Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ABŞ Azərbaycana hərbi maliyyə ayırmayacaq

13 Fevral 2018
A A

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə ABŞ hökumətinin dərc etdiyi Birləşmiş Ştatların xarici siyasət qurumunun 2018-2019-cu illər üzrə büdcə layihəsində göstərilib.

Layihədə 2018 və 2019-cu illərdə Azərbaycanda hərbi təlimlərə və treninqlərə ayrılacaq vəsaitin həcminin 600 min dollar təşkil edəcəyi qeyd olunub.

2017-ci ildə isə ABŞ-dan analoji xərclər üçün alınan yardımın miqdarı 639 min dollar təşkil edib.

Bununla yanaşı, 2018 və 2019-cu illər üzrə Azərbaycanın hərbi maliyyələşdirilməsi nəzərdə tutulmayıb. 2017-ci ildə bu məqsədlə respublikaya 1 milyon dollar ayrılıb.

Eyni zamanda, ABŞ Dövlət Departamenti xətti ilə həyata keçirilən iqtisadi yardım proqramları üçün ABŞ 2019-cu ildə Azərbaycana 3 milyon dollar ayırmağı planlaşdırır. 2017 və 2018-ci illərdə bu istiqamətdə vəsait ayrılmayıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltması ilə bağlı məsləyə münasibət bildirərək qeyd edib ki, yardımın dəqiq məbləği hələlik müəyyən edilməyib:
“ABŞ qanunvericiliyinə görə, xarici yardımları hakimiyyətin iki qolu – icraedici və qanunverici hakimiyyət müəyyən edir. Yekun məbləğin təsdiq olunmasında hakimiyyətin hər iki qolu iştirak edir. Yardımın məbləği hələlik müəyyən olunmayıb. Konqresdə yardımın məbləğinin müəyyən edilməsi ilə bağlı müzakirələr davam edir”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia