Bazar ertəsi, 20 Mart 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

15 Mart 2023
7 min read
Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

İllustrasiya: mikroskop media

Venesiya komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda yeni qəbul olunan “Siyasi Partiyalar haqqında” Qanunla bağlı birgə yekun rəyini açıqlayıb. Mikroskop Media xəbər verir ki, qurumun rəyində yeni qəbul olunan qanunda Komissiyanın rəyi nəzərə alınmayıb. Qanundakı problemli maddələr və eləcə də Azərbaycana tövsiyələr də yekun rəydə qeyd olunub. 

1

Komissiya nə deyir? 

Azərbaycan “Siyasi Partiyalar haqqında” Qanunla bağlı Venesiya Komissiyasının yekun rəyi Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin müraciəti əsasında hazırlanıb. 

Sənədddə o da qeyd olunub ki, komissiyanın məruzəçiləri qanun barədə rəyin hazırlanması üçün Bakıya səfər edə bilməyiblər, çünki Azərbaycan hökuməti dəvət olunmadıqlarına görə bu səfərə ehtiyac olmadığını əsas gətirib. Buna görə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun məruzəçiləri və ekspertləri, eləcə də Venesiya Komissiyasının nümayəndələri 2023-cü il fevralın 8-də yerli siyasi partiya və vətəndaş cəmiyyəti nümayəndələri, və beynəlxalq icma ilə onlayn görüşlər keçirib. 

Yekun rəydə qeyd olunub ki, 1992-ci il iyunun 3-də qəbul olunan əvvəlki qanundan fərqli olaraq yeni qanunda Venesiya Komissiyasının rəyi nəzərə alınmayıb. 

“Bu qanun Venesiya Komissiyasının dəyərləndirdiyi və 1992-ci ilin iyununda qəbul olunmuş “Siyasi Partiyalar haqqında” Qanunu əvəz edir. Təəssüf ki, Azərbaycan hökuməti Venesiya Komissiyası və ATƏT-ə yeni qanunu müzakirə etməyə şərait yaratmayıb”. – rəydə deyilir. 

Komissiya hesab edir ki, ümumi perspektivdən əvvəlki qanunla müqayisədə yeni qanun detallı və ətraflıdır. Daha spesifik yanaşmaya görə isə, əsas dəyişikliklər siyasi partiyanın təsis edilməsi, qeydiyyatdan keçmədən fəaliyyət göstərməyinin mümkünsüzlüyü, dövlət orqanlarının siyasi partiyalar üzərindəki nəzarəti, partiyaların maliyyələşməsi maddələri ilə bağlıdır. Bu sahələin bir çoxunda qaydalar daha çox sərtləşdirilib. 

Komissiyanın partiyaların maliyyələşməsi və buna nəzarətlə bağlı əvvəlki tövsiyələrinin bir qismi nəzərə alınsa da, həmin tövsiyələrin digər qismi qanunda yer almayıb. Məsələn, xarici vətəndaşlar və dövlətsiz şəxslərin Azərbaycanda daimi yaşayış izni olduğu halda onlara siyasi partiya üzvü olmağa icazə verilmir. 

2

Hansı maddələr problemlidir? 

Komissiyanın yekun rəyinə görə, daha çox və vacib olan odur ki, yeni qanunda ölkədəki plüralizmdən yayındırma riski olan yeni tələblər əlavə edilib. Bunlardan ən ciddiləri aşağıdakılardır:

  • Partiyanın minimum üzvlük sayı 1000 nəfərdən 5000 nəfərə qaldırılması 
  • Artıq qeydiyyata alınmış partiyaların yenidən qeydiyyatdan keçməsi tələbi 
  • Siyasi partiyaların qurulması və qeydiyyatı üçün prosesin uzunluğu və çoxlu prosedur qaydası lazım olması 
  • Dövlət qeydiyyatına alınmadan siyasi partiyanın fəaliyyətinin qadağan olması 
  • Partiyadaxili strukturun həddindən artıq tənzimlənməsi 
  • Ədliyyə Nazirliyinin partiyanın fəaliyyəti və üzvlərinin qeydiyyatı ilə bağlı həddindən artıq nəzarəti 
  • Siyasi partiyanın fəaliyyətini dondurmaq və ya hətta siyasi partiyanın qanunu ciddi şəkildə pozmadığı halda onun ləğv edilə bilməsi 
3

Nələr tövsiyə edilib? 

Yekun rəydə vurğulanır ki, adıçəkilən dəyişikliklər həm beynəlxalq sənədlər, həm də milli konstitusiya vasitəsilə qorunan sərbəst toplaşma azadlığı hüququ baxımından da narahatlıq doğurur. 

“Venesiya Komissiyası və ATƏT xatırladır ki, sərbəst toplaşma və ifadə azadlığı demokratik cəmiyyətin düzgün fəaliyyəti üçün fundamental əhəmiyyət daşıyır. Siyasi partiyalar siyasi ifadənin kollektiv instrumenti kimi bu hüquqdan tam istifadə edə bilməlidirlər” – yekun qərarda yazılıb. 

Qeyd olunanlara əsasən, Venesiya Komissiyası və ATƏT aşağıdakı əsas tövsiyələri verir: 

  • Qanunun 4.3-cü maddəsində partiyanın yaradılması və fəaliyyətinə icazə verilməməsi ilə bağlı səbəblər daha dəqiq qeyd olunmalıdır 
  • Siyasi partiyaların təsis edilməsi və qeydiyyata alınması asanlaşdırılmalı, digərlərindən əlavə dövlət qeydiyyatı üçün lazım olan və 1992-ci il qanununda qeyd olunan üzv sayı (1000 nəfər) tələbinə geri qayıdılmalı və ya üzvlük şərtləri ilə bağlı daha az tələbkar qaydalarla dəyişdirilməlidir 
  • Siyasi partiyaların üzvü ola biləcək xarici vətəndaşlar və dövlətsiz şəxslər üçün dairə genişləndirilməlidir 
  • Siyasi partiyalara təsdiqlənmə üçün üzvlərinin yenilənmiş qeydiyyatına dövlət orqanlarının əlçatımlığı barədə qoyulan tələb aradan qaldırılmalıdır.  Əgər bu məcburiyyət davaam etdirilərsə, qanunla nəzərdə tutulan bütün vəzifələr Ədliyyə Nazirliyi yox, müstəqil quruma verilməli və həmin qurum məlumatların konfidensiallığının qorunmasına zəmanət verməlidir. Belə olan halda, siyasi partiyalardan bütün üzvlük qeydiyyatı tələb edilməməli, yalnız minimum üzv sayının qeydiyyatı üçün sadəcə partiya üzvlərinin siyahısı istənməlidir. Bundan əlavə qanunda qeyd olunmalıdır ki, üzv siyahısı partiyanın daxili sənədidir və ictimaiyyətə açıq deyil. İstənilən halda, təsdiqləmə və yoxlamalar mütəmadi olmamalıdır və ciddi qanun pozuntusu şübhəsi yoxdursa, bu tələb edilməməlidir. Yoxlama və təsdiqləmı yalnız bu şübhələrin aradan qaldırılmasına xidmət etməlidir. 
  • Siyasi partiyaların müstəqilliyini təmin etmək üçün onun daxili strukturu və nizamnaməsi ilə bağlı həddindən artıq nəzarət azaldılmalı və yalnız şəffaf və demokratik idarəetməyə xidmət edən tələblər saxlanmalıdır. 
  • Partiyalara dövlətin maddi dəstəyi yenidən işlənməlidir, məsələn onlara ayrılan maliyyə parlamentdə tutduqları yer sayına əsasən yox, daha çox topladıqları səsə əsasən verilməlidir. 
  • İanə verənlərin yalnız adları və müəyyən məbləğdən yuxarı ianələrin miqdarı təqdim edilməlidir, ianə edənlərin ünvan və əlaqə vasitələri ictimaiyyətə açıqlanmamalıdır. 
  • Siyasi partiyalar üzərindəki nəzarətin bitərəf və müstəqil qurum tərəfindən təmin olunması üçün nəzarət mexanizmi gözdən keçirilməli və nəzarət ciddi şəkildə azaldılmalıdır.
  • Siyasi partiyaların fəaliyyətinin dondurulması, ləğvi və qeydiyyatının ləğvi Yalnız siyasi partiyanın ciddi qanun pozuntusuna yol verdiyi hallarda tətbiq olunmalı və daha yüngül qanun poztunlarında isə daha zəif sanksiyalar tətbiq olunmalıdır. 
4

“Siyasi Partiyalar haqqında” Qanun nədir?

Siyasi Partiyalar Haqqında yeni qanun layihəsi 2022-ci il sentyabrın 9-da Milli Məclisdə müzakirə olunub. 2022-ci il noyabrın 29-da ilk oxunuşda, dekabrın 6-da ikinci oxunuşda və 16 dekabrda isə üçüncü oxunuşda qəbul olunub. Prezident İlham əliyev qanunu 2023-cü il yanvarın 11-də imzalayıb. 

Yeni qanun əvvəlki ilə müqayisədə həcmcə daha böyükdür və 6 fəsil 30 maddədən ibarətdir. Siyasi partiyalar haqqında tamamilə yeni qanunun hazırlanması barədə ilkin təkliflər 2019-ci ildən etibarən səsləndirilməyə başlanıb. 

Qanun layihəsinin hazırlanması və ona edilən təkliflərlə bağlı daha ətraflə məlumat əldə etmək üçün “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini kim, neçə ildir hazırlayır? İzah edirik! Yazısını oxuya bilərsiz. 

Son yazılar

Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

by Mikroskop
15 Mart 2023
0
Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

Venesiya komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda yeni qəbul olunan “Siyasi Partiyalar haqqında” Qanunla bağlı birgə...

Read more

Ermənistan KTMT baş katibinin müavini vəzifəsindən imtina edib

by Mikroskop
10 Mart 2023
0
Ermənistan KTMT baş katibinin müavini vəzifəsindən imtina edib

Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsinə nümayəndə göndərməkdən imtina edib. OC Media yazır...

Read more

Gürcüstandakı etiraz aksiyalarında 133 nəfər saxlanılıb

by Mikroskop
09 Mart 2023
0
Gürcüstandakı etiraz aksiyalarında 133 nəfər saxlanılıb

Gürcüstanın paytaxtında keçirilən kütləvi etiraz aksiyalarından sonra hökumət “xarici agentlər” haqqında qanunu ləğv edəcəyinə açıqlayıb. OC Medianın məlumatına görə, qanun...

Read more

Beynəlxalq Məhkəmə Azərbaycandan Laçın dəhlizini açmağı tələb edir

by Mikroskop
23 Fevral 2023
0
Beynəlxalq Məhkəmə Azərbaycandan Laçın dəhlizini açmağı tələb edir

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistanın bir-birinə qarşı iddiaları ilə bağlı qərar qəbul edib. OC Medianın məlumatına görə, məhkəmə tərəflərin...

Read more

Rusiyada saxlanılan kuir çeçen gəncin təhdid altında video çəkdiyi deyilir

by Mikroskop
22 Fevral 2023
0
Rusiyada saxlanılan kuir çeçen gəncin təhdid altında video çəkdiyi deyilir

Cinsi kimliyinə görə Çeçenistandan qaçan və fevralın 16-da Moskvada hava limanında saxlanılan İdris Arsamikov video yayımlayaraq onun hüquqlarını müdafiə etməyi...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan