Çərşənbə, 15 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Naxçıvanda dərman qıtlığı. Xəstə yaxınları dərman almaq üçün Bakı və ya qonşu ölkələrə gedir

20 Oktyabr 2023
A A
Naxçıvanda dərman qıtlığı. Xəstə yaxınları dərman almaq üçün Bakı və ya qonşu ölkələrə gedir

İllustrasiya: Mikroskop Media

Naxçıvan Muxtar Respublikasındakı apteklərdə həm bəzi dərmanları tapmaq çətinləşib, həm də qiymətlər orta hesabla iki dəfə bahalaşıb. “Gündəlik Naxçıvan” yazır ki, ən çox bahalaşan dərmanlar əsasən antibiotik qrupuna aid olanlardır. 

Bahalıq və qıtlıqdan narazı olan yerli sakinlərin dediyinə görə, xəstə yaxınları dərman ala bilmək üçün Bakıya getməyə, ya da qonşu ölkələrə səfər etməyə məcbur qalırlar. 

Şərur rayon sakini Kamil Vəliyev deyir ki, davamlı aldığı “Aspirin Kardio” iki dəfədən artıq bahalaşdığından qohumları bu dərmanı Bakıdan alıb, ona göndərir:

 Naxçıvanda kifayət qədər əczaxana var ancaq, axtarılan dərman vasitələri çox zaman tapılmır, ya da baha qiymətə olur. İnsanlar məcbur qalıb, əvəzedicilərindən istifadə edirlər. Onlar da çox vaxt uğun gəlmir. Ürəyimdən əməliyyat olmuşam. İki ildir müxtəlif dərmanlardan istifadə edirəm. Onların da qiyməti qalxıb. Məsələn, daim istifadə etdiyim “Aspirin kardio”nu həmişə 4.30 manata alırdım, indi 10 manata qaldırıblar. Bir dəfə alanda, büdcəyə çox təsir etməyə bilər. Mən isə, hər gün qəbul etməliyəm bu dərmanı. Ona görə də, qohumlardan xahiş etmişəm, Bakıdan alıb göndəriblər. 

Kamil Vəliyev

Culfa rayon sakini Mürsəl Hacıyevin sözlərinə görə, həkimin onun üçün yazdığı dərmanların əksəriyyəti apteklərdə olmadığından Türkiyəyə üz tutmalı olub:

Dərmanlar təcili lazım idi deyə, özüm Türkiyəyə getdim. Əksəriyyəti Naxçıvandakı apteklərdə yox idi, olanlar da çox bahadır. Məsələn, Türkiyədən 7 manata aldığım bir antibiotik Naxçıvanda  40 manata satılır. Bu səbədən çox adam Türkiyədəki qohumlarından xahiş edir ki, oradan alıb göndərsinlər. Bu, vaxt aparsa da xeyli ucuz başa gəlir.

Mürsəl Hacıyev

“Gündəlik Naxçıvan” yazır ki, ötən ilin sonlarına kimi Naxçıvanın dərman təchizatını o vaxtkı hakim ailə, Talıbovlara məxsus “Nəqşicahan MED” MMC həyata keçirirdi. Vasif Talıbovun istefasından sonra ailənin əksər şirkətləri kimi bu MMC də yeni rəhbərliyin nəzarəti altına keçib. Bundan sonra MMC-nin fəaliyyəti zəifləməyə başlayıb. Hazırda isə iflas ərəfəsində olan şirkət işçilərinin əksəriyyətini ixtisar edib, yerdə qalanların maaşını ödəmək üçün isə, maliyyə tapa bilmir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia