Çərşənbə, 14 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Parlament seçkilərini müşahidə etmək üçün AŞPA bu dəfə də dəvət edilməyib

23 İyul 2024
A A
Parlament seçkilərini müşahidə etmək üçün AŞPA bu dəfə də dəvət edilməyib

İllustrasiya: Mikroskop Media

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərilən beynəlxalq təşkilatların siyahısı açıqlanıb.

Siyahıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) adı yoxdur.

Bu niyə vacib xəbərdir: AŞPA-nın dəvət edilməməsi artıq ikinci dəfədir ki, baş verir. Bundan əvvəl 7 fevralda Azərbaycanda keçirilən prezident seçkisində də bu qurum müşahidə üçün dəvət edilməyib.

  • Hətta bu, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatdakı iştirakının qeyri-müəyyən müddətə dayandırması ilə nəticələnib.

AŞPA-nın cavabı nə olub: AŞPA-dan bəzi deputatlar qurumun Azərbaycan hökuməti tərəfindən seçki müşahidəsinə dəvət edilməməsini “bütün əməkdaşlıq qaydalarının açıq şəkildə pozulması” kimi qiymətləndirib.

AŞPA və Azərbaycan münasibətləri nə yerdədir: AŞPA-da Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə təklifdən sonra qurumla Azərbaycan arasında münasibətlər daha da gərginləşib. 

  • Təklifi AŞPA-nın qış sessiyasının açılış günü Almaniya nümayəndə heyətindən deputat Frank Schwabe verib.
  • O, Azərbaycanda siyasi məhbusların olduğunu, 2023-cü ildə AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin azı 3 dəfə baş tutmadığını və qurumun prezident seçkisinə dəvət edilməməsini əsas gətirərək Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edib.
  • Nəticədə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar çıxarıb.

Milli Məclis və XİN kimlərə dəvət göndərib: Azərbaycan Xarici İşlər Nazirliyi 7 beynəlxalq təşkilata dəvət göndərib.

  • Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB)
  • Müstəqil Dövlətlər Birliyi (MDB)
  • İslam Əməkdaşlıq Təşkilatı (İƏT)
  • GUAM,
  • Qoşulmama Hərəkatı Gənclər Təşkilatı,
  • Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT)
  • Türk Dövlətləri Təşkilatıdır (TDT).

Milli Məclis isə 13 beynəlxalq təşkilata dəvət göndərib:

  • АТӘТ РА,
  • MDB PA,
  • TÜRKPA,
  • İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ),
  • Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏTPM),
  • GUAM PA, 
  • Asiya Parlament Assambleyası (APA),
  • Pan-Afrika Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (İƏT PA),
  • Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyası (AIPA),
  • Ərəb Parlamenti,
  • Beynəlxalq Parlamentarilər Konqresi (IPC),
  • Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP).

Nə baş verib: İlham Əliyev ikinci dəfə parlamenti buraxıb. Bu ilin 1 sentyabrına növbədənkənar parlament seçkiləri təyin edib.

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia