Cümə axşamı, 9 Fevral 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

“Moskvanın göndərdiyi” Vardanyan kimdir və niyə Qarabağdadır? İzah edirik!

18 Noyabr 2022
9 min read
“Moskvanın göndərdiyi” Vardanyan kimdir və niyə Qarabağdadır? İzah edirik!

Milyarder Ruben Vardanyan. Mənbə:mediamax.am

Ruben Vardanyan, erməni əsilli Rusiyalı milyarder noyabrın 4-dən tanınmamış Dağlıq Qarabağ Respublikasının “baş nazir”i vəzifəsini icra etməyə başlayıb. Vardanyan Rusiya vətəndaşlığından imtina edib sentybarın 1-i Dağlıq Qarabağa köçüb və baş nazir olmaq təklifini qəbul edib. 

Azərbaycan prezidenti İlham Əliyev isə hesab edir ki, o, “Moskvanın göndərdiyi” adamdır və Qarabağdakı ermənilərlə bağlı onla danışıqlar aparıla bilməz. Prezident bunu noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel və Aİ-nin bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxsləri ilə görüşündə deyib. 

Ermənistan Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib.

İlham Əliyev deyib.

Ruben Vardanyan kimdir? Milyarder Dağlıq Qarabağa niyə köçüb? Haqqında nələr məlumdur? İzah edirik! 

1

Vardanyan Qarabağa nə vaxt və niyə köçüb? 

Ruben Vardanyan Rusiya vətəndaşlığından imtinasını və Qarabağa köçməyini sentyabrın 1-i yaydığı videomüraciətdə açıqlayıb. O deyib ki, köçməyinə səbəb “Qarabağın təhlükəsizliyi və inkişafı üçün cəbhə yaratmaq qərarı”dır. Milyarderin sözlərinə görə, bu qərarı ağır da olsa doğru qərardır və Dağlı Qarabağ əhalisi müharibədən sonra, yəni son iki ildir ki, heç kimə lazım olmadıqlarını hiss edirlər: 

Düşünürəm ki, bu, yolverilməzdir. Hesab edirəm ki, 2020-ci il müharibəsindən sonra bütün dünya erməniləri Dağlıq Qarabağ xalqı ilə bir yerdə olmalıdır. 

deyib milyarder

Vardanyan “Forbes.ru”-ya müsahibəsində Ermənistan pasportunu keçən ilin iyununda aldığını və Qarabağa köçərək orada yaşayanlara dəstək olmaq istəyini deyib: 

Dağlıq Qarabağda  120 mindən çox insan yaşayır və onların tək olmadıqlarına dair siqnal almaları mənim üçün çox vacibdir. Onlar həqiqətən öz vətənlərində yaşaya biləcəklərini, onlarla birgə çox çətin bir yol keçməyə hazır olan insanların varlığını başa düşsünlər.

bildirib

R.Vardanyan video müraciətindən 2 həftə əvvəl “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi”nin yaradılmasını təklif etdiyini deyib. O, hesab edir ki, Ermənistanın hazırkı hökumətinin Dağlıq Qarabağın problemlərini həll etmək üçün kifayət qədər  resursları və ya istəyi yoxdur. Ona görə də vahid cəbhədə birləşmək çağırışı edib, sahibkarları, şirkət sahiblərini, bloqqer və jurnalistlərini Qarabağa dəvət edib. 

2

Putinə müraciətində nə deyib və sülhməramlılarla bağlı fikri nədir?

2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ müharibəsi davam edərkən Ruben Vardanyan Rusiya prezidenti Vladimir Putinə videomüraciət edərək qondarma Dağlıq Qarabağ Respublikasını dəstəkləməyi xahiş edib. O, 1988-ci ildə olduğu kimi yenə dəstəyin vacib olduğunu deyib:

Bu gün Rusiya bir seçim qarşısındadır – təkcə xristian xalqını dəstəkləmək yox, insanların öz torpaqlarında yaşamaq hüququna malik olmasını, insanların sülh şəraitində və qonşuları ilə birgə yaşaya biləcəklərini hiss etmək hüququna malik olduqlarını dəstəkləmək lazımdır. 

bildirib müraciətdə

O, öz çıxışında ruslara, ermənilərə, azərbaycanlılara və dünya ictimaiyyətinə müraciət edərək birləşməyi, mümkün qədər tez bir zamanda regionda sülhün bərqərar olması üçün birgə səy göstərməyi xahiş edib.

Vardanyanın fikrincə, Dağlıq Qarabağdakı sülhməramlı kontingenti artırılmalı, onların fəaliyyət müddəti və mandatı dəqiqləşdirilməlidir.  Milyarderin sözlərinə görə, Dağlıq Qarabağ üzrə danışıqlarda əsas rolu ATƏT-in Minsk Qrupu və onun həmsədrləri – Rusiya, Fransa və ABŞ oynamalıdır.

3

Ermənistana hansı dəstəyi verib?

Hazırda 54 yaşı olan milyarder qazancının bir hissəsini erməni xalqına yardım üçün xeyriyyə işlərinə sərf edib. O, 2014-cü ildə həyat yoldaşı Veronika Zonabend və tərəfdaşları ilə birlikdə Ermənistanın Dilican şəhərində kapital dəyəri 150 milyon dollar olan UWC Dilijan Kolleci açıb, burada təhsil alan tələbələrin yerləşməsi üçün Dilican tələbə yataqxanasını inşa etdirib.

Vardanyan bir çox layihənin təşəbbüskarı olub, dini obyektlərin bərpası işlərinə maliyyə dəstəyi verib. O, “Ermənistan-2020/2031/2041” layihələrinin təşəbbüskarlarından biridir. 

O, 20 il ərzində təkcə Ermənistan yox, digər ölkələrdə də dini obyektlərin bərpasına maliyyə ayırıb və Gürcüstandakı Erməni Apostol Kilsəsinin Yeparxiya Katedralı, Müqəddəs Gevorq kilsəsinin bərpasına dəstək olub. 

2017-ci ildə isə Dağlıq Qarabağın Müşkapat kəndində yerləşən Müqəddəs Ana Kilsəsi bərpa edilərək yenidən açılıb. 

2016-cı ildə Ermənistanda texnoloji innovasiyalar üçün mühit yaratmaq və həm Ermənistanın, həm də erməni diasporanın elmi, texnoloji və maliyyə resurslarını səfərbər etmək üçün Ermənistan Elm və Texnologiyası Fondu (FAST) fəaliyyətə başlayıb. Dəyəri 15 milyon dollar olan fondu FAST IDeA Fondu adından Ruben Vardanyan və Nubar Afeyan təsis edib. 

4

Milyarder sərvətini necə qazanıb?

1968-ci ildə Yerevanda doğulan Ruben Vardanyan Moskvada, ABŞ-da, Fransada və Sinqapurda təhsil alıb, “Skolkovo” Biznes Məktəbinin təsisçisidir. 1 milyard dollara qədər sərvəti olan Vardanyan “Forbes” jurnalının 2021-ci ildəki məlumatına görə, Rusiyanın 200 ən varlı adamı siyahısında 116-cı yerdə olub. Hazırda isə onun sərvəti 1,3 milyard dollar təşkil edir.

İnvestor iş həyatına ilk böyük addımı 1991-ci ildə atıb. Həmin ildə  amerikalı Peter Derbi ilə Rusiyanın beynəlxalq bank lisenziyası alan ilk özəl bankı “Troyka Dialoq”u təsis edib və 10 il banka rəhbərlik edib. 2012-ci ildə “Troyka Diaoluq”un bütün səhmlərini “Sberbank” aldıqdan 1 il sonra isə“Troyka Dialoq”un icraçı direktoru, keçmiş partnyoru Mixail Broytman ilə birlikdə “Vardanyan, Broitman and Partners” investisiya şirkətini yaradaraq bu şirkətlərin 75%-nə sahiblik edib. Milyarderin  “Vardanyan, Broitman and Partners” tərəfindən idarə olunan aktivləri arasında Ermənistanın özəl bankı “Ameriabank”ın səhmləri də var. 

Bundan başqa, müxtəlif dövrlərdə Rusiyanın və bir çox xarici şirkətlərdə direktorlar şuralarının, ekspert və məsləhət şuralarının üzvü olub.  Buraya Rusiyanın aparıcı “Sollers Avto”, “AvtoVAZ”, “Sibur Holdinq”, “Novatek”, “Şeremetyevo” havalimanı daxildir.

Bu gün o, Rusiyada “Romanov Dvor” biznes mərkəzinin sahibidir, “Kamaz” avtomobil konsernində payı var, 2022-ci ilin fevralına qədər isə “BaltTransService” dəmiryol operatorunda pay sahibi olub.

5

Niyə çirkli pulların yuyulmasında ittiham olunur? 

Milyarder “Troyka Dialoq” investisiya bankını quraraq etik standartlara uyğun iş apardığı üçün Rusiyada bir çox mükafatlar alıb. Lakin bankın adı çirkli pulların yuyulmasında da hallanır. Belə ki, Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (OCCRP) 2019-cu ildə yayımladığı hesabatda qeyd olunub ki, bank ofşor şirkətlər sistemi yaradaraq pulların gizli şəkildə Rusiyanın ən nüfuzlu adamlarına, prezident Vladimir Putinin dostlarına ötürülməsində iştirak edib. İddia olunub ki, az qala 9 milyard dollarlıq çirkli pulun yuyulması həyata keçirilib.

Bank məlumatlarına görə, “Troyka Dialoq” bir-birinə bağlı ən azı 76 ofşor firmadan ibarət bütöv bir ekosistem yaradıb. Onların bəziləri Litvanın Ukio bankında Ermənistandan gələn mövsümi işçilərə hesab açıb. OCCRP-nin jurnalistləri bu insanları tapıblar və məlum olub ki, onlar çox pis vəziyyətdə yaşayırlar və “hesablarından” nə qədər pul keçdiyi barədə heç bir məlumatları yoxdur.

Araşrırmaya görə, “Şeremetyevo” hava limanından pulların çıxarılmasında iştirak edən şirkətlərdən ofşor ekosistemin hesablarına 27 milyon dollardan çox vəsait daxil olub. Pullar xarici şirkətlər zənciri vasitəsilə çıxarılıb. Bu şirkətlərdən birinin – “Schulhof Investigation GMBH”  sahibi, avstriyalı vəkil Erich Rebasso 2008-ci ildə Vyana polis idarəsində etiraf yazaraq Rusiyadan olan cinayətkar dəstə üzvlərinə xidmət göstərdiyini etiraf edib. 2012-ci ildə isə Rebasso Vyanadakı ofisindən oğurlanaraq öldürülüb. 

Vardanyan OCCRP ilə müsahibəsində “Troyka Dialoq” ətrafında səsləndirilən fikirləri təkzib edib və qanunsuz iş görmədiyini deyib:

Başa düşün, mən mələk deyiləm. Rusiyada sənin üç yolun var: ya inqilabçı olmalı, ya ölkəni tərk etməli, ya da konformistə çevrilməlisən. Mən komformistəm. Lakin mənin öz daxili hüdudlarım var. Heç bir zaman vergi hərraclarında iştirak etməmişəm, kriminal dünyanın insanları ilə işləməmişəm, heç bir siyasi partiyanın üzvü olmamışam. Mən özümü və prinsiplərimi qoruyub saxlamağa çalışıram. 

deyə bildirib

OCCRP nədir: Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi dünyanın bir çox ölkəsindən olan jurnalist şəbəkəsi ilə birlikdə araşdırmalar dərc edir. Bir çox ölkə başçısı, siyasətçi, iş adamının çirkli pulların yuyulması, korrupsiya hallarında iştirakı ilə bağlı sənədlər əldə edən OCCRP bu günə qədər bu mövzularda yüzlərlə araşdırma dərc edib. Korrupsiyada ittiham olunan və haqqında araşdırma dərc edilənlər arasında Azərbaycan prezidenti İlham Əliyev və ailəsi, Rsuiya prezidenti Vladimir Putin, Türkiyənin bir çox böyük holdinqi, Özbəkistan, Qazaxıstan və s. ölkələrin rəhbərliyində təmsil olunan şəxslər var.

Son yazılar

Rusiya MN: Azərbaycanla Ermənistan arasında atışma olub

by Mikroskop
07 Fevral 2023
0
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına çağırış edib

Azərbaycanla Ermənistan arasında 7 fevralda atəşkəsin pozulduğu barədə məlumat yayılıb. Məlumat Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağla bağlı gündəlik xəbər bülletenində...

Read more

ABŞ-ın Ukraynanın 20%-ni Rusiyaya vermək qarşılığında sülh təklif etdiyi iddia olunur

by Mikroskop
03 Fevral 2023
0
ABŞ-ın Ukraynanın 20%-ni Rusiyaya vermək qarşılığında sülh təklif etdiyi iddia olunur

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns yanvar ayında Kiyev və Moskvaya səfər edib və Ukrayna-Rusiya arasındakı münaqişənin nizamlanma ehtimalı...

Read more

İran-Azərbaycan gərginliyi; DİN və DTX “İran casusları” tapır

by Mikroskop
01 Fevral 2023
0
İran-Azərbaycan gərginliyi; DİN və DTX “İran casusları” tapır

31 yanvarda Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusi əməliyyat keçirib. Əməliyyatla bağlı paylaşılan qısa məlumatda İranın Azərbaycanda olduğu iddia edilən casus...

Read more

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı nələri bilirik və kim nə reaksiya verib?

by Mikroskop
27 Yanvar 2023
0
Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı nələri bilirik və kim nə reaksiya verib?

Yanvarın 27-də Bakı vaxtı ilə 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla...

Read more

Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması

by Mikroskop
18 Yanvar 2023
0
Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması

Laçın koridorunda təxminən 40 günə yaxındır ki, Azərbaycan hökumətinin təşkil etdiyi etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları iddia edir ki, onların...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan