərzində Qayane daimi nəzarət altında yaşamağa öyrəşir. Yalnız 3-cü övladı dünyaya gəldikdən sonra özünün və uşaqlarının həyatının risk altında olduğunu başa düşəndə daha belə yaşaya bilməyəcəyini anlayır:

Yeni doğulmuş körpəmi çizimdirəndə böyük uşaqlarımdan biri yuxudan oyandı və kibriti götürüb pərdəni yandırdı. Otaq yanırdı, hər yeri tüstü bürümüşdü və mən açarım olmadığına görə çölə çıxa bilmirdim. Qonşular və yanğınsöndürən tez gəlməsəydi biz bu gün burada deyildik.

deyə vurğulayır

Hadisədən sonra Qayane boşanma ərizəsi verib və məhkəmə uşaqların anada qalmasına qərar verib.

Həyat yoldaşının evində “həbs” həyatı sürən Ani evlənəndə 18 yaşı olub. O, ailə həyatını çox gözəl təsəvvür etdiyini deyir: bir bokal şərabla romantik axşam yeməkləri, səyahətlər… Ararat əyalətində yerləşən kiçik kənddən daha böyük bir şəhərə köçən gənc qız arzuladığı həyatı yaşadığını düşünüb: 

Həyat yoldaşımın maddi vəziyyəti yaxşı idi və biz özümüzə çox şeyi icazə verə bilərdik.

deyə bildirib

Ancaq Aninin nağıl kimi həyatı uzun çəkməyib. İki il sonra o, hamilə qaldıqdan sonra hər şey dəyişməyə başlayıb. Özündən 10 yaş böyük olan həyat yoldaşı sağlam bir övlad istədiyini və buna görə də hamiləliyi boyunca “rahat” olması üçün daima evdə qalmalı olduğunu bildirib:

O təzə və dadlı yeməklər alırdı, hər gün mənə hədiyyələr verirdi. 

qeyd edir Ani

Ani evdən yalnız həyat yoldaşı ilə çıxa bilirdi. Bu, onun üçün yenilik deyildi. Evliliyin ilk günündən həyat yoldaşı özü və ya anası olmadan harasa getməsini qadağan etmişdi. Valideynləri qızlarının onlara az-az baş çəkməsindən əvvəllər məyus olsalar da, onun xoşbəxtliyinin daha vacib olduğunu düşünüb bu vəziyyətlə barışıblar. Ani isə qızıl “həbsxanadakı” həyatının yalnız hamiləliyi dövründə edəcəyinə ümid edib:

Mən bunun müvəqqəti olduğunu və uşağım doğulduqdan sora dörd divardan çıxacağımı düşünürdüm. 

deyir

Ancaq uşaq doğulduqdan sonra “məhbusluğun” yeni mərhələsi başlayıb. Uşaq doğulduqdan sonra Aniyə qoyulan məhdudiyyətləri daha da sərtləşib – artıq ona icazəsiz eyvana çıxmaq olmazdı. Bu qadağa evliliyinin sonuna doğru aparıb:

Uşağım 1 aylıq idi. Həyat yoldaşıma zəng çatmırdı deyə zəng edib eyvana çıxa biləcəyimi soruşa bilmədim. Səhv bir şey etdiyimi düşünmürdüm, çünki biz binanın üst mərtəbəsində yaşayırdıq və məni heç kim görmürdü. Uşaq arabasını çıxararkən telefonumu otaqda unutdum. Bu vaxt isə həyat yoldaşım mənə zəng edib.

qeyd edir

Ani bir dəqiqə sonra gələn zəngə niyə cavab vermədiyini izah etsə də, artıq gec idi:

O, dəhşətli formada qışqırmağa, məni xəyanətlə və əxlaqsızlıqla ittiham etməyə başladı. Yarım saat sonra evə gələrək məni döydü və huşumu itirdim. Ayılanda başqa biri olmuşdum, özümdə inanılmaz güc hiss edirdim. Anladım ki, onun üçün sadəcə öz qutusunu tərk edə bilməyən bir oyuncağam.

danışarkən deyir Ani

1 ay sonra valideynlərinin evinə gedən Ani anasından kömək istəyib. O, valideynlərinin onu dəstəkləməyəcəyindən və qayıdıb həmin “həbsxanada” yaşamağa məcbur edəcəyindən qorxub:

Mən yanılmışam və hələdə bu düşüncələrimə görə özümü günahkar hiss edirəm. Ertəsi gün valideynlərim bizə gəldi və həyat yoldaşımla uzun-uzadı söhbət etdilər. Lakin biz ayrıldıq. İndi o, yenidən birgə yaşamağımız üçün əlindən gələni edir, mən isə ona nifrət edirəm.

bildirir

Zorakılıq sxemi

Aninin hekayəsi yeganə belə hal deyil. Ermənistanda qadınlara qarşı məişət zorakılığı ilə bağlı son sorğudan məlum olur ki, sorğuda iştirak edən qadınların 32%-i psixoloji zorakılığa məruz qalıb. Bu, həm cinsi (6,6%), həm də fiziki (14,8%) zorakılığa məruz qalanların faizindən çoxdur.

Ümumilikdə, məişət zorakılığı kənd yerlərində daha çox olsa da, psixoloji zorakılığa şəhər yerlərində daha çox rast gəlinir. Psixoloji zorakılığa daha çox 15-24 yaş aralığındakı qadınlar məruz qalır.

Məişət zorakılığına məruz qalan qadınlara dəstək olan “Qadınlara Dəstək Mərkəzi”nin psixoloqu Marine Yegiazaryanın fikrincə, psixoloji təzyiq zorakılığın digər formalarınada gətirib çıxara bilər. O, psixoloji zorakılığın tipik trayektoriyasını belə təsvir edir:

Öncə ailə üzvləri qadını dəyərsiz və çirkin olduğuna, kişinin isə onun yeganə dayağı olduğuna inandırırlar. Yavaş-yavaş qadının özünə inamını o həddə çatdırırlar ki, evə qapanıb deyilənlərin doğru olduğuna, kişidən ayrılsa, tamamilə tək qalacağına inanır.

deyir psixoloq

Yegiazaryan onu da qeyd edir ki, kişi qadının ailəsi və dostları ilə əlaqəsini kəsir. Bu da onun yaşadığı vəziyyətlə bağlı başqa perspektivləri nəzərdən keçirməsini, yaxud ona zorakılıq göstərən şəxsə etiraz etməsini çətinləşdirir:

Belə vəziyyətə düşən qadınlar uzun müddət boşanmağa cəsarət etmirlər, çünki gedəcək yerləri olmadığını düşünürlər.

bildirir Marine

Psioxloq belə qənaətə gəlir ki, qadınlar zamanla bu həyat tərzinə öyrəşirlər və onların “həbsxanası” komfort zonalarına çevrilir. O, zorakılığın qarşısını almaq üçün qadınların öz hüquqlarını bilməli olduğunu xüsusi vurğulayır.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Son yazılar

Rusiya MN: Azərbaycanla Ermənistan arasında atışma olub

by Mikroskop
07 Fevral 2023
0
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına çağırış edib

Azərbaycanla Ermənistan arasında 7 fevralda atəşkəsin pozulduğu barədə məlumat yayılıb. Məlumat Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağla bağlı gündəlik xəbər bülletenində...

Read more

ABŞ-ın Ukraynanın 20%-ni Rusiyaya vermək qarşılığında sülh təklif etdiyi iddia olunur

by Mikroskop
03 Fevral 2023
0
ABŞ-ın Ukraynanın 20%-ni Rusiyaya vermək qarşılığında sülh təklif etdiyi iddia olunur

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns yanvar ayında Kiyev və Moskvaya səfər edib və Ukrayna-Rusiya arasındakı münaqişənin nizamlanma ehtimalı...

Read more

İran-Azərbaycan gərginliyi; DİN və DTX “İran casusları” tapır

by Mikroskop
01 Fevral 2023
0
İran-Azərbaycan gərginliyi; DİN və DTX “İran casusları” tapır

31 yanvarda Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusi əməliyyat keçirib. Əməliyyatla bağlı paylaşılan qısa məlumatda İranın Azərbaycanda olduğu iddia edilən casus...

Read more

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı nələri bilirik və kim nə reaksiya verib?

by Mikroskop
27 Yanvar 2023
0
Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı nələri bilirik və kim nə reaksiya verib?

Yanvarın 27-də Bakı vaxtı ilə 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla...

Read more

Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması

by Mikroskop
18 Yanvar 2023
0
Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması

Laçın koridorunda təxminən 40 günə yaxındır ki, Azərbaycan hökumətinin təşkil etdiyi etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları iddia edir ki, onların...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan