Bazar ertəsi, 5 İyun 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

Avropa Məhkəməsi LGBTIQ+ işini niyə ləngidir?

28 Noyabr 2022
6 min read
Avropa Məhkəməsi LGBTIQ+ işini niyə ləngidir?

İllustrasiya: Aydan Həsənova

Müəllif: Şəhla Kərim

2017-ci ilin sentyabr ayında Azərbaycan polisi LGBTIQ+lara qarşı zorakı reyd keçirərək onları həbs edib və işgəncəyə məruz qoyub. Daxili İşlər Nazirliyi saxlanılanların sayının 83 olduğunu desə də, insan hüquqları üzrə vəkillər bu rəqəmin 200-dən çox olduğunu iddia edir.

“Ov” adlandırılan bu reyddə saxlanılanlar dindirilmə zamanı fiziki və psixoloji təzyiqlərə məruz qalaraq döyülüblər və alçaldılıblar. Baş verənlərin səbəbi rəsmi açıqlamalarda cinsi yolla ötürülən xəstəliklərin yayılma təhlükəsi ilə əsaslandırılıb. Azadlığa buraxıldıqdan sonra LGBTIQ+ların bəziləri ya gizlənib, ya da ölkəni tərk etməyə məcbur olub. Onlardan 25 nəfər isə pozulmuş hüquqlarının bərpası üçün Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar.

Məhkəmə şikayətlərin rəsmi araşdırılmasına 2019-cu ilin fevral ayında başlasa da, müxtəlif səbəblərdən gecikmələr olub və nəticədə bu günə qədər heç bir qərar qəbul edilməyib. 

32 yaşlı Darina da 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müracət edənlərdən biridir. Onun sözlərinə görə, 2017-ci ildə rəfiqəsinin saxlanıldığı xəbərini aldıqdan sonra Nəsimi Rayon Polis İdarəsinə gedib. İçəri daxil olanda polislər “Biri də öz ayağı ilə gəldi” deyərək, onu təhqir ediblər, daha sonra məhkəməyə çıxarıblar. Qərara əsasən, o, 17 gün müddətinə həbs edilib.

O vaxta qədər heç bir zaman polis bölməsində belə bir şey başıma gəlməmişdi. “Telefonu söndür”, “petux” deyə alçaldırdılar. Başa düşdüm, bizimkiləri həmişə dolayıblar, laqeyd yanaşıblar. Amma polis bölməsində bu qədər heç kimi təhqir etməyiblər.

deyə o, xatırlayır.

Darina deyir ki,  həbs müddətində onu qanunsuz tibbi müayinəyə aparıblar və narahat ediblər. 

Nə yatmağımız var idi, nə durmağımız. Balaca kamera var idi, deyəsən. Uzanırsan, gəlirlər qapını döyürlər ki, dur, uzanma. 

Darinanın sözlərinə görə, o, həbsdən çıxdıqdan sonra qorxu içində yaşamağa başlayıb və ölkəni tərk edib. Lakin sonra yenidən geri qayıtmalı olub, 2 il ərzində isə baş verənlər onda travma yaradıb. 

Şəhərdə gəzən zaman penitensiar maşın görürdüm, polis görürdüm, əsirdim. Allahın təcili yardım maşınının səsinə belə əsirdim. O qorxu mənim iliyimdə qalmışdı,  

o deyir.

Onların Avropa Məhkəməsinə ərizə verməsindən 5 il keçir. Prosesin bu qədər ləngiməsi ilə bağlı danışan Darina deyir ki, nə baş verdiyinə dair heç bir məlumatı yoxdur, lakin o da digərləri kimi nəticələri gözləyir, onlara qarşı törədilən qanunsuzluğun cəzalandırılmasını istəyir.

Amma inanmıram ki, bunu edərlər. Onların pulu ilə nə edəcəm? Milyonlar da versələr, hələ də yadımdan çıxmır olanlar

o qeyd edir.

Seks işçisi kimi fəaliyyət göstərən 34 yaşlı Era da həmin məhkəmənin qərarını gözləyən ərizəçilərdən biridir. O deyir ki, artıq hər şeydən əlini üzüb. 

Artıq istəmirəm onların kompensasiyasını, heç nəyini. Hər dəfə yazırıq, pozuruq, məlumat veririk. Bu il qərar çıxır, bu il qərar çıxır, artıq 2022-ci ildir. 2023-cü ilin girməyinə nə qalıb ki?

o qeyd edir.  

2017-ci ildə baş verənlərin nəticəsində psixoloji travma aldığını deyən Era da Darina kimi polisə müqavimətdə günahlandırılaraq 15 gün müddətinə həbs edilib.

Açığı deyim ki, tutulmamışdan əvvəl rəftar çox pis idi, hətta vururdular, yanımda rəfiqələrimin əllərinə şapalaq vurdular. Ancaq həbsdən sonra rəftar elə də pis olmamışdı.

Era deyir

Həbsdən çıxdıqdan sonra o, təxminən bir ay yarım vaxt ərzində özünə qapanıb.

2017-ci sentyabr ayında LGTBIQ+lara qarşı keçirilən reyd yerli və xarici hesabatlarda öz əksini tapıb. 2012-2018-ci illər arasında Avropa Şurası (AŞ) insan haqları komissarı olan Nils Muiznieks o zamankı Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb.  Həbslər və saxlanılanlar barədə ətraflı məlumat istəyərək, insan hüquqlarının pozulması iddialarının hər tərəfli araşdırılmasını tələb edib.

LGBTIQ+ların hüquqi, sosial vəziyyətinə görə isə Azərbaycan illərdir ki, ILGA-Avropa təşkilatının hesabatlarında Avropanın ən pis ölkəsi kimi sonuncu yerdə qərarlaşır. 

Avropa Məhkəməsində LGBTIQ+ların hüquq müdafiəçilərindən biri olan Səməd Rəhimli deyir ki, işin bu qədər ləngiməsinə bir neçə səbəb var.

2020-ci ildə pandemiya səbəbindən hökumət 1 ilə yaxın bu icraatı uzada bildi, ləngitdi. 2021-ci ildə hökumət cavab verəndən sonra artıq biz növbəti 3-4 ay ərzində öz cavabımızı təqdim edə bildik və bu, işin ləngiməsinə səbəb oldu.

Rəhimli deyir.

Hüquq müdafiəçisi vurğulayır ki, əgər 2020-ci ildə icraat yekunlaşdırılsaydı, artıq indiki mərhələdə qərar qəbul edilə bilərdi. Hazırda isə AİHM-də icraat yekunlaşıb və hüquqşünas qərarın çıxmasını gözlədiklərini bildirir.

Səməd Rəhimlinin sözlərinə görə, 2019-cu ildə AİHM-də icraat başlanandan sonra ərizəçilər Başı Şəhər Baş Polis İdarəsinə “söhbət üçün” dəvət ediliblər.

Ərizəçilər bu barədə bizi xəbərdar etdilər və biz bundan sonra hüquqşünas Xalid Bağırovla getdik Baş Polis İdarəsinə, orada ictimai təhlükəsizlik idarəsindəki səlahiyyətli şəxslərlə söhbət etdik. Bildirdik ki, ərizəçilərlə danışıq aparma səlahiyyəti Prezident Administrasiyasındadır.

o deyir.

Hüquq müdafiəçisi qeyd edir ki, polisin buna səlahiyyətinin olmadığını deyib ərizəçilərlə əlaqəyə keçməmələrini xahiş ediblər və daha sonra bu hal təkrarlanmayıb. Bütün bunlara baxmayaraq, prosedur uzandığı üçün ərizəçilərdən biri yorulduğunu bildirərək şikayətini geri çəkib.

Səməd Rəhimlinin fikrincə, Avropa Məhkəməsi bəzi detallardakı sübut məsələsi ilə bağlı olaraq gözlədikləri qərarı verməyə bilər. Lakin ilk növbədə fərdi kompensasiyalar olacaq və ərizəçilər görəcəklər ki, hüquqları pozulduqda fərdi kompensasiya ala bilirlər.

“İnsan hüquqlarına dair strateji məhkəmə işlərinə onların marağı artacaq istər-istəməz və digər şəxslər üçün də bu nümunə təşkil edəcək”.

Məqalə Mikroskop Media üçün “QueeRadar”ın mentorluq proqramı çərçivəsində hazırlanıb.

Son yazılar

Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

by Mikroskop
25 May 2023
0
Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

Rəqəmsal təhlükəsizlik üzrə mütəxəssislər və qeyri-hökumət təşkilatlarının birgə araşdırması nəticəsində məlum olub ki, Ermənistandan olan vətəndaş cəmiyyəti fəalları NSO Group...

Read more

Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur

by Mikroskop
16 May 2023
0
Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur

Böyük Britaniya Milli Cinayət Agentliyi İran əsilli britaniyalı biznesmen Cavad Marandinin şübhəli ofşor şirkətlərdən 230 milyon dollar aldığını aşkarlayıb. OCCRP...

Read more

Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

by Mikroskop
10 Aprel 2023
0
Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

7-8 apreldə Azərbaycan və İran Xarici İşlər Nazirliyinin rəhbərləri arasında son günlərdə iki ölkə arasındakı gərginliyi müzakirə etmək məqsədilə ilə...

Read more

Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

by Mikroskop
19 Mart 2023
0
Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

Gürcüstan uzun müddətdir ki, həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq istədiyini bildirir. Qafqaz Araşdırma Resurs Mərkəzinin (The Caucasus...

Read more

Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

by Mikroskop
15 Mart 2023
0
Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

Venesiya komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda yeni qəbul olunan “Siyasi Partiyalar haqqında” Qanunla bağlı birgə...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan