Cümə axşamı, 22 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ailəsi həbsdə olan jurnalist Teymur Kərimovun müalicə müəssisəsinə köçürülməsini istəyir

20 May 2025
A A
Ailəsi həbsdə olan jurnalist Teymur Kərimovun müalicə müəssisəsinə köçürülməsini istəyir

İllustrasiya: Mikroskop Media

2023-cü ilin dekabrından həbsdə olan “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimovun psixi vəziyyətinin pis olduğu bildirilir.

Bu barədə məlumatı onun həyat yoldaşı Aynur Kərimova yayıb.

Teymur Kərimovun ailəsi onun təcili olaraq müalicə müəssisəsinə köçürülməsini tələb edir.

Ailəsi Teymur Kərimovla istintaq təcridxanasındakı görüşü zamanı onun əsəb-sinir sistemində ciddi problemlərin və psixi pozuntuların olduğunu müşahidə edib.

Nə baş verib: “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimov 2023-cü ilin 11 dekabrında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

12 dekabrda Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçillib.

Jurnalist özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Əlavə ittiham verilib: 2024-cü ilin 14 martında isə Teymur Kərimova qarşı əlavə ittiham irəli sürülüb.

Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsindən əlavə, T.Kərimova qarşı həm də 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Beynəlxalq təşkilatlar nə deyir: Amnesty International təşkilatı Teymur Kərimovun həbsi ilə bağlı bəyanat yayaraq “Azərbaycandakı həbslərin artıq həyəcanlı hal aldığını, kritik həddə olduğunu və ona qarşı olan ittihamları qondarma olduğunu” bildirib. 

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia