Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiya Ermənistandan olan yüzlərlə yük maşınını ölkəyə buraxmır

30 Noyabr 2023
A A
Rusiya Ermənistandan olan yüzlərlə yük maşınını ölkəyə buraxmır

Foto: Gürcüstan Maliyyə Nazirliyinin arxivi

Rusiya Ermənistandan gələn yük maşınlarının ölkəyə girişinə qadağa qoyub. Bu qadağaya “sanitariya qaydalar pozulması” iddiası olub. 

Beləcə 23 noyabrdan bu yana Gürcüstan – Rusiya sərhədində çoxlu sayda yük maşını növbəsi yaranıb.

Bazar ertəsi Ermənistan Parlamentinin müxalifətdə olan deputatı Qarnik Danielyan bəyan edib ki, artıq bir neçə yük maşını Ermənistana geri qayıdıb. O deyib ki, “təxminən 200-ə yaxın başqa maşın növbə gözləyir”.

Sərhəddə yük maşınları ilişib qalan “Rose Field” şirkətinin nümayəndəsi “Hetq” saytına açıqlamasında deyib ki, Rusiya “Ermənistanı iqtisadi cəhətdən sıxışdırmağa çalışdığı üçün yük maşınlarının ölkəyə girişini qadağan edir.” Şirkət nümayəndəsi bunu “Ermənistanın siyasi xəttini dəyişməsi” ilə izah edib.

Yük maşınlarında nə var?

Yük maşınlarının Ermənistanın Rusiyaya əsas ixracat məhsullarından olan meyvə, tərəvəz, çiçək və balıq daşıdığı ehtimal edilir. “Hetq” yazır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Ermənistanın Rusiyaya ixracı kəskin artıb, çünki Rusiya əvvəllər Qərbdən gələn tədarükləri əvəz etməyə çalışır.

Rusiya gömrükçüləri “Rose Field” şirkətinə deyiblər ki, yük maşınlarının buraxılmaması əmri “Moskvadan gəlib”.

Rusiya mediası isə yazır ki, Yuxarı Lars yolunda hava şəraiti ucbatından hərəkət məhdudlaşıb. Nəticədə isə 2600-ə qədər yük maşından ibarət növbə yaranıb.

Bazar günü Ermənistanın Dövlət Gəlirləri Komitəsi bəyan edib ki, “vəziyyəti nizamlamaq üçün müntəzəm müzakirələr aparır”.

Müxalifət kimi günahlandırır?

Ermənistandan olan yük maşınlarının Rusiyaya buraxılmaması xəbəri yayılandan dərhal sonra parlamentin müxalif qrupları günahın Nikol Paşinyanda olduğunu səsləndirməyə başlayıb.

Onlar baş verənləri Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarını rədd etməklə əsaslandırıblar.

“Düşünürəm ki, Rusiya [Yerevana] müəyyən mesajlar göndərir”, 

“Ermənistan Alyansı”nın müxalifətçi deputatı Artur Xaçatryan “AzadlıqRadiosu”na belə deyib.

O əlavə edib ki, Moskva Paşinyanın noyabrın sonunda Minskdə KTMT-nın sammitində iştirak etməmək qərarına cavab verir.

Ermənistanın Rusiya ilə münasibətləri 2020-ci ildə İkinci Dağlıq Qarabağ Müharibəsindən sonra sürətlə pisləşib. Rəsmi Yerevan özünü Moskvanın rəhbərlik etdiyi KTMT və Müstəqil Dövlətlər Birliyindən uzaqlaşdıraraq Qərblə daha sıx əlaqələrə üstünlük verir.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia