Çərşənbə axşamı, 24 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qırğızıstanda bir medianın 11 jurnalisti saxlanılıb. Sadır Japarov Qırğızıstanı Azərbaycana necə çevirir?

13 Mart 2024
Reading Time: 4 mins read
A A
Qırğızıstanda bir medianın 11 jurnalisti saxlanılıb. Sadır Japarov Qırğızıstanı Azərbaycana necə çevirir?

İllustrasiya: Mikroskop Media

2024-cü ilin əvvəlində Qırğızıstan hakimiyyəti yerli mediaya qarşı indiyədək görünməmiş hücuma keçib. 16 yanvarda ölkənin ən tanınmış araşdırma layihələrindən olan “Temirov Live”ın redaksiyasında və jurnalistlərin evlərində axtarışlar dalğası başlayıb. Avadanlıqlar müsadirə edilib və 11 jurnalist həbs olunaraq təcridxanaya göndərilib.

Sizə də nəyisə xatırladır? Təbii ki, xatırladır. Araşdırma yazıları dərc edən “Abzas Media”nın direktoru Ülvi Həsənli 2023-cü il 20 noyabr sabahı hava limanında saxlanılır, həm evində, həm də “Abzas Media”nın ofisində axtarış aparılır. Sonrakı günlərdə isə o, baş redaktor və medianın digər 4 əməkdaşı saxlanılacaq, hökumətin nəzarətində olan medialar isə “Abzas” barədə qarayaxma kampaniyasına başlayacaqdı.

Müstəqil mediaya təzyiq: Qırğızıstan nümunəsi

“Kloop Media”nın ləğv edilmə tələbi

2023-cü ilin 22 avqustunda Bişkek şəhər prokurorluğu “Kloop Media”nın ləğvi ilə bağlı vəsatət qaldırıb. Əsaslandırma isə fondun nizamnaməsində media fəaliyyətinin qeyd edilməməsi göstərilib. Qaldırılan iddiada həmçinin o da qeyd edilib ki, “Kloop”un işlədiyi mövzular hakimiyyətin ünvanına “sərt tənqid”dən ibarətdir, ictimaiyyəti ruhdan salır və inqilabı qızışdırmağa yönəlib.

“Kloop” isə iddiaları rədd edib, əsassız adlandırıb və hakimiyyətin jurnalistlərə, mediaya və hüquq müdafiəçilərinə qarşı repressiyasının yeni böyük dalğası hesab edib.

“Klopp Media” nədir?

“Kloop” 2007-ci ildə təsis edilən, araşdırma platformasıdır. “Kloop” Qırğızıstanda baş verən ən mühüm hadisələri yazan, bunu operativ və balanslı şəkildə həyata keçirməyə çalışan media orqanıdır. Sayt hesabatlar, araşdırmalar, qrafika və videolar vasitəsilə insan hekayələri danışır.

Sadır Japarov “Kloop”a niyə nifrət edir?

2023-cü ilin 24 noyabrında Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfərindən. Foto: president.az

Bişkek şəhər prokurorluğunun “Kloop”un ləğvi ilə bağlı vəsatət qaldırdığı gün medianın saytında həm Qırğızıstan prezidenti Sadır Japarovun, həm də Dövlət Dumasının rəhbərinin qohumlarının Qırğızıstanda İspaniyanın “Barselona” futbol klubuna bağlı futbol akademiyasının tikintisi ilə bağlı araşdırma dərc edilib.

Bu araşdırmadan 4 gün sonra prezident Sadır Japarov “Kloop Media”nı kəskin tənqid edib və medianın “qırğız xalqına fayda yox, yalnız zərər gətirdiyini” bildirib.

“24.kg”a qarşı “müharibə təbliğatı” ittihamı

2024-cü ilin 15 yanvarı. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları “24.kg”ın ofisində axtarış aparır, avadanlıqları müsadirə edir, saytın direktoru Asel Otorbayevanı və baş redaktorları Maxinur Niyazova və Anton Lyarı saxlayır.

Sayta qarşı “müharibə təbliğatı” maddəsi ilə cinayət işi açıldığı bildirilsə də təfərrüatlar açıqlanmır. “24.kg”ın ofisi möhürlənir. Sonradan azad edilsələr də Otorbayeva, Niyazova və Lymar iş üzrə şahid qismində təxminən 45 dəqiqə dindirilir.

Saytın ofisindəki axtarış zamanı kompyuterlər və sənədlər götürülüb. Axtarış zamanı içəri heç kim buraxılmayıb.

“24.kg” nədir?

2006-cı ildə təsis edilən internet jurnal Qırğızıstanın ilk müstəqil medialarından biridir.

“Temirov Live”ə qarşı “kütləvi iğtişaşlara çağırış” ittihamı

Qırğızıstanda jurnalistlərə qaşı başlanan repressiya dalğasının ən ağırını “Temirov Live” redaksiyası yaşayıb. Saytın keçmiş və indiki əməkdaşları da daxil olmaqla ümumilikdə 11 jurnalisti saxlanılıb.

Jurnalistlər Qırğızıstan Cinayət Məcəlləsinin 278.3-cü, kütləvi iğtişaşlara çağırış maddəsi ilə ittiham olunur.

Bu maddə ilə jurnalistləri 5 ildən 8 ilədək həbs gözləyir.

“Temirov Live” nədir?

“Temirov Live” Qırğızıstanın ən tanınmış araşdırma layihələrindən biridir. Onların “YouTube” kanalının 111 mindən çox izləyicisi var. Araşdırmaları isə yüz minlərlə adam izləyir.

Qırğızıstanın avtoritarlaşması

Dünənə qədər Qırğızıstan Mərkəzi Asiyanın yeganə demokratik ölkəsi hesab edilirdi. Qonşuluğundakı avtoritar ölkələrdən fərqli olaraq Qırğızıstanda rəqabətli seçkilər də var idi, müstəqil media da var idi, gender bərabərliyi müdafiəçiləri də.

Ölkədəki demokratik vəziyyət Sadır Japarovun prezident seçilməsi ilə pisə doğru dəyişməyə başladı.

O, birinci növbədə medianı sıradan çıxarmaqda qərarlı idi. Bu təzyiqlər ölkənin Dünya Mətbuat Azadlığı İndeksində inanılmaz dərəcədə geriləməsinə gətirib çıxardı.

2022-ci ildə “Sərhədsiz Reportyor” hüquq müdafiə təşkilatının yayımladığı indeksdə ölkə 72-ci yerdə idi. Onla qonşu pillələri isə Yaponiya və Seneqal tuturdu.

2023-cü ildə isə vəziyyət kəskin dəyişdi. Qırğızıstan artıq 122-ci yerdədir. Onun yanında Nigeriya dayanır. Daha 30 pillə geriləmək Qırğızıstanı Azərbaycanla eyni yerə gətirəcək.

Japarov düşünür: Daha qəddar necə ola bilərəm?

Bolat Temirov Qırğızıstanda olarkən saxlanma anı. Foto: Aziza Raimberdieva

Həbs edilənlər “Temirov Live” redaksiyasının yalnız bir hissədir. Hökumətin ən ağır mübarizəsi saytın təsisçisi Bolat Temirovla olub. Bolat bu saytda çox məhrumiyyətlər yaşayıb. Şantaj edilib, döyülüb, saxlanılıb və ən nəhayət vətəndaşlıqdan çıxarılaraq Rusiyaya deportasiya edilib.

Hökumətin əli Bolat Temirova çatmır. O, Avropa ölkələrindən birindədir. Lakin onun həyat yoldaşı və saytın direktoru Məhəbbət Tajibek Qırğızıstanda idi. Hazırda o da həbsdə olan jurnalistlərdən biridir.

İndi isə onların ailəsini daha ağır cəza gözləyir. Əgər Məhəbbət bir az daha müqavimət göstərsə onların 11 yaşlı övladı uşaq evinə göndəriləcək.

Müstəqil mediaya təzyiq: Azərbaycan nümunəsi

Abzas Media

Direktor, direktor müavini, baş redaktor və 3 jurnalist saxlanılıb

Onlara qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb

6 nəfərin hamısı istintaq müddətini həbsdə keçirir

Ofisdə axtarış baş tutub, 40 min avro pul “tapılıb”

Toplum TV

Təsisçi və videoredaktor saxlanılıb

Ofisdə axtarış aparılıb, möhürlənib

Kanalın instagram və YouTube hesabları ələ keçirilib

YouTube hesabı tamamilə dağıdılıb və 5 mindən artıq video silinib

Saytın təsisçisi Ələsgər Məmmədlinin evindən 7 200 avro “tapılıb”

Saxlanılanlar istintaq müddətini həbsdə keçirir

Kanal 13 İnternet Televiziyası

Kanalın rəhbəri Əziz Orucovun evində axtarış aparılıb

Ə. Orucov qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılıb

İstintaq müddətini həbsdə keçirir

Kanal 11 İnternet Televiziyası

Kanlın rəhbəri Teymur Kərimov saxlanılıb

Ona qarşı hədə-qorxu ilə tələb etmə ittihamı irəli sürülüb

İstintaq müddətini həbsdə keçirir

Mərkəzi Asia ölkəsi VS Cənubi Qafqaz ölkəsi

Qırğızıstan

3 mediaya təzyiq

11 jurnalist həbsdə

1 medianın ofisi bağlanıb

İttihamlar: kütləvi iğtişaşa çağırış, müharibə təbliğatı

Gözlənilən həbs müddəti: 3-8 il

Mətbuat Azadlığı İndeksində yeri: 122

Azərbaycan

4 mediaya təzyiq

10 media nümayəndəsi həbsdə

2 medianın ofisi bağlanıb

İttihamlar: qaçaqmalçılıq, hədə-qorxu ilə tələb etmə, qanunsuz tikinti

Gözlənilən həbs müddəti: 5-12 il

Mətbuat Azadlığı İndeksində yeri: 151

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia