Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yüksək rütbəli dövlət məmuru Akif Qurbanovu istintaq təcridxanasında hədələyib

28 İyun 2024
Reading Time: 3 mins read
A A
Yüksək rütbəli dövlət məmuru Akif Qurbanovu istintaq təcridxanasında hədələyib

İllustrasiya: Mikroskop Media

Hazırda həbsdə olan seçki mütəxəssisi Akif Qurbanovun istintaq təcridxanasında hədələndiyi barədə məlumat verilib.

Məlumatı Akif Qurbanovun spiker olduğu III Respublika Platforması yayıb.

Bildirilir ki, yüksək rütbəli dövlət məmuru Bakı İstintaq Təcridxanasına gələrək Akif Qurbanovu sərt dillə hədələyib.

Ondan özünümüdafiə xarakterli çıxışlardan imtina etmək, o cümlədən, çıxışlarında dövlət başçısının adını çəkməmək tələb olunub. Əks təqdirdə ona qarşı pis rəftarın tətbiq ediləcəyi, hətta işgəncəyə məruz qalacagı ilə təhdid edilib.

Platformanın məlumatında deyilir.

Platformanın yaydığı məlumatda o da qeyd olunur ki, təhdid və hədə yalnız Akif Qurbanova qarşı yox, Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunun saxlanılan digər şəxslərinə qarşı da edilib.

Həbs edilən digər şəxsləri Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov şəxsən təhdid edərək bildirib ki, əgər Akif Qurbanov məhkəmə çıxışlarına davam edərsə sizin vəziyyətiniz daha da ağırlaşacaq. Onlara qarşı da rəftarın pisləşəcəyi ilə bağlı sərt hədələr səsləndirib.

Platformanın məlumatında deyilir.

Akif Qurbanov məhkəmədə nə deyib?

28 mayda Akif Qurbanov Apelyasiya Məhkəməsində çıxış edib. O, çıxışında özü ilə bağlı hökumətyönlü medialarda yayımlanan iddialara cavab verib. 

İndi Azərbaycan da Stalin və onun NKVD üsulu ilə idarə olunur. Necə ki Stalin drektiv göndərərək “minin belinə, etiraf etməyincə düşməyin” üslubunu tələb edir, NKVD də icra edirdi.

Qurbanov məhkəmədə deyib.

Akif Qurbanov necə həbs edilib?

Bu ilin 6 martında “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu” və “III Respublika Platforması” ilə bağlı cinayət işi başlanıb. Ümumilikdə 7 nəfər saxlanılıb. Onlar barədə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

8 martda isə Xətai Rayon Məhkəməsi Akif Qurbanov barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.

“III Respublika Platforması” nə deyir?

Platforma yaydığı bəyanatda Azərbaycan hökumətindən qeyri-insani davranışlara son qoymağı tələb edir.

Biz, vəziyyətin bu həddə çatması ilə bağlı həyəcan təbili çalırıq və siyasi məhbusların sağlamlığı, ləyaqəti, hətta həyatı ilə bağlı ciddi təhlükələrin yarandığı indiki şəraitdə Azərbaycan Hökumətindən bu qeyri-insani davranışlara son qoymağı, bütün siyasi məhbusları dərhal azad etməyi tələb edirik.

Platformanın bəyanatında deyilir.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia