Şənbə, 19 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Lukaşenkonun Abxaziya səfərindən nələr gözlənilirdi, nə baş verdi?

30 Noyabr 2022
A A
Lukaşenkonun Abxaziya səfərindən nələr gözlənilirdi, nə baş verdi?

Aleksandr Lukaşenko və Aslan Bjaniyanın sentyabr görüşü. Foto: presidentofabkhazia.org

Belarus prezidenti Aleksandr Lukaşenkonun sentyabrın sonunda tanınmayan Abxaziya respublikasına qeyr-rəsmi səfəri əlamətdar hadisə kimi qəbul edilib. Belə ki, hazırda Abxaziyanı respublika kimi yalnız bir neçə ölkə tanıyır və buraya demək olar ki,  xarici dövlət rəhbərlərinin səfərləri çox azdır. OC Media yazır ki, sentyabrdakı görüşdə Lukaşenko abxaz həmkarı Aslan Bjaniyaya Abxaziya və Gürcüstan arasındakı mövqeyini açıq şəkildə qeyd edib.

Görüşdə nələr danışılıb: Belarus lideri Bjaniya ilə söhbətində Gürcüstanın keçmiş rəhbərləri ilə Abxaziyanı çox müzakirə etdiyini, ona Abxaziya haqqında danışdıqlarını deyib:

 Söhbətimizi açıqlamayacağam, amma deyilənlərdə səhv bir şey görmədim. Ona görə nə sizə, nə də gürcülərə zərər vermərik. Biz buraya xoş niyyətlə gəlmişik.

deyə bildirib

Bundan başqa, Belarus prezidenti rusiyalı həmkarı Vladimir Putinlə Abxaziyanın üzləşdiyi məsələləri “gecəyə qədər” müzakirə etdiyini, Putinin regionun “problemləri və işləri”ni daha yaxşı bildiyini qeyd edib:

Ancaq biz eyni nəticəyə gəldik: Abxaziya xəritədən silinə bilməz. Heç bir sanksiyalar bunu edə bilməz. Putin deyir, Abxaziyaya yardım etmək lazımdır ki, bu çiçəklənən diyar və buradakı insanlar normal yaşaya bilsinlər.

deyib görüşdə

O, həmçinin, hərbi dəstək verməyə hazır ola biləcəyini təklif edib, daha əvvəl Belarus qoşunlarını Abxaziyaya göndərdiyini və belaruslu generaldan “vəziyyəti öyrənməyi” xahiş etdiyini deyib. 

Bu qeyri-rəsmi görüşdən bir müddət sonra – 10 noyabrda prezident Aslan Bjaniya Belarusun Abxaziyanın cənubundakı Oçamçira bögəlsində “böyük layihə” həyata keçirəcəyini açıqlayıb:

Aleksandr Lukaşenko Belarusun ildə 50 milyon dollardan çox ticarət dövriyyəsi olan ölkələrdə səfirlikləri açılacağını bildirdi. Bizim ticarət dövriyyəmiz isə 50 milyon dollardan çox olacaq.

o qeyd edib

Bjaniya investisiya yatırımları haqda yalnız bunları deyib və  “əsas layihənin” hansı formada ola biləcəyini açıqlamayıb.

Rəsmi görüşün mövzusu nə olub: Aleksandr Lukaşenkonun sentyabrdakı qeyri-rəsmi səfəri Minskin tezliklə Abxaziyanın müstəqilliyini tanıya biləcəyinə ümid yaradıb. Lakin noyabrın 1-də Belarus və Rusiya deputatlarının rəsmi səfər çərçivəsində Sovet İttifaqının süqutundan sonra ilk dəfə Abxaziyaya gəlişi bu ümidləri doğrultmayıb.

Görüşdə Belarus – Rusiya Parlament Assambleyasının üzvlərindən ibarət heyətlə Abxaziya parlamentinin sədri Laşa Aşuba və prezident Aslan Bjaniya iştirak edib. Toplantıda fokuslanan əsas mövzu Rusiya ilə Qərbin qarşıdurması fonunda Qərbin sanksiyalarına qarşı bir-birinə dəstək, əlaqələrin inkişaf etdirilməsi və bərpa edilməsi olub: 

Biz indi ölkələrimizə nə qədər xarici təzyiqlərin olduğunu görürük. Yalnız birləşərək bu sanksiyalara təkcə iqtisadi deyil, həm də siyasi müqavimət göstərə bilərik. Biz ölkələrimizə qarşı bu davamlı informasiya müharibəsini görürük. Sahib olduğumuz dəyərlər – dinimiz, mədəniyyətimiz, tarixi yaddaşımız bizi bir yerdə olmaq və ölkələrimizin üzləşdiyi çətinliklərə müqavimət göstərmək üçün birləşdirir.

rusiyalı deputat Artem Turov deyib

Belarus-Abxaziya münasibətləri necədir: 1996-ci ilin yanvarında Aleksandr Lukaşenko Müstəqil Respublikalar Birliyi rəhbərlərinin iclasında bütün keçmiş Sovet respublikalarının dəstəklədiyi Abxaziyanın iqtisadi blokadasına qoşulmaqdan imtina edib. Bu, münasibətlərə təsir etməyib və 2008-ci ildən Abxaziya Belarus – Rusiya İttifaqının Parlament Assambleyasında daimi müşahidəçidir. Suxumidən olan nümayəndələr assambleyanın tərkibində seçki kampaniyalarını müşahidə edirlər. Həmçinin, 2009-cu ildə Abxaziyada keçirilən prezident seçkilərində Belarus və Rusiyadan gələn müşahidəçilər iştirak ediblər. 

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia