Azərbaycanda bu il baş tutacaq prezident seçkilərinin vaxtının dəyişdirilməsi qərarı ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli video-bəyanat yayıb.
https://www.facebook.com/karimliali/videos/10155262608813848/
Eləcə də Milli Şuranın Koordinasiya Mərkəzi bu gün növbədənkənar toplantı keçirib. Milli Şuranın sədri cəmil Həsənli Facebook sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, toplantıda sərəncam “seçki institutunun ələ salınması, onun qalıqlarının məhvi kimi” qiymətləndirilib.
Cəmil Həsənlibildirib ki, Milli Şura belə hesab edir ki, bu sərəncam beynəlxalq rəylərdə və hesabatlarda öz əksini tapmış – Azərbaycan xalqının seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq imkanından məhrum edilməsi istiqamətində sonuncu addımlardan biridir.
Qeyd edilən halları nəzərə alan Milli Şura seçkinin boykot edilməsi barədə qərar qəbul edib:
“Milli Şura 11 apreldə prezident seçkiləri adı ilə planlaşdırılan hoqqabazlığın boykot edilməsinə qərar verib. Hakimiyyətin bu seçki oyununa müqavimət göstərməsi üçün xalqa və demokratik qüvvələrə çağırış edilməsi ,bu istiqamətdə bütün mümkün hüquqi və siyasi vasitələrdən istifadə edilməsi nəzərdə tutulub. Yaxın vaxtda bununla bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin geniş bəyanatı elan ediləcək”.
Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də məlum sərəncamla bağlı video-bəyanat yayıb: